MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
110 
gəni,  zibil  boşaltdığı salafanı  və  vedrəni  götürüb  hər tərəfi şü-
şəbənd olan vağzalın içinə tərəf yollandı” ( 1.s.24); “– Yoldaş 
fotoqraf,  qonaq  istəmirsən?“  (1.s.29);  “Rəsul  elə  uşaq  vaxtın-
dan deyirdi ki,  doxdur olacam” (1.s. 34); “Rəsul orta məktəbi 
qurtarıb  Bakıya  getdi  və  gedən  ili  də  “medinstitutun”  aptek-
çiliyinə  qəbul  oldu”  (1.s.  35);  “Qaldı  vayenkomla  alış-verişə” 
(1.s.37);  “Ona  görə  də  kimin  Bakıda  vacib  işi  yoxdursa,  bileti 
zanit  eləməsin”  (1.s.  40);  “Arvad  cavab  gözləmədən  əlindəki 
bükülü  yaylığı  açdı  və  pasportla  birgə  veteran  qnişqasını  da 
Daydaya  tərəf  uzatdı”  (1.s.44);  “Novqod”  vaxtı  Ağoşun 
Urusetdən  gətirdiyi  qırmızı  güllü  donu  da  sandıqda  gizlədib 
Novruz bayramına saxlamışdı” (1.s.49).  
Povestin  dilində  söz  sırası  ilə  əlaqədar  bir  sıra  xarakter 
əlamətlər  özünü  göstərməkdədir.  Kamran  İmranoğlu  canlı  da-
nışıq  dili  sintaksisinə  istinad  etdiyindən  əsərin  sintaksisində 
dilimiz üçün normal hesab etdiyimiz inversiya hadisəsinə təsa-
düf  edirik.  Bu,  bədiilik  prinsipləri  ilə  bağlı  olub,  surət  dilinin 
fərdiləşdirilməsi,  təbii və  canlı  nitq çalarlığı  yaratmaq  meylin-
dən  irəli  gəlmişdir.  Povestdə  ədəbi  dil  qanunlarından  fərqli 
olaraq,  nəqli  cümlələrdə  cümlə  üzvləri  sırasının  pozulması: 
tamamlıq, zərflik bəzən də mübtədanın xəbərdən, təyinin təyin-
lənəndən sonra işlənməsi halları ilə də rastlaşırıq: “Səhnə əilini 
saldı pencəyinin sol cibinə“ (1.s. 18); “Bu pulu da veriblər Dəl-
lək  Rəhimin  ixtiyarına.  Deyirlər  ki,  otur  məsləhətləş,  keçidi 
başla  tikməyə”  (  1.s.  17);  “Hərə  gedib  öz  işinin  dalınca” 
(1.s.17); “Ağoşla Səhnə üz qoymuşdular Hacı Muradın tayala-
rının yanına!” (1.s.21); “Səhnə bunları fikirləşə-fikirləşə bir də 
baxıb gördü ki, çayçının hər tərəfini süpürüb qurtarıb və gəlib 
çatıb  şəkilçəkən  Qadirin  butkasının  düz  qabağına”  (1.s.  28); 
“Ağoşdan  yastı-yastı  deyilən  söz  bu  olub,  onu  da  yas  yerində 
qatdayıb qoymuşuq yastığı altına “( 1.s. 31); “Qonşu kənddəki 
məktəbdən  çıxıb  Düyərliyə  gələndə  yolda  uşaqlardan  hamısı 
başladı  Rəsulla  zarafat  eləməyə”  (1.s.  34);  “Yarıyola  çatanda 
Rəsul hirslənib çantanı atdı ağappaq qarın üstünə”( 1.s. 34) və s. 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
111 
Povestdə yarımçıq cümlələr həm dialoji, həm də monoloji 
nitqdə özünü göstərir. K.İmranoğlu “...monoloji nitqdə sözə qə-
naət  etmək, təkrara  yol  verməmək, nitqin  təbiiliyini  və aktual-
lığını  təmin  etmək  məqsədilə  yarımçıq  cümlələrdən  istifadə 
edir”  (3.s.  200).  Məsələn:  “Amma  qapı  da  yerindəydi,  dəstək 
də. Hələ deməzsən axşamdan diyirlənib qapının dalına qoydu-
ğu iri daş da” (1.s.7). “Səhnə də cavab verdi ki, öldü-qaldıların-
dan xəbər yoxdu. Nə bir gələn var, nə də bir gedən” ( 1.s. 10). 
“Ülgüc kort olanda Məşədi Vəli Dəllək Rəhimin üzünə o ki var 
söyərdi.  Dəllək  Rəhim  də  nə  ağ  dinərdi,  nə  qara”  (1.s.15). 
“Bilirdi ki, dalısınca nə sifariş gələcək, nə də adam” (1.s.16).  
Povestdə  dialoji  nitqdə  işlənən  yarımçıq  cümlələr  də  ge-
niş yer tutur. Bu konstruksiyalar surətlərin sual-cavab nitqində 
işlədilir: 
“– Hə eşidirəm, bacıoğlu! 
– Yoldaş fotoqraf, bu il orta məktəb məzunlarının vinet-
kasını sən düzəltmisən? 
–  Mən  düzəltmişəm,  amma  iki-üç  məktəbdən  savayı 
zakaz verən olmadı. 
– Sulutəpənin uşaqlarının şəklini çəkmisən? 
– Çəkmişəm”. (1.s.29)  
 Sonra da ona tərəf uzanmış iki pasportu götürdü. Ardınca 
da pasport sahibi dilləndi: 
“– Dayday, mümkünsə birinci reysə ver! Özü də ən yaxın 
günlərdən birinə”.(1.s. 41)  
K.  İmranoğlu  fikri  daha  obrazlı,  daha  emosional  şəkildə 
oxucuya  çatdırmaq  məqəsədilə  ritorik  sual-cümlələrin  vasitə-
silə  mətni  qurur.  Belə  sual  cümlələr  ilə  yüksək  hiss-həyəcan 
ifadə edilir, həm də bu formalı cümlələrdə qarşılaşdırma – mü-
qayisə  olur.  Bu  qəbildən  olan  cümlələr  surətlərin  monoloji 
nitqində  özünü  göstərir:  “Xədicə  hərdən  daldaya  çəkilib  öz-
özünə  gileylənirdi  ki,  elə  bil  Allah  ağlımı  aldı,  bu  uşaqları 
dalbadal doğdum. Hər il də bir uşaq olar? Bic Törənin bic qı-
zına bax, iki il ara verib bir uşaq doğub, üç il ara verib ayrısını 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
112 
pırt  eləyib  atıb  çölə.  Elə  bil  Allaha  “zakaz”  veriblər.  Bəs 
görəsən bizim “zakazımız” niyə Allaha çatmadı? Bir də ki, biz 
başıbatmışlar  heç  zakaz  elədik  ki?!“  (1.s.35).  “...Yekə  oğlum 
var ha, çox qırmızı adamdı. Yeriyəcək mənə tərəf, çəmkirəcək 
ki,  bəs  anamın  ayaqqabılarını  görmürdün?  Gözün  kor  idi? 
İynən,  sapın  əskik  gələcəkdi?  Başqalarının  zir-zibilinə  batmış 
sürütmələrini  az  qalırsan  dilinlə  yalayasan,  anamın  tərtəmiz 
ayaqqabılarına  iki  barmaq  boyda  yamaq  vura  bilmirdin? 
Düzdür, mən də məcbur olub cavab verəcəkdim ki, oradan üç-
dörd cüt ayaqqabı alıb göndərə bilmirdin? Göndərsəydin pulun 
əskik gələcəkdi? Canın çıxacaqdı? “ (1.s. 12). 
Nida  cümlələri  fikrin  ifadəsində  bədii  bir  priyom  olduğu 
üçün onlar publisistik dilə nisbətən bədii dildə daha çox işlənir. 
Hiss-həyəcanın  zəngin  çalarlarının  ifadəsində,  şübhəsiz,  into-
nasiya,  cümlənin  tərkibində  işlənən  sözlərin  leksik  mənası, 
nidaların  xarakteri,  təkrarlar,  sözün  sırası,  sual  əvəzliyi  və.s 
imkanlar əhəmiyyətli rol oynayır. K.  İmranoğlu  bu saydığımız 
imkanlardan  istifadə  edərək  surətlərin  sevincini,  təəssüfünü, 
kədərini,  razılığını,  arzularını,  təşəkkürünü,  tərifini,  təəccübü-
nü,  çağırışını,  emosiyalarını  ifadə  etmək  məqsədilə  təsirli 
lövhələr  yaradır:  “Ay  Tutu,  görüm  səni  kəndin  arvadları  ağ-
lasın! Məni bəlaya saldın!” ( 1.s. 3); 
Yaxud: 
” – Dazbaşı yıxdıq! Dazbaşı yıxdıq!  
Hamı  yavaş-yavaş  Müstəcəbə  tərəf  yeriməyə  başladı. 
Müstəcəb  camaatın  yanına  çatan  kimi  qəzetlərdəкi  iki  böyük 
şəkli göstərib ucadan dedi: 
– Dazbaşı yıxdıq! Xruşşov da belə getdi... 
Amma  Xruşşovun  getməsindən  daha  çox,  camaatı 
çaşdıran  bu  iki  şəkil  idi.  Hamı  təəccüblənirdi  ki,  gedən  bir 
nəfərdi, gələn iki nəfər!” ( 1.s. 35); 
Yaxud:  
“– Vallah, sizə söz çatdırmaq olmur. Götür biletini, sənə 
yaxşı yol!”  (1.s. 41); 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
113 
Yaxud: 
“–  Ay  əmi,  vallah,  içəridə  yer  yoxdur.  Yaxşı  onda  gəl 
əvvəlcə səni yola salım, sonra zənənlərə bilet yazaram. 
– Ay atan oldu rəhmət!”( 1.s. 44) 
Yaxud: 
“– Ay-hay! Vallah bu adamlara tövbə yoxdur” (1.s. 26). 
Bəli, K. İmranoğlunun yaratdığı personajların danışıq tər-
zi  son  dərəcə  cəlbedicidir.  “Bədii  mühitə  və  bədii  qavrayışa 
obyektiv sənət ölçüsü ilə nəzər salmağın ilkin şərti elə dil ami-
lidir.  Kamil  dil  və  üslub  vərdişlərinə  sahib  olmadan  yazıçının 
özünü  təsdiqetmə  bacarığı  uğursuzluqla  nəticələnə  bilər;  dil 
duyumu  yüksək  olan  yazıçının  sənəti  də,  əsərləri  də  sevilir, 
mütaliə edilir...”( 7.s. 6). Bu mənada da K. İmranoğlu “Vağzal” 
povestində dilin tarazılığını bütün istiqamətlərdə gözləmişdir.  
 
Ədəbiyyat 
1.Kamran İmranoğlu.Vağzal. Bakı, Yurd, 2001. 
2.Azərbaycan bədii dilinin üslubiyyatı, Bakı, Elm, 1979. 
3.Q.Ş. Kazımov Müasir Azərbaycan dili. Sintaksis, Bakı, 
Təhsil, 2007. 
4. T. Mustafayev “Yalquzaq” povestinin müəllifi Kamran 
İmranoğluna açıq oxucu məktubu”, “Ünsiyyət” qəzeti, 18 may 
1999, №5. 
5.  В.  Yusifli  “Bir  povest  haqqında”.  “Ədəbiyyat”  qəzeti, 
23 iyul 1999, №29. 
6. Q. Ş. Kazımov. Dildən xüsusi seminar.  Yazıçı və dil, 
APİ-nin nəşri, Bakı, 1975.  
7.  İ.  Babaşoğlu.  Yazıçı:  müasir  həyat  və  gerçəkliklər. 
(Tahir Kazımovun yaradıcılığı əsasında) “Elm və təhsil”, Bakı, 
2012. 
 
 
 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
114 
DƏYƏRLĠ ĠKĠ DƏRS VƏSAĠTĠ 
 
Müstəqil  respublikamızın  ictimai-siyasi  həyatında  baş 
verən  köklü  dəyişmələr  orta  məktəblərimizdə  tərbiyə  etmək 
vəzifəsinin  daşıyıcısı  olan  ədəbiyyatımızın  şagirdlərə  dərindən 
öyrədilməsinə,  mənimsədilməsinə  əlverişli  şərait  yaradır. 
Ədəbiyyatımızı  gənc  nəslə 
öyrətməyin  əsasları  tam  orta 
məktəbdə  qoyulur.  Təкmil-
ləşdirilmiş və əsaslandırılmış 
bir  mahiyyət  kəsb  edən  kö-
məkçi  vəsaitlərin  də  bu  işdə 
misilsiz  əhəmiyyəti  danıl-
mazdır.  Bu  baxımdan  prof. 
Kamran Əliyevin 2010-cu il-
də  “Elm”  nəşriyyatında  çap-
dan  buraxılan  “Ədəbiyyat” 
adlı  dərs  vəsaiti  (Elmi  re-
daktoru:  filologiya  elmləri 
namizədi  İsmayıl  Əhməd-
zadə,  filologiya  elmləri  dok-
toru  Muxtar  Kazımoğlu; 
Rəyçilər:  filologiya  elmləri 
namizədi Telman Həsənov, filologiya elmləri namizədi Ataəmi 
Mirzəyev) abituryentlər, şagirdlər, müəllimlər üçün fayda verə 
bilən qiymətli bir mənbədir. Dərslikdə ən zəruri materiallar öz 
əksini  tapıb.  Bu  materialların  mövzu  dairəsi  öз  genişliyi  və 
metodiki  xüsusiyyətləri  ilə  diqqəti  cəlb  edir.  Dərsliyin  “Ədə-
biyyat  haqqında  məlumat”  hissəsində  ədəbiyyatın  tərifi  və 
mənası verilir. “Ədəbiyyatşünaslıq elminin bölmələri” hissəsin-
də bu bölmələrin yığcam xarakteristkası öz əksini tapır. 
Kitabın  “Ədəbiyyat  nəzəriyyəsi”  bölməsində  şifahi  xalq 
ədəbiyyatı üzrə janrlar təsnif edilir. “Aşıq yaradıcılığının janr-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
115 
ları” hissəsində aşıq yaradıcılığında mühüm rol oynayan janrlar 
haqqında yığcam və dolğun məlumatlar verilir. Gəraylı, qoşma 
və онун növləri: gözəlləmə, ustadnamə, qıfılbənd, vücudnamə; 
təcnis  və  onun  növləri:  cığalı  təcnis,  ayaqlı  təcnis,  dodaqdəy-
məz faktik nümunələr əsasında izah olunur. 
Dərsliyin “Nəzm və nəsr“ bölməsində bu terminlərin mə-
nası,  nəzmin  əsas  əlamətləri,  ahəngdarlıq,  ritm,  ölçü  (vəzn), 
qafiyə,  qafiyənin  növləri  –  zəngin  (tam)  qafiyə,  yoxsul  (na-
tamam)  qafiyə,  qulaq  qafiyəsi,  daxili  qafiyə,  rədif,  bölgü, 
misra,  beyt,  beytlə  bağlı  işlədilən  ifadələr  –  şah  beyt,  mətlə 
beyt,  məqtə  beyt  və  eyni  zamanda  şeirdə  müxtəlif  saylı 
misralardan ibarət bitkin hissə olan bənd aydınlaşdırılır. 
Məlumdur  ki,  Azərbaycan  şeirinin  tarixində  üç  vəzndən 
(ölçüdən)  istifadə  edilmişdir.  Kitabın  “Şeirin  vəznləri”  bölmə-
sində əvvəlcə  vəznlər  içərisində  ən qədim  olan  heca vəzninə ( 
barmaq vəzni) və onun tələblərinə, sonra əruz vəzni və onun ən 
çox  ədəbiyyatımızda  işlənən bəhrlərinə, daha sonra isə  sərbəst 
şeirə diqqət yetirilir. 
Həyatı  əksetdirmək  üsuluna  görə  ədəbi  əsərlər  üç  qrupa 
bölünür: epik, lirik, dramatik. Kitabın “ Ədəbi növlər və janr-
lar”  bölməsində  bu  növlər  və  bu  növlərin  janrlarına  geniş  yer 
verilir.  Epik  növün  janrları  hesab  edilən  təmsil,  hekayə,  no-
vella, povest, oçerk, roman, epopeya, xatirə, lirik növün janrları 
olan qəzəl, qəsidə, mədhiyyə, fəxriyyə, minacat, nət, qitə, mər-
siyyə, məsnəvi, rübai, tuyuq, mürəbbe, müxəmməs, müsəddəs, 
müsəbbe, müсəmmə, müəşşər, epik – lirik növə daxil olan poe-
ma və  dastan  haqqında,  həmçinin  dramatik  növün  yanrları ba-
rədə təhlillər aparılır. Həyatı əks etdirmək üsullarına – təhkiyə-
yə, təsvirə, tərənnümə, ədəbiyyatdakı gülüşün satira və yumor-
dan ibarət növlərinə də nümunələr əsasında aydınlıq gətirilir. 
Kitabın  “Bədii  əsərin  quruluşu“  bölməsində  mövzu  və 
ideya anlayışlarına dürüst izahlar verilir. Məlum olur ki, mövzu 
– dərk edilən və dövr üçün səciyyəvi olan həyat  hadisələridir. 
Tarixi  mövzular  isə  müasirliklə  əlaqələndirilir.  Bədii  əsərin 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
116 
yaradılmasında  mövzu  seçimi  əsas  şərtdir.  Müəllif  mövzunu 
əsas mövzu, yardımçı mövzu adlarла iki qrupa ayırır. 
İdeyanın mövzu ilə sıx əlaqədar olduğunu vurğulayan dərs-
lik müəllifi  doğru  olaraq  yazır  ki,  yazıçının qələmə  aldığı  həyat 
hadisəsi haqqında gəlinən qənaət, çıxarılan nəticə - ideyadır. 
Prof.  K.  Əliyev  təqdim  etdiyi  materialların  ardıcıllığına 
xüsusi  fikir  verir.  Məzmun  və  formanın  vəhdətindən  danışan 
alim  doğru  olaraq  göstərir  ki,  şeirdə  məna  məzmunu,  söz  isə 
formanı  ifadя  edir.  Bədii  əsərdə  məzmun  və  forma  vəhdətdə 
olmalıdır.  Lakin  məzmun  əsasdır,  məzmun  formanı  müəyyən 
edir. Meydana çıxan yeni məzmun yeni - yeni ədəbi formaları 
meydana  çıxarır.  Forma  isə  məzmunu  tamamlamaq  baxımın-
dan  ona  təsir  göstərir.  Məzmun  formaya  nisbətən  dəyişkən  , 
forma isə məzmuna nisbətən sabitdir, gec dəyişəndir.  
Kitabın “Bədii əsərdə hadisə və surət” bölməsi də şagird-
lər, abituryentlər tərəfindən asanlıqla mənimsənilir. Burada in-
san surəti və onun qrupları – müsbət surət, mənfi surət, surətlə-
rin bədii  əsərdəki  hadisələrin  gedişindəki  iştirakına  görə  qrup-
ları açıqlanır. Təbiət, əşya, heyvan surətlərinin bədii əsərlərdəki 
xüsusiyyətləri nümunələr əsasında nəzərdən keçirilir. 
Vəsaitin “Süjet və kompozisiya” bölməsi də əsaslandırıl-
mış bir mahiyyət kəsb edir. Müəllif burada süjet və onun sabit 
mərhələlərini, kompozisiya və onun əsas ünsürlərini izah edir. 
Bədii əsərin dilindən bəhs edən alim qeyd edir ki, ədəbiy-
yatda  dildən,  üslubdan  danışarkən  bədii  dil  və  bədii  üslub 
nəzərdə tutulur. Ədəbi dil və bədii dil anlayışları bir-birinə zidd 
deyil. Onların hər ikisi xalq danışıq dilinə əsaslanır.  
Kitabda bədii dilin tərkibi, bədii təsvir vasitələri (məcaz-
lar), bədii ifadə vasitələri ( sintaktik fiqurlar) haqqında verilən 
məlumatlar da şagirdlər və abituriyentlər üçün qaneedicidir. 
Bədii yaradıcılıq metodu – həyat hadisələrini təsvir etmək 
və onları ümumiləşdirmək üçün yazıçının əsas götürdüyü prin-
sipdir.  Ədəbiyyatda  iki  əsas  yaradıcılıq  metodu  var:  realist  və 
romantik. Tam orta məktəblərdə bu metodların müəyyən cəhət-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
117 
lərinin  öyrədilməsi  bir  qədər  çətinlik  törədir.  Bizcə,  Kamran 
müəllimin bu metodlar barədə təqdim etdiyi materiallar şagird-
lərdə  mənimsəmə  çətinliklərini  aradan  qaldıra  bilər.  Vəsaitdə 
ədəbi  cərəyan,  ədəbi  məktəb  haqqında  əks  olunan  məlumatlar 
da şagirdlərin anlaq səviyyəsinə uyğundur. 
Kitabın  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  bölməsinə 
bir  qədər  geniş  yer  ayrılır.  Burada  ədəbiyyatın  şifahi  və  yazılı 
yolla  yaranıb  inkişaf  etdiyi  göstərilir,  ədəbiyyatın  bu  qolları 
arasındakı  fərqlər,  lirik  növ  və  buraya  daxil  olan  nəğmələr, 
mahnılar,  bayatılar  və  s.  epik  növ  və  onun  janrları,  dramatik 
növ,  aşıq  yaradıcılığı,  dastanlar  və  onların  əsas  xüsusiyyətləri 
testologiyanın tələblərinə uyğunlaşdırılır. 
“Dədə Qorqud” eposu qədim dövr Azərbaycan ədəbiyya-
tının ən möhtəşəm xalq yaradıcılığı hadisəsidir və Azərbaycan 
ərazisində  formalaşmışdır.  Eposun  bir  sıra  ideyaları  və 
motivləri türk bədii düşüncəsinin daha qədim dövrlərinə, İslam 
dinini  yaymaq,  Oğuz  dövləti  qurmaq  kimi  əsas  ideyaları  isə  I 
minilliyin  ikinci  yarısına  aiddir.  Həmçinin  I  minilliyin  ikinci 
yarısı Oğuz türklərinin dastanı olan “Dədə Qorqud” eposunun 
formalaşdığı  dövrdür.  Kamran  müəllimin  vəsaitdə  verdiyi  bu 
məlumatlaр,  həmçinin  eposun  iki  əlyazması,  Dədə  Qorqud 
obrazı,  eposun  məzmunu  və  əsas  ideyaları,  əfsanəvi  səciyyə 
daşıyan  boyları,  eposun  quruluşu,  bədii  xüsusiyyətləri,  “Salur 
Qazanın evinin yağmalanması” boyu və buradakı surətlər haq-
qında  təqdim  etdiyi  materiallar  abituriyentlərin  bilik  səviyyə-
sinin zənginləşməsinə xidmət göstərir.   
Dərsliyin  “Azərbaycan  ədəbiyyatı  tarixi”  bölməsində 
təqdim  edilən  materiallarda  səmərəli  keyfiyyətinə  və  yığcam 
xarakteristkasına  görə  diqqəti  cəlb  edir.  Bu  bölmənin  “Qədim 
dövr Azərbaycan ədəbiyyatı” hissəsində Azırbaycan ərazisində 
yaşamış tayfalar, ilk yazılı abidələrimiz, XI-XII əsrlərdə yazıb-
yaratmış  şairlərimizdən  Qətran  Təbrizi,  Məhsəti  Gəncəvi,  Əf-
zələddin  Xaqani  haqqında  təqdim  edilən  materiallar  imtahana 
hazırlaşanlara səmərəli fayda verə bilər. 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
118 
Tam orta məktəblərin ədəbiyyat dərslərində klassik şairi-
miz  Nizami  Gəncəvinin  həyatı  və  yaradıcılığına  xeyli  yer 
ayrılır. Bunu nəzərə alan prof. K. Əliyev vəsaitdə N. Gəncəvi-
nin həyatının ən qabarıq cəhətlərini diqqətə çatdırır. Müəllif bu 
dahi şairin yaradıcılığa lirik şeirlərlə başladığını, Nizami ədəbi 
məktəbinin  “Xəmsə”yə  görə  formalaşdığını  göstərir.  Bunun 
ardınca o, Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan əsərlərini 
tam orta məktəblərin proqram tələblərinə uyğun olaraq diqqətlə 
təhlil edir. 
Prof.  K.Əliyev  vəsaitin  “Orta  dövr  Azərbaycan  ədəbiy-
yatı” hissəsində  yazır ki, XIII  əsrdən başlayan bu dövr qədim 
dövr  ədəbiyyatının  bitdiyi  və  ana  dilində  olan  əsərlərin  yaran-
mağa başladığı dövrdür. Lakin  yenə də ərəb və  fars dillərində 
əsərlər yazılırdı. Burada XIII-XVI əsrlərdə hansı şairlərin ərəb, 
fars dilində yazdıqları, hansılarının həm ərəb, həm fars, həm də 
türk dilində yazdıqları, hansılarının isə təkcə türk dilində yazıb- 
yaratdıqları da şərh olunur. 
Prof. K.Əliyev öyrədir, Nəsimini, Füzulini, Xətayini öyrə-
dir. Onlar haqqında çoxlu sayda rəvayət və əfsanələri xatırladır. 
Müəllif  Nəsimidən bəhs edərkən onun  əsl adının  Əli olduğunu, 
amma  “Seyyid”,  “İmadəddin”,  “Hüseyni”,  “Nəsimi”,  “Şirvani” 
adları  ilə  tanındığını  diqqətə  çatdırır.  Nəsimi  yaradıcılığını  iki 
dövrə  bölən  alim  onun  yaradıcılığını  da  iki  baxımdan  qiymət-
ləndirir:  1)  yüksək  poetik  sənətkarlıq;  2)  humanist  ideyaların 
təbliği.  Kitabda  Nəsiminin  ideyaları,  hansı  mövzularda  yazıb-
yaratdığı,  hansı  janrda  əsərlərinin  olduğu  bütün  aydınlığı  ilə 
meydana  çıxarılır.  Tam  orta  məktəblərinin  proqram  tələblərinə 
uyğun  olaraq  “Yanaram”  və  “Mən  mülki-cahan...”  qəzəllərinin 
təhlilini  verən  müəllif  bu  dahi  şairin  sənətkarlıq  xüsusiyyətləri 
barədə də abituryentlərdə aydın elmi təsəvvür yaradır. 
Prof. K. Əliyev Şah İsmayıl Xətayidən bəhs edərkən onu 
görkəmli  dövlət  xadimi,  təriqət  başçısı,  sərkərdə,  şair  kimi 
səciyyələndirir  və  onun  həyatının  ən  mühüm  məqamlarını  xa-
tırladır.  12-13  yaşlarında  yaradıcılığa  başladığını  qeyd  edir, 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
119 
onun  həm  xalq  şeiri  janrlarında,  həm  də  klassik  şeir  janrla-
rından  istifadə  etdiyini  göstərir.  Xətayinin  lirik  əsərlərini  4 
(dörd)  istiqamətə  ayıran  müəllif  bu  istiqamətləri  ayrı-ayrılıqda 
nümunələr əsasında təhlil süzgəcindən keçirir. 
Kitabda Məhəmməd Füzulinin həyatı, onun hansı dillərdə 
yazdığı, hansı janrlardan istifadə etdiyi, şairin qəsidələri, qəzəl-
ləri, nəsr əsərləri və proqrama uyğun olaraq Füzulinin “Əql yar 
olsaydı”  qəzəli  və  həmçinin  “Leyli  və  Məcnun”  poeması  da 
təhlil edilir. 
Prof. K.Əliyev Yeni dövr Azərbaycan ədəbiyyatını aşağı-
dakı mərhələlər üzrə təhlildən keçirilir: 
I mərhələ. XVII –XVIII əsrlər 
II mərhələ. XIX əsr 
III mərhələ. XX əsrin əvvəlləri. 
Yeni dövr Azərbaycan ədəbiyyatı müxtəlif mərhələlərdən 
keçsə  də,  aparıcı  istiqamət  müasirliyə  can  atmaqdan  ibarət 
olmuşdur.  Bunun  ən  aydın  təzahürü  söz  sənətində  get-gedə 
güclənən tənqidi ruh idi. M.V. Vidadinin, M.P.Vaqifin ictimai 
kədəri tədricən  Q. Zakirin, M.F.Axundzadənin, Ş.Ə.Şirvaninin 
cəmiyyətə tənqidi münasibətini formalaşdırdı.  
Vəsaitdə yuxarıdakı bölgü əsasında ayrı-ayrı mərhələlərin 
səciyyəvi  əlamətləri  bütün  incəliklərinə  qədər  izah  edilir.  Ay-
dın olur ki, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının, ümu-
mən mədəniyyətinin intibah  dövrüdür.  XVII-XVIII  əsrlər  İnti-
bahı  deyəndə  nə  başa  düşülür?  XVII-XVIII  əsrlər  İntibahının 
əlamətləri hansılardır? XVII-XVIII əsrlər İntibahının təsiri nə-
lərdə özünü göstərir? Abituriyentlər vəsaitdə bu və ya bu kimi 
suallara  da  cavabları  asanlıqla  tapa  bilərlər.  Prof.  K.Əliyev 
XVII-XVIII  əsrlər  intibah  dövrünü  xarakterizə  edərkən  ”Ko-
roğlu” eposunu Azərbaycan intibahının ən möhtəşəm əsəri кi-
mi,  Molla  Pənah  Vaqifi  isə  Azərbaycan  intibahının  ən  böyük 
sənətkarı kimi səciyyələndirir. Vəsaitdə bunun ardınca “Koroğ-
lu”eposunun məzmunu və əsas ideyaları şərh olunur, M.P.Va-
qifin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi izah edilir. 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
120 
II mərhələ bütövlükdə XIX əsri əhatə edir. Bu dövr Azər-
baycan  xalqının  həyatına  ziddiyyətli  bir  dövr  kimi  daxil  olur. 
Əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  torpaqları  Rusiya 
ilə İran arasında müharibə meydanına çevrilir, digər tərəfdən də 
ölkədə milli müstəqillik, ictimai azadlıq ideyaları yayılır. 
XIX  əsrdə  həmin  əsrin  20-ci  illərindən  təşəkkül  tapan 
maarifçilik  geniş  miqyas  alır  və  əməli  hərəkata  çevrilir.  Mək-
təbə, teаtra, mətbuata,  ədəbiyyata xüsusi diqqət yetirilir. Dərs-
likdə  prof.  K.Əliyev  eyni  zamanda  bu  dövrdə  yetişən  A.  Ba-
kıxanov, M.Ş.Vazeh, İ. Qutqaşınlı, X. Natəvan, N. Vəzirov, Q. 
Zakir, M. F. Axundzadə, S. Ə. Şirvani, Aşıq Ələsgər kimi yazı-
çı və şairlərin həyat və yaradıcılıqlarının mühüm məqamlarını 
testologiyanın tələblərinə uyğun olaraq kodlaşdırır. 
III mərhələ Azərbaycan ədəbiyyatında, əsasən, realizm və 
romantizm  ədəbi  cərəyanlarının  meydana  çıxdığı  dövr  hesab 
olunur.  Prof.  K.Əliyev  bu  ədəbi  cərəyanların  əsas  xüsusiyyət-
lərini, həmçinin bu cərəyanlara məxsus olan yazıçı və şairlərin 
yaradıcılıq  xüsusiyyətlərini  qısa  və  dolğun  şəkildə,  müəyyən 
bəlgülər əsasında şərh edir. 
Prof. K.Əliyev ən yeni dövr Azərbaycan ədəbiyyatını isə 
2 mərhələnin işığında səciyyələndirir: 
I  mərhələ  –  XX  əsrin  10-cu  illərini  sonlarından  (Xalq 
Cümhuriyyətinin yarsanmasından) 50-ci illərə qədər. 
II mərhələ – XX əsrin 50-ci illərindən bu günə qədər. 
Müəllif XX əsrin 10-cu illərin sonlarından 50-ci illərə qə-
dər baş vermiş əsas ictimai-siyasi hadisələri maksimal səviyyə-
də xarakterizə edir. Azərbaycan milli varlığı uğrunda mübarizə 
aparan  F.  Köçərli,  H.  Cavid,  C.  Cabbarlı,  Ə.  Cavad,  Ü.  Hacı-
bəyli, S. Hüseyn, A. Şaiq, Y. V. Çəmənzəminli, M.Ə. Rəsulza-
də  kimi  sənətkarların  həyat  və  yaradıcılığı  müvafiq  formada, 
abituriyentlərin  anlaq  səviyyəsinə  uyğun  şəkildə  təhlil  edilir. 
Bu  dövrdə  Azərbaycan  ədəbiyyatının  mövcud  ideoloji  prob-
lemlərə,  təzyiqlərə  baxmayaraq,  sürətlə  inkişaf  etdiyi,  S.  Vur-
ğun,  M.Şəhriyar,  M.Cəlal,  R.  Rza  kimi  böyük  söz  sənətkar-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
121 
larının ədəbiyyatımıza yeni mövzular, ideyalar, formalar gətir-
dikləri,  başlıcası  isə  azərbaycançılıq  məfkurəsinin  formalaşdı-
rıdığı diqqətə çatdırılır. 
Vəsaitdə II mərhələnin XX əsrin ortalarından – 50-ci illə-
rin  sonu  60-cı  illərin  əvvəllərindən  başladığı  göstərilir.  Bu 
mərhələdə  siyasi-ideoloji  ab-havanın  yumşaldığı,  sosialist  rea-
lizm  metodunun  zəiflədiyi,  yazıçının  müstəqilliyinin  artdığı 
dövr  kimi  səciyyələndirilir.  B.Vahabzadənin,  N.Həsənzadənin, 
X.Rzanın,  M.Arazın  yaradıcılığı  əsasında  bütün  bu  məsələlər 
işıqlandırılır. 
Beləliklə, prof. K.Əliyev kitabı hazırlayarkən elmi-meto-
diki  materialların  hər  birini  nəzərə  almış,  abituriyentlər  üçün 
asan bir öyrənmə mənbəyi yarada bilmişdir. 
Prof.  K.Əliyevin  2011-
ci  ildə  “Elm“  nəşriyyatında 
çap  etdirdiyi  “Azərbaycan 
Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin