Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


I Pyotrun Xəzərsahili vilayətlərə işöalçılıq yürüşləri



Yüklə 227,84 Kb.
səhifə63/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   58   59   60   61   62   63   64   65   66
null-23

I Pyotrun Xəzərsahili vilayətlərə işöalçılıq yürüşləri.

Səfəvi şahı Sultan Hüseyn yaranmış vəziyyəti nəzərə alaraq rus dövlətindən kömək almaq qərarına gəldi və 1713-cü ildə öz nümayəndəsini Peterburqa göndərdi. Şahın Rusiyaya nümayəndə göndərməsi I Pyotrun Şərq səfərinə hazırlaşdığı dövrə təsadüf edir. Xəzər dənizi hövzəsini ələ keçirməzdən əvvəl İ Pyotr ilk növbədə kəşfiyyat xarakterli tədbirlər həyata keçirməyə başladı. Xəzərsahili əraziləri öyrənmək məqsədi ilə 1714-cü ildə Bekoviç Çerkasskinin başbılığı ilə Xəzər dənizinin şərq sahillərinə,1715-ci ildə isə A. Volınskinin başçılığı ilə Xəzər dənizinin qərb sahilləri və İrana ekspedisiya göndərdi. A.P. Volınski Azərbaycandan keçərək Səfəvi dövlətinə getməli idi. O, Səfəvi dövlətinə gedərkən və qayıdarkən təqribən 7 ay yarım qəsdən Şirvanda ləngidi və oıkənin vəziyyəti haqqında məlumatlar toplayıb I Pyotra göndərdi. A. Volınski I Pyotrun göstərişinə əsasən karvan yollarını, bu yollar böyu otlaqların və suyun olub-olmaması, yerli qoşunların mövqeyini öyrənməli, xristianlarla əlaqə yaratmalı idi. Ticarətin vəziyyətini də öyrənməli idi. Volınski 1717-ci ildə İsfahana daxil oldu. O, bir çox kəşfiyyat materialları topladıqdan sonra Rusiya –Səfəvi ticarətinin vəziyyəti ilə məşğul oldu. 1717-ci ilin iyunun 30-da A.P.Volınski və vəzir Fətəli xan ilk rəsmi Rusiya- İran ticarət müqaviləsinin layihəsini haırladılar. Şahın verdiyi fərmanda Şirvan bəylərbəyinə rus tacirlərinə şərait yaradılması tapşırılmışdı. Volınski ticarət müqaviləsi bağlayandan sonra Rəştə, oradan su yolu ilə Həştərxana getmək istədi. Lakin şah hökuməti onun niyyətini başa düşdü və gəldiyi yolla geri qayıtmağa icazə verdi. Volınski karvan yollarından yalnız Şamaxı- Həştərxan karvan yolunu öyrənə bilməmişdi. O, bu məqsəd üçün öz dəstəsinin üzvü olan zadəgan A.Lopuxini həmin karvan yolu ilə yola saldı. Volınski bunu onunla əsaslandırdı ki, güya şahın imperatora bağışladığı bir fil və iki bəbiri dəniz yolu ilə aparmaq mümkün deyildir. Volınski 1718-ci il iyulun 25-də Azərbaycanı tərk edib Peterburqa gəldi. I Pyotr onun fəaliyyətindən razı qaldı.

XVIII əsrin əvvəllərində Rusiya iqtisadi, siyasi və hərbi cəhətdən gücləndi. Cənubi Qafqazın xammalından və bazarından istifadə etmək üçün hərbi yola əl atdı. Eyni zamanda Rusiya Osmanlı dövlətinin Xəzər dənizini ələ leçirə biləcəyindən narahat idi. I Pyitr yazırdı: “Bizim Xəzər dənizi sahillərini ələ keçirməyimizə böyük ehtiyacımız var. Biz türkləri bura buraxa bilmərik.”

Əfqanlar İsfahanı tutduqdan sonra Səfəvilərin vəziyyəti daha da gərginləşdi. Hakimiyyətə gəlmiş II Təhmasibi əfqanlar ölkənin şimalına sıxışdırdılar. I Pyotr səfəvi şahına köməyini təklif etdi. O, yazırdı: “Əgər iranlılar bu zəif vəziyyətdə qalsalar və bu təklifi qəbul etməsələr, o zaman türklər bütün İranı ələ keçirməyə çalışacaqlar.”

I Pyotr Şərq siyasətində Azərbaycanın şimal-şərqinə xüsusi əhəmiyyət verirdi. Əvvəl bu yürüş “Şamaxı ekspedisiyası” adlanırdı və 1723-cü ildən başlayaraq həyata keçirilməli idi. Lakin yürüş bir il tez başlandı. Buna səbəb qiyamçı əfqanların Səfəvi dövlətini təhlükə qarşısında qoyması,Səfəvi dövləti devriləndən sonra osmanlıların İranı və Xəzər dənizi sahillərini ələ keçirməsi ehtimalı idi. I Pyotr hücum etməmişdən əvvəl ərəb, fars və türk dillərində “Manifest” çap etdirib rus ordusunun keçəcəyi şəhər və kəndlərdə yaydı. “Manifest”də rus çarının müstəmləkəçilik məqsədləri gizlədilir, yürüşə hüquqi və ədalətli görünüş verilməsinə cəhd edilirdi. Manifestdə deyilirdi ki, Rusiyanın məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, İran şahına qarşı çıxan üsyançılara cəza verməkdən və buralarda yaşayan xristian əhalinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Dinc əhaliyə toxunulmayacaq. I Pyotr Dərbənd, Şamaxı və Bakını tutmağı nəzərdə tuturdu.

1722-ci ildə iyunun 22-də rus ordusu Həştərxandan quru və su yolu ilə cənuba doğru irəlilədi. Həmin il avqustun 15-də rus donanması, 23-də isə piyada qoşunlar Dərbəndə çatdı. Şəhərin naibi İmamqulu bəy şəhərin iki gümüş açarını və XVI əsrə aid “Dərbəndnamə”nin əlyazmasını I Pyotra təqdim etdi. I Pyotr senata göndərdiyi məktubunda Dərbənddə yaxşı qarşılandığını bildirdi.

Bakı sultanı Məhəmməd Hüseyn xan məktubunda rusların Bakı qalasına buraxılmayacaqlarını bildirdi. Buna baxmayaraq I Pyotr qoşunları ilə Bakıya doğru irəlilədi. Lakin I Pyotr yürüşü dayandırıb Dərbəndə dönməli oldu. Burada kiçik bir qarnizon qoydu və Peterburqa qayıtdı. Onun qayıtmasının səbəbi o idi ki, rus ordusuna yem və ərzaq gətirən Xəzər dənizində batmış, atlar yemsizlikdən və susuzluqdan əldən düşmüşdü. Digər tərəfdən İsveç dövləti Nişdat sülhünün şərtlərini pozmağa çalışırdı. Osmanlı dövlətinin Cənubi Qafqazda fəallaşması da. I Pyotrun geri qayıtmasında az rol oynamadı.

I Pyotr Şərq səfərini təxirə salmaq fikrində deyildi. O, Bakının ələ keçirilməsi üçün yeni tədbirlər görülməsi barədə general-mayor M. Matyuşkinə xüsusi tapşırıq verdi. Bakıya hücum edəcək hərbi donanması üçün irili-xırdalı 100 gəmi quraşdırıldı. Rus ordusunun Bakıya hücuma hazırlaşdığı zaman Səfəvilərin daxili vəziyyəti çox ağır idi.Əfqan üsyançıları Səfəvilərin paytaxtını ələ keçirdilər. Bundan istifadə edən ruslar Gilan istiqamətində hücuma keçib Rəşti tutdular.(1722)

Hələ əfqanlar İsfahanı mühasirədə saxladıqları vaxt Şah Sultan Hüseyn Xəzəryanı vilayətləri Rusiyaya güzəştə getməyi qərara almışdı. Bunun müqabilində şah əfqanlara qarşı mübarizə aparmaq üçün hərbi müqavilə bağlamaq istəyirdi. Bu məqsədlə öz nümayəndəsi İsmayıl bəyi Peterburqa göndərdi, İsmayıl bəy İranı tərk etməmiş əfqanlar İsfahanı tutdular. Şahın böyük oğlu II Təhmasib Özünü şah elan etdi. Onun rusların Xəzər sahili vilayətləri tutmasından xəbəri yox idi. İsmayıl bəy səlahiyyətlərinin yeni şah tərəfindən təsdiq olunmasını istədi və şah bu missiyanın yerinə yetirilməsinə razılıq verdi. İsmayıl bəy yola düşəndən sonra şah eşitdi ki, ruslar Rəşti tutublar. Şah İsmayıl bəyin arxasınca çapar göndərdi, lakin polkovnik Şipov yalandan İsmayıl bəyin yola düşdüyünü bildirdi. Hadisədən xəbərsiz olan İsmayıl bəy Peterburqa getdi.

1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu. Şəhərdə iki qurup var idi. Məhəmməd Hüseyn başda olmaqla onlardan biri şəhəri verməmək , Dərgahqulu xanın başçılığı altında digəri isə şəhəri təslim etmək istəyirdi. Lakin şəhərdə yanğın və insan itkisinin qarşısını almaq üçün şəhəri təslim etmək qərarına gəldilər. Ruslar Bakıya daxil oldular. Hind və erməni karvansaralarında yerləşdilər. Dərgahqulu bəy şəhərin hakimi təyin ilundu. Bakının əvvəlki hakimini və qardaşını Hacı Davudla əlaqədə günahlandırıb Həştərxana sürgün etdilər. Bakıda komendant idarə-üsulu yarandı.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin