Cəlalilər hərəkatı. Koroğlu.
Osmanlıların Azərbaycanı talan və qarət etməsi aclıq və səfalətə səbəboldu. Nəticədə Osmanlılara qarşı mübarizə dalğası gücləndi. Tarixə Cəlalilər hərəkatı kimi daxil olan bu hərəkat XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başladı.XVII əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı. 1591-ci ildə Təbriz əhalisi osmanlı qoşununun bir hissəsi ilə bərabər üsyana qoşulmuşdu. Qoşunun üsyan etməsinə səbəb onların maaşlarının verilməməsi idi. cəlali hərəkatının təsiri altında baş vermiş bu üsyan yatırıldı.
Lakin XVII əsrin əvvəllərində Səfəvi-Osmsnlı müharibəsi dövründə cəlalilər hərəkatından Şah Abbas Cənubi Qafqazı ələ keçirmək üçün istifadə etmək qərarına gəldi. Azərbaycanın geniş ərazilərinə yayılan cəlalilərin ilk dəstəsinə Kənəkirli Məhəmməd başçılıq edirdi. Lakin Topal Osmanın başçılıq etdiyi digər cəlali dəstəsi onu buradan qovdu və Arazın hər iki sahilindəki əraziləri ələ keçirdi.
Şah I Abbas cəlalilərdənosmanlılara qarşı istifadə etmək istəsə də, onlardan ehtiyatlandı. Çünki, cəlalilər müxtəlif sosial bazaya və müxtəlif etnik tərkibə malik idilər. Onların arasında ziddiyyətlərin olması, şah I Abbasın məkirli siyasəti, onların İran hakim dairələrinə qarçı əlbir mübarizə aparmalarına imkan vermirdi. Anadoludan gəlmiş cəlalilər şah Abbasdan narazı idilər. Şah onların xidmətlərini layiqincə qiymətləndirmədi. Onların bir hissəsi 1610-cu ilin ortalarında Anadoluya çəkildi. Digər hissəsi isə Azərbaycanda qalıb şaha xidmət etdi.
Cəlali dəstələrindən birinə Koroğlu rəhbərlik etmişdir. Xalq rəvayətinə görə Səlnas yaxınlığında Xarabaqala Koroğlu tərəfindən tikilmlşdir. Naxçıvan, Səlmas, Xoy koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlər olmuşdur.Koroğlu dastanında onun iqamətgahı kimi göstərilən Çənlibelin Naxçıvan və Makuda yerləşdiyi göstərilir. Dastanı tədqiq edən V. Karriyev, A. Xodzko Koroğlunun tarixi şəxsiyyət olduğunu göstərmişlər. Koroğlunun silahdaşlarından Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa Səfər, Tanrıtanımaz və Abaza paşa tarixi şəxsiyyətlərdir.
Dostları ilə paylaş: |