Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
86
Məlumdur ki, zəngin bədii irsi elmi-tədqiqatın diqqət mər-
kəzində olmuş Sabir poetikasının sənətkarlıq problemlərinin
tədqiqat obyekti kimi öyrənilməsi daim aktuallıq kəsb etmişdir.
Azərbaycan ədəbiyyatşünaslığında Sabir nə qədər öyrənilsə də,
onun yaradıcılığı ilə bağlı mübahisəli məsələlər bu gün də
davam etməkdədir. Prof. K. Əliyev bu mübahisələrin birini belə
qabardır: “XX əsr Azərbaycan ədəbiyyatında romantiklərlə
realistlər arasında olan münasibətlər öz problematikası ilə müa-
sir ədəbiyyatşünaslıqda bir çox mübahisələrin mövzusu olmuş
və olacaqdır”. O, bu mübahisəni M. Hadi, H. Cavid, A. Səhhət,
A.Şaiq və Sabir arasındakı yaradıcılıq əlaqələrinin zəminində
obyektiv təhlildən keçirir, dürüst ümumiləşdirmələr aparır.
XX əsrin əvvəllərində daha çox məşhurlaşmış Firudin
bəy Köçərlinin tənqidçi sənətkarlığı geniş və hərtərəfli səviyyə-
də öyrənilməyə möhtac idi. Bunu nəzərə alan Kamran müəllim
F.Köçərlinin özünün bədii yaradıcılığın sənətkarlıq məsələləri-
nə olan münasibətinə müəyyən nəzər yetirir və haqlı olaraq
göstərir ki, bu iş F. Köçərlinin tənqidi irsinin sənətkarlıq key-
fiyyətlərini dəqiq müəyyənləşdirməyə açar ola bilər. Monoqra-
fiyada F.Köçərlinin əsərlərində sırf sənətkarlıq məsələlərinin
təhlili bu yolla aparılır və hərtərəfli elmi nəticələr əldə edilir.
Prof. K. Əliyev monoqrafiyada Azərbaycan ədəbi-bədii
fikrinin görkəmli simalarından biri olan Seyid Hüseyn Sadıq-
zadənin də tənqidçilik və yazıçılıq fəaliyyətinə böyük önəm
verir. Bu yazıçının “Gilan qızı”, “Kor kişinin arvadı “, “Bir
küçənin tarixi”, “Gələcək həyat yollarında”, “Həzin bir xatirə”,
“Sarıköynək”, “ İki həyat arasında”, “Hacı Manaf”, “Ağaverdi”,
“Üç manat cərimə”, “ Gənclik macəraları” kimi hekayələrini və
eyni zamanda tənqidi məqalələrini təhlilə cəlb edən alim yazıçı
Seyid Hüseynlə tənqidçi Seyid Hüseyn arasında ortaq həqi-
qətləri çox dürüst şəkildə üzə çıxarmağa müvəffəq olmuşdur.
Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığının və tən-
qidi fikrinin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidə münasibəti birmənalı olmamışdır. Ayrı-ayrı vaxtlarda
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
87
H. Cavidin müxtəlif əsərləri haqqında ayrı-ayrı tənqidçilərin
bir-birinə zidd mülahizələri olmuşdur. Elmi ümumiləşdirmələr
və əsaslandırmalar aparmağıı bacarmayanlar H. Cavid yaradı-
cılığınada qüsur xatirinə qüsur axtarmağa çalışmışlar. Bu da H.
Cavid haqqında mənfi cəhətlərin meydana çıxmasının bazisi
olmuşdur. Kamran müəllim 1920-ci ildən 1982-ci ilə qədər
(alim bu məqaləsini 1982-ci ildə yazmışdır) H. Cavid haqqında
yazılanları saf-çürük etmiş, maraqlı və cəsarətli fikirlər irəli
sürmüş, bu böyük şair və dramaturqun Azərbaycan ədəbiyyatı
tarixindəki yüksək mövqeyini tam şəkildə təsdiqləmişdir.
Keçən əsrin 20-30-cu illərinin yetirdiyi Əli Nazimin tən-
qidçilik sənətinə həsr edilən məqalədə də alim öz dəyərli sö-
zünü deyə bilmişdir. Bu məqalədə Əli Nazim tənqidinin sə-
ciyyəvi keyfiyyətləri, tənqidçinin özünün tənqidçilik taktikaları,
priyomları üzə çıxarılır.
Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının görkəmli
simalarından olan Mir Cəlal Paşayevin tənqidçilik və nəzəriy-
yəçilik fəaliyyətini izləmək baxımından Kamran müəllimin
“Mir Cəlal Paşayev – tənqdçi və nəzəriyyəçi alim” məqaləsi də
xüsusi əhəmiyyət kəsb edir. Müəllif məqalədə düzgün olaraq
göstərir ki, Azərbaycan nəsrinin inkişafında misilsiz xidmətləri
olan Mir Cəlalı yüksək qiymətləndirdiyimiz kimi, onun Azər-
baycan sovet ədəbiyyatşünaslığının inkişafında, Azərbaycan
tənqidinin yeniləşməsindəki xüsusi xidmətlərini də dəyərlən-
dirməli və dərindən öyrənməliyik. Alim belə düşünür ki, sovet
dövründə elə bir yaradıcılıq prosesi getmişdir ki, az qala bir
şəxsiyyətin simasında tənqidçini və yazıçını ayırmaq çətin ol-
muşdur. Əvvələn, həmin adamların özləri bədii yaradıcılıqla
ədəbi-tənqidi yaradıcılıq arasında elə bir fərq qoymamışlar. Di-
gər tərəfdən də yaradıcılığın iki müxtəlif sahəsi ilə məşğul ol-
mağı da qanunauyğun hesab etmişlər. Prof. K. Əliyev bu iri-
həcmli məqaləsində Mir Cəlalın elmi yaradıcılığının mahiyyə-
tini düzgün şərh etmiş və belə nəticəyə gəlmişdir ki, Mir Cəlal
yaradıcılığında sənətkarlıq məsələlərinə dair onlarla fakt və
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
88
mülahizələrə rast gəlmək çətin deyildir. Bu isə onun sənəti
duymaq və təhlil etmək bacarığını nümayiş etdirir. Hərgah
“Füzuli sənətkarlığı” kitabını da nəzərə alsaq, belə demək
mümkündür ki, Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığı tari-
xində tənqidçi və ədəbiyyatşünasların diqqətini sənətkarlıq mə-
sələlərinin təhlilinə yönəltməkdə mühüm xidmətləri olan böyük
simadır.
Kitabdakı məqalələrin hər birində oxucunu maraqlandıran,
düşündürən problemlərin istiqamətləri alim tərəfindən profes-
sionallıqla müəyyənləşdirilmişdir. Müəllifin tənqidi məqalələ-
rinin hər biri obrazlıdır, hər birində emosionallıqla akademizm,
daxili sərbəstliklə fikrin tutumlu şərhi sıx birləşib. Elə buna
görə də biz belə hesab edirik ki, ixtisasından asılı olmayaraq
hər bir kəs prof. K. Əliyevin bu problemlərlə bağlı maraqlı və
cəlbedici təhlillərini asanlıqla başa düşə bilər. Ümumiyyətlə,
Kamran müəllim klassik tənqidçilərimizdən çox yazır və
onların parlaq, yaddaqalan portretlərini yaradır. O, görkəmli
ədəbiyyatşünas və pedaqoq Feyzulla Qasımzadə haqqında
yazarkən onun gördüyü işləri tam və hərtərəfli təhlil edib
qiymətləndirmək üçün hansı məsələləri birinci plana çəkmək
barədə düşünür və bir kitaba sığmayan F. Qasımzadənin həyat
və elmi fəaliyyətini hərtərəfli və dolğun şəkildə yeddi səhifəlik
məqaləyə sığışdırır və bu məqalənin səhifələri bir yana, hər
abzasında yeni-yeni fikirlər ortaya çıxarır.
Ədəbiyyatımızın inqilabi ənənələri, romantizm və realiz-
min qarşılıqlı münasibətləri, satira və onun tərbiyəvi əhəmiy-
yəti, sənətkar və ideyalılıq, bədii yaradıcılıq və tənqidin poeti-
kası, qarşılıqlı ədəbi əlaqə kimi ciddi problemlər görkəmli ədə-
biyyatşünas alim Kamal Talıbzadənin yaradıcılıq boyu diqqət
mərkəzində durmuşdur. Prof. K. Əliyevin “Kamal Talıbzadə-
təmkinli elmi yaradıcılıq” məqaləsində alimə məxsus bu key-
fiyyətlər təbii heyrət və vətəndaşlıq iftixarı ilə qələmə alın-
mışdır. Kamran müəllim Azərbaycan tənqid tarixi kimi mühüm
problemin bizim ədəbiyyatşünaslıqda yalnız ilk dəfə sistem-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
89
ləşdirmək deyil, həmin məsələyə sistemli və davamlı yanaşmaq
səlahiyyətinin də Kamal Talıbzadənin payına düşdüyünü göstə-
rir. Ümumiyyətlə, tədqiqatçının bu məqaləsində Kamal Talıb-
zadənin ədəbi irsinin ən qabarıq cəhətləri yüksək qiymətlən-
dirilmiş, bu görkəmli alimin monoqrafiya və məqalələri haq-
qında maraqlı mülahizələr irəli sürülmüşdür.
Müəllifin “Azərbaycan” jurnalının 1980-ci il materialları
əsasında qələmə aldığı “Ədəbi-tənqidin fikir imkanları” mə-
qaləsində bir il ərzində bu jurnalda çap olunmuş ədəbi-tənqidi
məqalələrin, ədəbiyyatşünaslıq tədqiqlərinin keyfiyyətləri
aşkarlanır və “Azərbaycan” jurnalında tənqidin öyrənilməsinin
üç istiqaməti meydana çıxarılır: Tənqidin nəzəriyyəsi, tənqid
monoqrafiyaları və tənqidçi şəxsiyyətlər haqqında məqalələr.
Alimin bu məqaləsində eyni zamanda 1980-ci ildə çap olunan
tənqidçilərin yazıları barədə də nisbətən ətraflı məlumat almaq
mümkündür.
Son olaraq onu deyə bilərik ki, prof. K. Əliyevin bu əsəri
zəngin elmi faktlarla doludur. Poetika ilə məşğul olanlar bu
elmi faktlardan istənilən qədər bəhrələnə bilərlər.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
90
TAM VƏ DOLĞUN ġƏKĠLDƏ
ƏSASLANDIRILMIġ FĠKĠRLƏR
Əsərlərini sevə-sevə, maraqla oxuduğumuz prof. Kamran
Əliyevin 2013-ci ildə çap etdirdiyi “Ədəbiyyat tarixinə bir baxış”
monoqrafiyası haqqında da düşündüklərimizi oxucularla bö-
lüşmək qərarına gəldik. Alimin 300 səhifədən artıq həcmə malik
bu əsərində onun müxtəlif il-
lərdə qələmə aldığı 50-yə qə-
dər müxtəlif ədəbi şəxsiy-
yətlər barədə, müxtəlif səpgili
elmi məqalələri toplanmışdır.
Öncə onu qeyd etməli-
yik ki, alimin 6 hissədən iba-
rət olan bu əsəri də elmi siq-
lətinə görə oxuculara güclü
təsir etmək dəyərindədir. Ye-
nicə çapdan çıxmış əsərin ge-
niş rezonans doğuracağına
şübhəmiz yoxdur. Digər əsər-
ləri kimi, prof. K.Əliyevin bu
monoqrafiyası da zəngin ta-
pıntıları ilə diqqəti cəlb edir.
Kitabın “XIX əsr Azərbaycan ədəbiyyatı” hissəsində toplan-
mış “M.F.Axundov və geopolitika”, “Təmsilatın bədii sistemində
Hacı Qara obrazı”, “A.Bakıxanovun ədəbi irsi”, “Qüdrətli zəka
sahibi” adlı məqalələrində alimin qaldırdığı problemlərin ən dərin
qatlarına nüfuz etmək qabiliyyətini görürük. Başqa sözlə, Kamran
müəllim qaldırdığı bu məsələlərin nüvəsini ustalıqla axtarıb tapır,
onların nəbzini tuta bilir. Onun üçün kiçicik bir ədəbi detal lazım-
dır ki, bəhs etdiyi ədəbi şəxsiyyətin həyatı, yaradıcılığı haqqında
həqiqəti söyləsin, ən ali, ən incə mətləbləri dərin elmi təhlillər
vasitəsilə oxucuya çatdırsın. Bax, bu keyfiyyətləri müəllifin
yuxarıda adını çəkdiyimiz məqalələrində görürük və yüksək
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
91
qiymətləndiririk.
Monoqrafiyanın “XX əsrin əvvəlləri” hissəsində toplan-
mış “M.Şahtaxtlı: bildiklərimiz və bilmədiklərimiz.”, “Mirzə
Cəlil müdrikliyi”, “Şərqi oyadan zəng səsləri”, “Jurnalın Təbriz
nömrələri”, “M.Ə.Sabirin poetik sistemində bədii sözün
təkamülü”, “Unudulmaz anların hekayəti”, “Ədəb və mərifət
dərsi”, “Hadi kədəri”, “A.Səhhət əsərlərinin yeni nəşri”, “Şaiq
inamı”, “Romantik nəsrin hüdudları” məqalələrində M.Şahtaxt-
lının, Mirzə Cəlilin, M.Ə.Sabirin, Hadinin, A.Səhhətin, A.Su-
run, A.Şaiqin, Ü.Hacıbəyovun, R.Əfəndiyevin, A.Divanbəyoğ-
lunun həyatı, mühiti və yaradıcılıqlarına gur işıq salınır.
Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin böyük və
azman şəxsiyyətlərinin həyat və fəaliyyətlərini dərindən öyrən-
məyə cəhd edən prof. K.Əliyev bu işdə kifayət qədər səciyyəvə
faktları qənşərə çəkir. O, yazır ki, Azərbaycan ədəbiyyat və
mədəniyyət tarixinin böyük və azman şəxsiyyətləri vardır ki,
onların həyatı və fəaliyyətlərinin öyrənməsi həmişə aktual ol-
muş və bu aktuallıq öz məzmununu xalqın tarixi keçmişini,
özünəməxsus düşüncə tərzini, onların müasir məna və mahiy-
yətini üzə çıxarmaqla reallaşdırmışdır. Eyni zamanda belə
mötəbər adamların keçdiyi ömür yolu, göstərdiyi xidmətlərin
səffaf və zəngin şəbəkəsi, onların daxilində yaşayan vətən-
daşlıq duyğuları o qədər geniş və rəngarəng mənzərəyə ma-
likdir ki, bütün bunları tədqiq etdikcə gözlərimiz önündə daha
dərin qatlar açılır və tükənməz milli sərvət üzə çıxır.
Nə qədər acı olsa da, təəssüf doğuracaq başqa bir fakt da
aydın və aşkardır. Belə ki, bizim mənəvi yaddaşımızda elə ta-
rixi simalar vardır ki, biz hələ də onların həyat və yaradıcılığını
özümüzə kifayət qədər tanıtdırmamışıq. O cür şəxsiyyətlər
haqqında elmi məcmuələrdə ara-sıra məqalələr yazmaqla kifa-
yətlənmək, yaxud onların bəzilərinin fəaliyyətini dissertasiya
janrına sığışdırıb bundan təsəlli tapmaqla işimizi bitmiş hesab
etmək və bu şəxsiyyətləri hərtərəfli, geniş planda oxuculara
çatdırmamaq ədəbiyyatşünas günahından başqa bir şey deyil-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
92
dir. Bəli, alim doğru olaraq vaxtında həyəcan təbili çalır. Həqi-
qətən də, Azərbaycanda xalqın mənəvi dünyasını özündə əks
etdirən ədiblərimizin həyatı, mühiti, yaradıcılıqları dərindən
öyrənilməlidir. Bu zaman gələcəyə gedən yolun açarını asan-
lıqla əldə edə bilərik, quru sxolastikadan uzaqlanmış olarıq.
Monoqrafiyanın “Cümhuriyyət illəri” hissəsində əks olu-
nan “Demokratik Respublika dövründə romantik bədii fikir”
məqaləsində də müəllif vacib və aktual məsələləri qabardır.
Alim yazır: “Qədim tarixə və zəngin ənənələrə malik Azərbay-
can ədəbiyyatı bütün dövrlərdə insanın xoş gələcəyi üçün
mübarizə aparmışdır. Təkcə elə buna görə bizim ədəbiyyatı
mübarizələrlə dolu salnamə hesab etmək olar. Lakin mübarizlik
keyfiyyəti əsrlərdən-əsrlərə, nəsillərdən- nəsillərə nə qədər
ardıcıllıqla ötürülsə də, hər bir dövr öz siması ilə tarixin səhifə-
lərinə həkk olunur. Bu mənada Azərbaycan Demokratik Res-
publikasının bərqərar olduğu illər də öz siması ilə seçilir və
fərqlənir. Bu dövrün ədəbi həyatının dəqiq təhlili tarix və ədə-
biyyat probleminin elmi təhlilindən başlamalıdır”.
“Demokratik Respublika dövrünün ədəbiyyat və mədə-
niyyətinə yenidən qayıdış bilavasitə həmin dövrün ədəbiyyatı
və mədəniyyətinin təsiri ilə yaranmamışdır” – tezisini irəli
sürən müəllif göstərir ki, bu dövrdə maraq tarixə maraqdan
doğmuşdur. Bizim ədəbi həyatda tarixi faktlara və hadisələrə
son onulliklərin marağı, mənə qalırsa, müasir məsələlərə
münasibət ifadə etmək gücündən çox aşağı olmuşdur. Başqa
sözlə, tarixə “ədəbi səfər” bədiiliyin öz mənzərəsinin və tarixi-
nin qüsuru kimi meydana çıxmışdır.
Prof. K.Əliyev bu məsələnin mahiyyətini dərindən çözələ-
məyə çalışaraq qeyd edir ki, tarixlə tərbiyə əvəzedilməzdir və
onun da öz ənənələri vardır. Bu gün biz tarixlə tərbiyənin aktual
və zəruri olduğunu dərk etdiyimiz bir vaxtda Demokratik
Respublika dövrünə üz tuturuq. Azərbaycan Demokratik Res-
publikası özündən əvvəlki bütün tarixi cəhd və arzuların nəti-
cəsi, özündən sonrakı mərhələlərin isə tarixi nisgilidir. Azərbay-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
93
can Demokratik Respublikasının təhlili vasitəsilə bütün Azər-
baycan tarixini təhlil etmək mümkündür. Məhz buna görə də
tarixşünaslıqda və ədəbiyyatşünaslıqda bu dövrə qayıdış son
dərəcə zəruridir və bizim üçün tarixlə tərbiyənin ən mühüm
həlqəsidir. Prof. K.Əliyev o dövrü araşdırmanın sovet dönəmin-
də yasaq, qadağan edilməsinin də əsas səbəbini burada axtarır və
fikirlərini Mirzə Cəlilin, M.Hadinin, A.Şaiqin, Ə.Haqverdiyevin,
H.Cavidin əsərləri əsasında tam və dolğun şəkildə əsaslandırır.
Monoqrafiyanın “Cümhuriyyət dövründən sonra” hissə-
sində toplanmış “O illərin ağrısı”, “Hüseyn Cavid kimdir?”,
“Böyük sənətkar”, “Mütəfəkkir sənətkar”, “Hümanist sənət-
kar”, “Cavid həqiqəti”, “Cavid sənətinin müasirliyi”, “H.Ca-
vidin dramaturgiya yolu”, “Məhəbbətdir ən böyük din”, “Ağac,
dəniz və insan”, “C.Cabbarlının romantik qəhrəmanları”, “Mü-
hüm axtarışlar”, “R.Rzanın yaradıcılıq yolu”, “Mübarizliyin
tərcüməsi”, “Xalq hünərinin salnaməsi”, “Zirvələrdən zirvələ-
rə”, “Şəxsiyyət və ideal vəhdətinin yeni mahiyyəti”, “Ədə-
biyyatımızın tənha narı”, “Yazıçı ömrünün işığı”, “Tarazlıq
anı”, “Gələcəyə məktub”, “Sürgünlüyün anatomiyası”, “Öz
mahnısı olan şair”, “Yol çəkən gözlərin işığı” məqalələrində
H.Cavidin, C.Cabbarlının, Y.V.Çəmənzəminlinin, R.Rzanın,
rus şairi M.Mayakovskinin, S.Rəhimovun, Nəbi Xəzrinin,
F.Kərimzadənin, Elçinin, İ.Hüseynovun, S.Əhmədovun, Ə.Əy-
lislinin, Anarın, K.Dadaşoğlunun, C.Cavadlının, S.Rüstəmxan-
lının, Musa Ələkbərlinin, K.Ağayevanın, R.Sultanın, M.Qası-
movun, E.Eloğlunun, H.Günün, B.Pərişanın, V.Məmmədovun,
V.Kərimovun həyat və sənət yollarına güzgü tutulur.
Müəllifin müxtəlif illərdə qələmə aldığı bu məqalələrin
bəzilərinin yazılma tarixindən bizi 20-30 illik zaman məsafəsi
ayırır. Lakin qaldırılan problemlər öz aktuallığını bu gün qoru-
yub saxlayır və şübhəsiz ki, sabah da qoruyub saxlayacaqdır.
Bəli, prof. K.Əliyevin özünün dediyi kimi, insan həyatda az,
yazıda isə daha çox yaşayır. Bu yazı istər dəri üzərində olsun,
istərsə də daş kitabə kimi heykəlləşsin, fərqi yoxdur, yazının
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
94
ömrü insanın ömründən çoxdur. Ona görə də bizim yaşadığı-
mız dünyada yazıya olan maraq pula, var-dövlətə tuşlanan ma-
raqdan həm güclüdür, həm də gizlidir.
Əsərin “Cənubi Azərbaycan ədəbiyyatı” hissəsinə alimin
2 məqaləsi daxil edilmişdir: “Romantik şairin arzuları” və “Gü-
nəşlə doğulanlar”. Birinci məqalədə tədqiqatçı Cənubi Azər-
baycan şairi Səid Məşədi Xəlil oğlu Səlmasinin həyatı və
sənətə gəlişi barədə aydın təsəvvür yaradır. Müəllif məqalədə
Səid Səlmasinin yaradıcılıq yolunu ardıcıl şəkildə izləyir. Onun
yaradıcılığının səciyyəvi cəhətləri, dünyagörüşündəki istiqa-
mətləri üzə çıxaran alim haqqlı olaraq yazır ki, üsyana çağırışla
rəhbərlərin gücünə inanmaq əqidəsinin növbələşməsi S.Səlmasi
yaradıcılığının ilk mərhələsi üçün çox səciyyəvi idi. Sonralar
isə onun dünyagörüşündə yeganə istiqamət – inqlaba çağırış,
inqilab işinə qoşulmaq amalı formalaşdı.
S.Səlmasinin məqalələrində “hürriyyət”, “müsavat” (bə-
rabərlik), “ədalət” sözlərinin xüsusi yer tutduğunu vurğulayan
tədqiqatçı qeyd edir ki, bütün bunlar isə həyatda görünənlər
deyil, məhz arzu olunanlardır. Şairin bu istəklərində milyon-
larla adamın muradı, həmin milyonları ayağa qaldırmaq, dö-
yüşə səsləmək və mübarizəyə qoşmaq çağırışı vardır.
S.Səlmasinin şeir yaradıcılığı üzərində bir qədər geniş
dayanan prof.K.Əliyev göstərir ki, S.Səlmasi yaşadığı mühitin
hadisələrini düzgün qavradığına görə onun şeirləri mövcud
şəraitin inikası ilə məhdudlaşmırdı. Şairin poetik düşüncəsi
dünyanı, bəşər həyatını təhlil etməkdə mahir idi. Cəmiyyətin
özündəki və təfəkküründəki ikiliyin – Xeyir və Şərin yanaşı
yaşadığının dərki də buna sübutdur.
S.Səlmasinin “Etmə israr”, “Xəyali-mənfur”, “İgbirar”,
“Müstəbidlərə”, “Farsca bir sönet”, “Liyaliye-iztirar” kimi şeir-
lərinin ictimai-sosial yükünü, məzmununu dərindən təhlil edən
alim belə nəticəyə gəlir ki, Səid Səlmasinin ədəbi irsi XX əsr
Azərbaycan romantizminin ayrılmaz tərkib hissələrindən biri-
dir. Onun yüksək ideyalı, mübariz ruhlu əsərləri indi də öz əhə-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
95
miyyətini itirməmiş, Cənubi Azərbaycan xalqını səadətə, azad,
xoşbəxt həyata səsləyir.
“Günəş”lə doğulanlar” adlı məqaləsində müəllif Arazın o ta-
yında Azərbaycan dilində qəzet, jurnal və kitabların nəşr olunma-
sını ürəkdən alqışlayır və “Günəş” məcmuəsinin ilk sayında işıq
üzü görən Cənubi Azərbaycan yazıçılarının şeir, hekayə və məqa-
lələrini təhlil edir. Bu yazıların hamısında ağrı-acı, istirab və nara-
hatlıq, sevinc və ümidin olduğunu vurğulayan alim prof. Abbas
Zamanovun ona verdiyi “Günəş” məcmuəsini oxuyarkən düşün-
düklərini belə ifadə edir: “Məcmuəni oxuduqca üz-üzə dayanan iki
həyat görürsən: biri arxada qalan və “tarixin zibilliyinə tullanan”
şah idarə üsulu, digəri isə odlar və alovlar içində doğulan yeni cə-
miyyət, biri hələlik tam məhv olmayan, xarici imperializmin kö-
məyini hər an gözləyən irtica, digəri isə inqilabın nailiyyətlərini
qorumağı özünə şərəf və borc bilən insanlar dünyası. Bütün bun-
lara baxmayaraq, bu ziqzaqlar içərisində Günəş hərarəti, Günəş
işığı vardır”. Alimə görə, “Günəş” məcmuəsinin işığını gurlan-
dıran məhz burada özlərinə yer almış Arazın, H.Tərlanın, R.Fər-
hadın, Ağdaşlının, H.Savalanın, Müzəffərin, S.Sərdarinin, Ə.Məh-
sətinin, B.Çayoğlunun, G.Səbahinin şeir, hekayə və məqalələridir.
Monoqrafiyanın “Tarix deyil, ədəbiyyatdır” hissəsində yer
almış “Qafqaz davası” və “Parisin süqutu” məqalələri də orijinal
üslubda yazıldığına görə həddən artıq maraqla oxunur. Alim
“Qafqaz davası” məqaləsində XIX əsrin əvvəllərində Azərbaycan
varlığına və Azərbaycan mədəniyyətinə “Gülüstan” və “Türk-
mənçay”dan dəyən zərbələri xatırladır, Qafqaz uğrunda gedən
davada M.F.Axundovun, Q. Zakirin, H.Zərdabinin, Hadinin öz
qələmləri ilə heç də az iş görmədiklərini diqqətimizə çatdırır. Ali-
min “Parisin süqutu” məqaləsi də ibrətlidir, həssas oxucu buradan
özünə çox şeyləri əxz edə bilər. Nəticə etibarilə deyə bilərik ki,
prof. K. Əliyev “Ədəbiyyat tarixinə bir baxış” monoqrafiyasında
tədqiqata cəlb etdiyi böyük sənətkarların cəmiyyətdaxili mövqe-
yini, zamanla, dövrlə bağlı mübarizə güclərini və onların şəxsiy-
yət bütövlüyünü böyük ustalıqla xarakterizə edə bilmişdir.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
96
SƏDƏRƏK DÖYÜġLƏRĠ
KAMRAN ĠMRANOĞLUNUN
TƏQDĠMATINDA
Professor Kamran Əliyev təkcə ədəbiyyatşünaslıq prob-
lemləri ilə məşğul olmur, onun eyni zamanda Sədərək döyüş-
ləri haqqında publisistik səpgidə dəyərli yazıları da vardır. Bu
yazılar müəllifin 1992-ci ildə işıq üzü görmüş “Sədərək dö-
yüşləri” kitabında əks olun-
muşdur. Müharibənin qızğın
çağında qədim Naxçıvan tor-
pağının ayrı-ayrı bölgələrini,
uzaq-yaxın kəndlərini gəzən,
müxtəlif nəsillərin nümayən-
dələri və ayrı-ayrı peşə sa-
hibləri ilə görüşüb söhbət
edən K. Əliyev bu adamların
içindəki narahatlığı və gər-
ginliyi vətəndaş yanğısı ilə
duymuş, bunları ürəkləri fəth
edəcək səviyyədə qələmə al-
mışdır.
Əslinə
qalanda,
müəllifin “Sədərək döyüşlə-
ri”ndə bir sıra mühüm həyati
həqiqətlərə geniş yer ayrılıb:
müharibə fəlakətdir, müharibə ana-bacılarımızın göz yaşlarıdır,
müharibə körpələrin çəkdiyi əzab-əziyyətlərdir, müharibə səfa-
lətdir. Müharibə həm də igidlərimiz, ərənlərimiz üçün sınaq
meydanıdır. Bu sınaqdan hərə bir cür çıxır. Müharibələrin öz-
lərinin də xarakterləri var. Kамран İmranoğlu bunları belə
xarakterizə edir: “Yəqin ki, yaxın və uzaq müharibələr haqqın-
da az və ya çox dərəcədə məlumatı olanlar var. Həmin müha-
ribələrdə müxtəlif döyüşlər olub: Çay döyüşü, buz döyüşü, dağ
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
97
döyüşü, kənd döyüşü, şəhər döyüşü! Bunların hər biri aparılan
müharibələrin xarakterindən, zamanından, hazırlıq səviyyəsin-
dən asılı olaraq salnamələrə düşüb. Sədərək döyüşləri isə sözün
əsl mənasında təpə döyüşləridir. Qoy bunlar da tarixə düş-
sünlər: Qaraburun, Miltəpə, Ucubiz, Qırmızılar...”
Kitab 1992-ci ilin may ayının 1-dən iyunun əvvəllərinə
kimi Sədərəkdə erməni təcavüzkarlarına qarşı qəhrəmanlıq
döyüşlərindən, bu döyüşlərdə cəsur oğullarımızın şücaəti və
igidliklərindən bəhs edir. Əsərin qiymətli cəhətlərindən biri
budur ki, onun amansız, mənfur yağıya-ermənilərə qarşı nifrət
hissi oyadan, xalqımızın ər, igid oğullarından olan Sədi Cabir
oğlu Əsgərova, Asəf Bayram oğlu Rəhimova, Eldar Paşa oğlu
Əhmədova, Rüstəm Rəşid oğlu Tağıyevə, Muxtar İsa oğlu
Məmmədova, Bahadur Bayram oğlu Abbasova, Nüsrət Hüseyn
oğlu Məmmədova, Faiq Yaqub oğlu Məmmədova, Şamil
Telman oğlu Hüseynova, Fərhad Səyyad oğlu Mirzəyevə, Şakir
Səttar oğlu Cəfərova, Fazil İmran oğlu Zamanova, Hamlet Əli
oğlu Qədimova və başqalarına böyük rəğbət və məhəbbət hissi
aşılayan yazıların orada yer almasıdır. Kamran İmranoğlu bu
vətən oğullarının misilsiz qəhrəmanlıqlarını idrakımızı, düşün-
cəmizi fəth edən bir səviyyədə bizə təqdim edir.
Klassik Şərq ədəbiyyatının incilərindən sayılan “Qabus-
namə”də deyilir ki, döyüşdə bir addım irəli getmək mümkünsə,
bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan,
vuruşu dayandırma. Çünki yalnız vuruşla düşməni ram etmək
olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə
yerdə ölümü özün üçün xoşbəxtlik hesab et. Sədərəklilər bu
xoşbəxtliyə büründülər, qeyrətlərini snayper eləyib düşmənin
alnından vurdular.
Deyirlər ki, hər kəsin öz rəngi var. Bu rənglərin qəlbi-
mizdə, mənəviyyatımızda oyatdığı duyğular da sonsuzdur.
Kamran İmranoğlu Sədərək şəhidlərini müxtəlif rənglərlə təq-
dim edərək onları mənəviyyatımıza hopdurur, yaddaşımıza
yazdırır: “Nüsrət ermənilərlə vuruşda sonuncu gülləsinə qədər
|