MAHĠRƏ NAĞI QIZI
ÇAPAR KAZIMLI
ƏDƏBĠYYATġÜNASLIĞA
XĠDMƏT ƏZMĠ ĠLƏ
BAKI – 2013
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
2
ELMĠ REDAKTORU: Zaman ƏSGƏRLĠ
Filologiya üzrə elmlər doktoru,
professor
Mahirə Nağı qızı, Çapar Kazımlı. ƏdəbiyyatĢünaslığa
xidmət əzmi ilə. Bakı, Elm və təhsil, 2013, 202 s.
Kitab görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya
elmləri doktoru, professor Kamran İmran oğlu Əliyevin həyat
və yaradıcılığıdan bəhs edir.
K
4603000000
Qrifli nəşr
Í-098-2013
© M.Nağı qızı, Ç.Kazımlı, 2013
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
3
ZĠRVƏLƏġƏN ÖMÜR YOLU
Dağ zirvəsinə çıxanda adamın gözləri qarşısında təbiətin
əsrarəngiz məнzərəsi canlanır. Adam onu heyranlıqla seyr et-
məkdən doymur. Hər hansı yaradıcı insanın ömür zirvəsini seyr
edəndə də belə olur. Filologiya elmləri doktoru, professor
Kamran İmran oğlu Əliyevin zirvələşən ömür yoluna ekskurs
edərkən gözlərimiz önündə qeyri-ixtiyari olaraq geniş və əsra-
rəngiz ponoram açıldı. Arxada qalan zaman kəsiyinin közər-
tisində prof. K. Əliyevin ömür yolunu vərəqləyirik.
Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Diyadin kəndində doğu-
lub. Beş yaşında özünün dediyi kimi, parçadan tikilmiş hey-
bəsini çiyninə salıb o da hamı kimi dərsə gedib. Tanınmış
jurnalistlərdən Cəfər Əliyev və Etibar Tarverdiyev “İşıqlı yol”
qəzetinin 29 yanvar 1977-ci il sayında dərc etdirdikləri “Cığır
yola çıxır” məqaləsində yazırdılar: “1969-cu il Tumaslı kənd
orta məktəbini əla qiymətlərlə başa vuran Kamran sənədlərini
Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə
verir. İmtahanların üçündən əla qiymət alır. Orta məktəbdə qa-
zandığı bilik, topladığı təcrübə onun əlindən tutur. Büdrəməyə
qoymur. Məktəbdə Yadulla müəllimin dediyi “Oğul, heç nə hə-
yatda asanlıqla əldə olunmur” sözləri isə həmişə qulaqlarında
cingildəyir. Odur ki, yuxusuz gecələr keçirir, bilmədiklərini
öyrənir. Elə bunun nəticəsidir ki, semestr imtahanlarından hə-
mişə əlaçı çıxaraq başqalarına nümunə göstərilir.
Yüksək ictimai bacarığını, qabiliyyətini görən tələbə yol-
daşları onu qrup komsomol təşkilatının katibi seçirlər. İşdə
özünü gözəl ictimaiyyətçi kimi doğruldan Kamran, fakültə
komsomol komitəsinin katibi seçilir. Bu vəzifəni yerinə ye-
tirməklə yanaşı, Kamran dərslərində də fəallıq göstərir. O, bi-
liyini, təcrübəsini daim artırır.
Beşillik tələbəlik illəri Kamranın qəlbində silinməz izlər
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
4
buraxır. Bu izlərdən biri də Kamranın Universiteti fərqlənmə
diplomu ilə bitirməsidir.
Kamran hələ Universitetdə oxuyarkən müəllimlərin əksə-
riyyəti onun haqqında yüksək fikirdə olublar. Budur, qarşımız-
da bir yığın qəzet vardır. Bu qəzetlərlə tanış olduqda Kamran
haqqında ümidimiz daha da artır. İlk dəfə “Ədəbiyyat və incə-
sənət” qəzetinin 1974-cü il 6 iyul tarixli nömrəsini vərəqləyi-
rik.
Bu nömrədə filologiya elmləri doktoru, ADU -nun ədə-
biyyat kafedrasının müdiri, professor Abbas Zamanov Kamran
Əliyevin diplom işi haqqında çıxış edib onun işini yüksək qiy-
mətləndirib. Oxucuları da məqalənin bir parçası ilə tanış edirik.
Abbas Zamanov yazır: “Kamran Əliyev diplom işini 20-ci və
30-cu illərdə qızğın fəaliyyət göstərən Mustafa Quliyevin ədə-
bi-tənqidi görüşləri mövzusuna həsr etmişdir. O, səbr və inadla
axtarışlar aparıb M.Quliyevin bütün əsərlərini mövzularına
görə qruplaşdırmış, tədqiq etmiş, həmçinin ədibin müxtəlif za-
manlarda Azərbaycan və rus mətbuatında çıxan məqalələrinin
biblioqrafiyasını düzəldib diplom işinə əlavə kimi vermişdir.
Məlumdur ki, M.Quliyevin tənqidçilik fəaliyyəti haqqın-
da indiyədək ancaq ayrı-ayrı müəlliflərin məqalələrində və
ədəbiyyat tarixi kitablarının xülasələrində çox ötəri bəhs olun-
muşdur. K. Əliyevin diplom işi tənqidçi M. Quliyev haqqında
ilk müstəqil tədqiqatdır”.
Kamran Universiteti bitirdikdən sonra təyinatını boya-
başa çatdığı İliç rayonuna alır. Xanlıqlar kənd orta məktəbində
ədəbiyyat dərslərini tədris edir. Qısa müddətdə kollektivin hör-
mətini qazanır… Kamran müəllim dərs deməklə yanaşı, öz
üzərində çalışır, biliyini artırır.
O, sənədlərini hazırlayıb Azərbaycan Elmlər Akademiya-
sının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına təq-
dim edir. Yuxusuz gecələr öz bəhrəsini verirməli idi. Budur,
Kamran müəllim ixtisas imtahanından beş alır. Sonrakı imta-
hanları da müvəffəqiyyətlə verib aspiranturanın XX əsr Azər-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
5
baycan ədəbiyyatı şöbəsinə daxil olur. Kamran müəllimin öm-
rünün tədqiqat illəri başlanır. Onun dissertasiya mövzusu “XX
əsr romantiklərinin ədəbi-nəzəri görüşləri”dir. Elmi rəhbər isə
professor Kamal Talınbzadədir. Bəli, Kamran müəllimin həyat
tarixçəsinə yeni bir cümlə əlavə olunur. Onun həyatda açdığı
çığır yavaş-yavaş yola çıxır. Biz də Kamran müəllimə elmin
zirvələrinə qalxan yolda yeni-yeni yaradıcılıq müvəffəqiyyət-
ləri arzulayırıq”.
K.Əliyev ağlı kəsəndən qələmə sarılıb, onu əlindən yerə
qoymayıb. Atalarımız da yaxşı deyib: Quş qanadla uçar, insan
diləklə. Amma hər qanadla da uzağa uçmaq olmur, o baxır
uçmaq üçün qanadı kimdən almısan. Bizə belə gəlir ki,
K.Əliyevə bu qol-qanadı prof. Abbas Zamanov verib. Və bu
dahi insan öz tələbəsini həyat səmasının ənginliklərinə uçur-
dub. K. Əliyev də ustadının haqq-sayını heç vaxt itirməyib.
Abbas Zamanovun adı gələndə ayağa durub, ehtiramla baş əyib
bu böyük şəxsiyyətin pak ruhu önündə.
Prof. A. Zamanovun K.Əliyev haqqında söylədiklərini
zaman özü тясдигляди. Bu mütəfəkkir alim 6 iyul 1974-cü il
tarixində “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş
“Uğur olsun” məqaləsində yazırdı: “Bu il S. M. Kirov adına
ADU-nun filologiya fakültəsini müvəffəqiyyətlə bitirən Kam-
ran Əliyev Dövlət İmtahan Komissiyasında müvəffəqiyyətlə
diplom işi müdafiə edib əla qiymət aldı.
Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə qızğın
fəaliyyət göstərən Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri
mövzusuna həsr etmişdir. O, səbr və inadla axtarışlar aparıb M.
Quliyevın bütün əsərlərini mövzularına görə qruplaşdırmış,
tədqiq etmiş, həmçinin ədibin müxtəlif zamanlarda Azərbaycan
və rus mətbuatında çıxan məqalələrinin biblioqrafiyasını dü-
zəldib diplom işinə əlavə kimi vermişdir.
Məlumdur ki, M.Quliyevin tənqidçilik fəaliyyəti haqqın-
da indiyədək ancaq ayrı-ayrı müəlliflərin məqalələrində və
ədəbiyyat tarixi kitablarının xülasələrində çox ötəri bəhs olun-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
6
muşdur. K.Əliyevin diplom işi tənqidçi M.Quliyev haqqında
ilk müsrtəqil tədqiqatdır.
Diplom işindən alınan xoş təsir göstərir ki, K.Əliyev uni-
versitetdə təhsil aldığı müddətdə müəyyən mövzuda tədqiqat
aparmaq, elmi və bədii əsəri təhlil edib orijinal nəticələrə gəl-
mək, öz elmi fikirlərinin arasında məntiqi rabitə yaratmaq
vərdişi əldə edə bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır.
K.Əliyevin diplom işini oxuyarkən əli qələmli, sinəsi söz-
lü, elmi-nəzəri cəhətdən hazırlıqlı, çalışqan, ədəbiyyatımızı
sonsuz məhəbbətlə sevən gənc müəlliflə üz-üzə gəlir, onun
yazılarının məntiqinə, mühakimələrinin dolğunluğuna şübhə
etmir, gələcəyinə ümid bəsləyirəm.
Biz inanırıq ki, K. Əliyevin ilk qələm təcrübəsi olan bu
diplom işi onun yeganə əsəri olmayacaq, o öz qələmini gələ-
cəkdə də sınayacaq və bizi yenə də sevindirəcəkdir.
Ali təhsili müvəffəqiyyətlə başa çatdırıb müstəqil ictimai
həyata qədəm qoyan istedadlı gənc filoloqu təbrik edib ən yax-
şı müvəffəqiyyətlər arzusu ilə deyirik: “Elmin çətin yollarında
sənə uğurlar olsun”.
K.Əliyevin həyat tarixçəsini vərəqlədikcə adamın ruhu
təzələnir, bu böyük istedad sahibinin əzəmətini duyurсан.
Jurnalist Etibar Tarverdiyevin 18 fevral 1982-ci ildə “İşıqlı yol
“ qəzetində dərc etdirdiyi “Bir qəlbin döyüntüləri” məqaləsində
də K.Əliyevin həyat tarixçəsi qısa, lakin dolğun şəkildə və-
rəqlənir. O yazır: “İmran kişinin sevincinin həddi-hüdudu yoх
idi. Axı necə də sevinməsin? El adəti ilə toy vurdurmaq, gəlin
gətirmək onun çoxdankı arzusu idi. Toy günü Moskvadan alın-
mış daha bir xəbər ailə üçün ikiqat sevincə səbəb oldu. Ali At-
testasiya Komissiyası onun oğluna filologiya elmləri namizədi
adını təsdiq etmişdir. Kişinin xəyalı artıq ömür üçün notlara
çevrilmiş əvvəlki illərə qanadlandı.
1953-cü ilin Novruz bayramına yaxın gecələrin biri idi.
Diyadin kəndinin yuxarı məhəlləsində kolxozçu ailəsində bir-
birinin ardınca doğulmuş qız uşaqlarından sonra sısqa bir oğlan
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
7
uşağı dünyaya göz açdı. Adını Kamran qoydular. İllər bir-birini
əvəz etdikcə o, yaraşıqlı bir oğlana çevrildi. Bu oğlan məktəb
illərində yaxşı oxuması ilə yoldaşlarına nümunə göstərildi.
1969-cu ildə Tumaslı kənd orta məktəbində son zəng günü
peşə seçməkdən söhbət düşəndə Kamran da ürəyindən keçən-
ləri gizlətmədi. “Elm ilə məşğul olacağam”,-dedi.
Universitetin geniş auditoriyaları artıq Kamranı qoynuna
almışdı. Qəbul imtahanlarından əla qiymətlərlə çıxan Kamran
filologiya fakültəsində oxuyurdu. Orta məktəb illərində müəl-
limlərindən aldığı bilik universitet illərində də əlindən tutdu.
Kamran professor Abbas Zamanovun, Bəxtiyar Vahazadənin
dərin məzmunlu mühazirələrini dinlədikcə onun elmi axtarışlar
aparmağa marağı daha da artırdı. Respublika mətbuatında tez-
tez elmi məqalələrlə çıxış etməyə başladı. Nəhayət, aldığı
biliyin və əla qiymətlərin mükafatı olaraq universiteti fərqlən-
mə diplomu ilə bitirdi. Təyinatını öz doğma rayonuna aldı.
Xanlıqlar kənd orta məktəbində ədəbiyyat müəllimi işlədi.
Yüksək biliyi, təvazökarlığı ilə müəllim və şagird kollektivinin
dərin hörmətini qazandı.
Müəllim işləyə-işləyə yuxusuz gecələr keçirtdi, öz üzə-
rində daha inadla çalışdı, biliyini daha da artırdı. 1976-cı ildə
sənədlərini Azərbaycan Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun aspiranturasına verdi. Elm aləmində
topladığı zəngin təcrübə köməyinə çatdı. İmtahanlardan əla
qiymətlər aldı, aspiranturaya qəbul olundu. Narahat anlar ye-
nidən başlandı. Professor Kamal Talıbzadənin rəhbərliyi altın-
da “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”
mövzusunda dissertasiya üzərində işlədi. XX əsr Azərbaycan
ədəbiyyatının bir sıra mühüm məsələlərini dərindən öyrəndi.
Dissertasiyada az tədqiq olunmuş mühüm məsələlərə daha çox
diqqət yetirdi. Özünün orijinal elmi fikirlərinə böyük üstünlük
verdi. Aspiranturada oxuduğu illərdə neçə-neçə elmi məqalənin
müəllifi oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1979-cu
ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr olunan
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
8
“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” kitabında nüfuzlu
ədəbi tənqidçilərlə yanaşı Kamranın da elmi məqaləsi dərc
olunmuşdur.
1980-ci ilin may ayında Kamran Əliyev Akademiyanın
akt zalında üç ildən artıq yuxusuz gecələrin, gərgin əməyin
bəhrəsi olan işlədiyi mövzu üzərində dissertasiya müdafiə edir.
Müdafiə Kamran müəllim üçün uğurlu olur, ona filologiya
elmləri namizədi adı verilir. İndi o, Azərbaycan Elmlər Akade-
miyasında çalışır. Elmi axtarışlarını davam etdirir.
Bəli, ömrünün 59-cu baharını yaşayan Kamran müəllimin
ürək döyüntülərini dinlədikcə hiss edir ki, bu döyüntülər elm
aləminin ənginliklərində qanad çalmaq üçün çırpınır. Və bir də
hiss edirsən ki, bu döyüntülər gələcəkdə neçə-neçə elmi əsərin
nəbzi olacaqdır”.
Kim nə deyir-desin, nəsillərə nümunə sayıla bilməyən,
inamı və inadı qırıq insanları zədəli quşa bənzədirəm. Belələri
zirvəyə qıy vura bilməzlər. Hər hansı bir insanın inamında və
inadında qətiyyət varsa, o, şübhəsiz ki, qarşısına çıxan ən çətin
maneləri belə asanlıqla dəf edəcək, zirvələrə ucalacaq. Bu
mənada da Kamran Əliyevin elm yollarında qarşısına maneələr
çıxıb. Bu maneələrdən biri, bəlkə də, onun həyatında unudulası
deyil. Filologiya elmləri namizədi Əbülfəz Əzimli “Alimin
inamı” adlı məqaləsində yazır: “Azərbaycan EA-nın Nizami
adına Ədəbiyyat İnstitutunun elmi işçisi Kamran Əliyev filo-
logiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün müdafiə şu-
rasına təqdim etdiyi dissertasiyasının avtoreferatını xoş arzu-
larla mənə verdi. Onda hələ müdafiə gününə üç həftə var idi.
Müdafiə 26 yanvar 1990-cı il tarixdə olacaqdı...
Lakin həmin gün müdafiə olmadı və ola da bilməzdi.
Çünki 19-20 yanvarda Bakıda qanlı hadisələr baş vermişdi.
Kamranın “XX əsrin əvvəlləri Azərbaycan romantizminin
obrazlar sistemi” mövzusunda doktorluq dissertasiyasının mü-
dafiəsi fevral ayının 16-da oldu. Müdafiə müvəffəqiyyətlə ke-
çirildi və Kamran Əliyevə filologiya elmləri doktoru adı ve-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
9
rildi. Lakin iş bununla bitmədi. Moskvadan Ali Attestasiya Ko-
missiyası ondan yeni sənədlər və suallara cavablar tələb etdi.
Kamran onların tələblərini yerinə yetirdi. Lakin komissiya
onunla da kifayətlənmədi. Görünür, Kamranın müdafiəsi, elmi
uğurları hansı bədxahınsa ürəyinə yatmırdı və müdafiənin rədd
edilməsini istəyirdi. Özünə də Ali Attestasiya Komissiyasında
havadar tapmışdı. Bunu ilk baxışda ağıla sığışdırmaq çətin idi.
Axı, Akademik Məmməd Cəfərin, Akademik Kamal Talıb-
zadənin, filologiya elmləri doktoru, professor Arif Hacıyevin,
filologiya elmləri doktoru, professor Yaşar Qarayevin, Xeyrul-
la Məmmədovun, Abbas Zamanovun yüksək qiymətləndirdiyi
bir dissertasiyanı rədd etmək, eyni zamanda onların fikirlərini
rədd etmək deməkdir. Hər halda Ali Attestasiya Komissiya-
sının üzvlərindən bəziləri göndərilən materiallar və cavablarla
kifayətlənmədilər. Kamranın özünü Moskvaya çağırdılar. Onun
üçün ən həyəcanlı günlər başladı. Axı, indiyədək Azərbaycan-
dan cəmi iki nəfər müdafiə ilə bağlı çağırılmış və müdafiə geri
qaytarılmışdı. Nəhayət, Kamran Moskvaya yola düşdü və
1990-cı il oktyabr ayının 24-də dissertasiyanı yenidən müdafiə
etdi. Elə oradaca onu təbrik edib doktorluq dissertasiyasının
təsdiq olunduğunu elan etdilər. Bu, ədəbiyyatşünaslığımızda
yeganə hal idi. Hələ indiyə qədər belə hal olmayıb ki, Ali At-
testasiya Komissiyası hər hansı bir dissertantın elmi dərəcə-
sinin təsdiqini onun özünə, elə o kommissiyanın iclasındaca
elan etsin. Bu şərəf Kamranın taleyində var imiş.
Kamran Əliyev inamlı alimdir. O, elmi axtarışlarının,
kəşflərinin inamında yaşayır. Bu inam onu ən yüksək zirvələrə
qaldırdı. Bu zirvədən baxanda onun mötəbər və möhtəşəm zi-
yalılığını görürük. Bu ziyalılığı səciyyələndirən əsas stimul
yazmaqdır, özü də dərindən yazmaqdır. Kamran müəllim ona
Allah tərəfindən verilən ömür payını yazılara həsr edə-edə gəlir
və yaza-yaza gedir. Bu alim üçün mövcudluq forması onun
əsərləridir. “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri” (1985), “Hüseyn Cavidin şəxsiyyəti və poetikası”
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
10
(1997), “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), “Ca-
vid möcüzəsi” (2002), “Azərbaycan romantizminin poetikası“
(2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (2006), “Ro-
mantizm və folklor” ( 2006), “Tеория Азербайджанского ро-
мантизма” (2006), “Hüseyn Cavid: həyatı və yaradılığı
“(2008), “Abbas Zamanov olmasaydı” (2011), “Eposun poe-
tikası: “Dədə Qorqud” və “Koroğlu” (2011), “Tənqidin poeti-
kası” (2012) monoqrafiyalarında, “Ədəbiyyat” (2010), “Azər-
baycan dili” (2011) dərs vəsaitlərində, “Sədərək döyüşləri”
(1992) kitabında ifadə olunan fikirlərin mübaliğəsiz deyə
bilərik ki, 99 faizi prof. K.Əliyevin özünə məxsusdur və həmin
fikirlərin ədəbiyyatşünaslığımız üçün nə qədər faydası olduğu
da göz önündədir.
Ədəbiyyatşünaslığa xidmət əzmilə yazıb-yaradan prof.
K.Əliyev eyni zamanda Naxçıvan Dövlət Universiteti nəzdində
fəaliyyət göstərən Dissertasiya Şurasının, Folklor İnstitutunun
Elmi Şurasının , Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hal-hazırda Azərbaycan MEA Folklor İnstitutunda
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiridir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
11
BÖYÜK ALĠMĠN
ĠLK QƏLƏM TƏCÜRBƏSĠ
1973-cü ilin sentyabr ayının sonları idi. ADU-nun filologi-
ya fakültəsinin V kurs (əyani) tələbələri bir il ərzində müstəqil
tədqiqat aparmaq üçün mövzu seçimi edirdilər. Tələbə Kamran
İmran oğlu Əliyev çox götür-qoy etdi, bir neçə gün fikirləşməli
oldu. O, istəyirdi ki, elə mövzu üzərində işləsin ki, bu mövzu
aktual olsun, ondan heç kəs bəhs etməsin. Belə də etdi. O,
indiyədək ancaq ayrı-ayrı müəlliflərin məqalələrində və ədəbiy-
yat tarixi kitablarının xülasələrində ötəri bəhs edilmiş “M. Quli-
yevin ədəbi-tənqidi görüşləri” mövzusunu diplom işi seçdi.
Bu tədqiqat işinə qədər M. Quliyevin həyatı, tənqidçiliyi və
ictimai xadim kimi fəaliyyəti haqqında demək olar ki, tədqiqat işi
aparılmamışdır. Lakin bu tənqidçinin və ictimai xadimin maraqlı
həyatı, yaradıcılığı barədə ziddiyyətli fikirlər müxtəlif müəlliflər
tərəfindən müxtəlif mənbələrdə irəli sürülmüşdür. M.Quliyev
barəsində ciddi tədqiqat aparmaq, onun həyatında baş vermiş bir
sıra mühüm hadisələrin qaranlıqda qalmaması üçün tələbə Kam-
ran Əliyev bu mövzunun üzərində dayandı. Ona görə dayandı ki,
mövzu xam idi, həm də M. Quliyev barəsində yazan əksər müəl-
liflər faktları, hadisələri sadəcə olaraq sadalamış, nəql etmiş,
ümumiləşdirici nəticələrə gələ bilməmiş, tədqiqat obyektinə mü-
nasibətlərini aydın şəkildə meydana çıxarmağa müvəffəq olma-
mışdılar. Onu da qeyd edək ki, mənbələrdə M. Quliyevin həyatı
və fəaliyyəti haqqındakı materiallar olduqca dağınıq və yeknəsəq
şəkildə idi, hətta kitab və məqalələrinin siyahısı belə ortada yox
idi. Şübhəsiz ki, onun haqqında bütün materialı toplamaq, siste-
mə salmaq, şərh etmək, dövrün mürəkkəb ədəbi prosesindən do-
ğan yanlış hökmlərini elmi dəlillərlə təhlil edib inandırıcı nəti-
cələr əldə etmək tədqiqatçıdan, özü də tələbə tədqiqatçıdan bö-
yük zəhmət və məharət tələb edirdi. Tələbə Kamran Əliyev ay-
larla müxtəlif arxiv və kitabxanalarda axtarışlar apardı. Əvvəlcə
M. Quliyevin çapdan çıxan kitab və məqalələrinin biblioqrafi-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
12
yasını tərtib etdi, sonra isə onları diqqətlə nəzərdən keçirdi. Bu
materialları dəfələrlə oxudu, saf-çürük etdi. Mövzunun içərisinə
tam girəndən sonra plan tutdu, diplom işini yazmağa başladı.
Elmi rəhbər, professor Abbas Zamanov yazırdı ki, tələbə diplom
işində M. Quliyevin məqalələrini mövzularına görə aşağıdakı
şəkildə qruplaşdırıb təhlil edir: “Klassik irsə münasibət”, “ Müa-
sir nəsr və poeziya haqqında”, “Dövrün dramaturgiya və teatr
məsələləri”. Şəksiz ki, bu cür qruplaşdırma mövzunu tədqiq et-
mək üçün daha münasib şərait yaratmışdır.
Diplom işindən alınan xoş təsir göstərir ki, tələbə Kамран
Əliyev universitetdə təhsil aldığı illərdə müəyyən mövzuda
tədqiqat aparmaq, elmi və bədii əsəri təhlil etmək, onlardan ori-
jinal nəticə çıxarmaq, öz fikirlərinin arasında rabitə yaratmaq
vərdişi əldə edə bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır.
Tələbə Kamran Əliyev diplom işinin “Ön söz”ündə ilk də-
fə olaraq M. Quliyevin həyat tarixçəsini arxiv materialları əsa-
sında vərəqləyir. Aydın olur ki, o, 1893-cü ildı Nuxada (Şəkidə)
anadan olmuş, uşaqlıq və gənclik illərini orada keçirmişdir. Tif-
lis gimnaziyasının məhsuldar dövründə M. Quliyev gimnaziyaya
daxil olur, 1919-cu ildə isə oranı müvəffəqiyyətlə bitirir. O,
gimnaziya illərində fizika-riyaziyyat elmlərinə dərin maraq
göstərmiş, ümumiyyətlə, təbiət elmlərini və onlarla bərabər hu-
manitar fənləri sevmiş, gimnaziyanı bitirdikdən sonra isə Kiyev
Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuşdur.
Diplomçunun M. Quliyevin inqilabi fəaliyyəti barədə ver-
diyi məlumatlar da xüsusi əhəmiyyət kəsb edir. Tələbə Kamran
Əliyev yazır ki, adətən, çox adamlar öz inqilabi fəaliyyətinə uni-
versitet illərindən başlayır. Çünki bu dövr həyat hadisələrindən,
ictimai mürəkkəblikdən baş çıxarmaq, onları mühakimə etmək
dövrüdür. M.Quliyevin də inqilabi mübarizə cəbhəsindəki ilk
addımları Kiyev unversitetində oxuduğu illərə təsadüf edir.
Kiyevin qaynar həyatı, çar mütləqiyyətinə, istismara qarşı
edilən nümayişlər, çıxışlar onu get-gedə inqilabçı kimi yetiş-
dirir. 1917-ci il hadisələri baş verərkən M. Quliyev Kiyevdə
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
13
idi. Elə həmin günlərdə, daha doğrusu, 1918-ci ilin yanvarında
o, bolşeviklər partiyasının sıralarına daxil olur. Çox keçmir ki,
təşkilatçılıq bacarığı ilə diqqəti cəlb edən Mustafa Quliyev
PK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilir.
1919-cu ildə M.Quliyev Bakıya gəlir. Bu illər Azərbay-
canda sovet hakimiyyəti uğrunda gedən mübarizələrin əsl
gərgin həlledici dövrü olduğu üçün belə kadrlara çox ehtiyac
var idi. Buna görə də o, Bakıda çox qalmır. M. Quliyev parti-
yanın tapşırığı ilə 1919-cu ilin payızında Lənkəran qəzasına
gizli partiya işinə göndərilir. Qəza partiya işinin yenidən qurul-
masında, xarici imperialistlərin özbaşınalığına, soyğunçuluğu-
na, təhqirlərinə qarşı mübarizəyə səfərbər edilməsində Mustafa
Quliyev sadiq partiya işçisi kimi geniş fəaliyyət göstərir.
Bütün bunlarla bərabər, tələbə Kamran Əliyev Azərbay-
canda xalq maarifinin, elmin və mədəniyyətin, ədəbiyyat və
incəsənətin inkişafı üçün həyata keçirilən mühüm tədbirlərin
M.Quliyevin adı ilə sıx bağlı olduğunu qeyd edir və onun əsər-
lərindən çoxlu sayda misallar gətirir. Onun maarif sahəsindəki
fəaliyyətinin araşdırılmadığını nəzərə alan tələbə Kamran
Əliyev diplom işində bu problemə də geniş aspektdən yanaşır,
bu maarifpərvər ziyalının respublika mətbuatında dərc olunmuş
maarif işlərinə dair məqalələrini təhlilə cəlb edir, bu sahədə
tədqiqi vacib məsələlərə aydınlıq gətirir.
Diplom işinin “Ön söz”ündə M.Quliyevin tənqidçilik fəaliy-
yəti də qısa şəkildə xülasə edilir. Tələbə K. Əliyev müxtəlif mən-
bələrə söykənərək sübut edir ki, Azərbaycan ədəbiyyatında mar-
ksist tənqid sovet hakimiyyətinin ilk illərində öz təşəkkül, müəy-
yən mənada isə inkişaf dövrünü keçirirdi. Buna görə də Mustafa
Quliyevi Azərbaycanda marksist ədəi-tənqidin yaradıcılarından
biri hesab etsək, heç də yanılmarıq. Bu mənada o, məqalələrində
özü haqqında müəyyən təsəvvür yaradır: “Marksist, milli hərə-
katın tarixi cəhətdən qanun olduğunu təsdiq edir; lakin bu təsdiq
proletar şüurunu pərdələməməli və millətçiliyə bənzəməməlidir”.
Diplom işinin “Ön söz”ündən belə qənaət hasil edilir ki, M.
Dostları ilə paylaş: |