Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
142
Prof. K.Əliyevin bu qiymətli əsərinə tarixçi alimlərimiz də
fikirlərini bildirmişlər. Tarix elmləri namizədi Maarif Xalıqlı
“Bütöv Azərbaycan” qəzetinin 18-24 iyul 2012- ci il sayında
dərc etdirdiyi “Poetika məsələlərinə yeni baxıĢ” məqaləsində
Kаmran Əliyevin ədəbiyyatşünaslıq, folklorşünaslıq kredosunu
belə müəyyənləşdirir: “Kamran müəllim ilk növbədə məşğul
olduğu elm sahəsinin yaranma tarixinə nəzər salır, etnopoetika
sahəsinin hələ yeni olduğunu, yetərincə tədqiq olunmadığını
göstərir və çəkinmədən özü bu yeni yolla getməyə qərar verir.
Yəni bir görkəmli alim kimi müəllif yeni bir yol açaraq folklor-
şünaslıqda, ədəbiyyatşünaslıqda bununla həm də gələcək tədqi-
qatlara müasir elmi yanaşma metodu baxımından da əlverişli im-
kanlar açır. Əlbəttə ki, bütün böyük alimlər, görkəmli tədqiqat-
çılar özlərindən sonra gələcək tədqiqatçılara – gənc alimlər nəs-
linə bu cür yeni və geniş yollar açmışlar. Prof. Kamran Əliyev
də məhz bu cür xoşbəxtliyə nail olmuş alimlərimizdəndir”.
Tarixçi alim M. Xalıqlı prof. K. Əliyevin təhlil və tədqiq
obyektlərini lap bünövrədən götürdüyünü “Kitabi-Dədə Qor-
qud” və “Koroğlu” eposlarına zərifliklə, həssaslıqla, dəqiqliklə
yanaşdığını, problemlərin spesifikasını müəyyənləşdirdiyini və
yalnız belə işıqlandırmadan sonra bilavasitə, müstəqil surətdə
qarşıya qoyduğu problemi həll etdiyini və elmi-nəzəri ümu-
miləşdirmələrə doğru-dürüst nail olduğunu vurğulayır. O, belə
qənaətə gəlir ki, Kamran müəllim istər “Kitabi-Dədə Qorqud”,
istərsə də “Koroğlu” eposunun poetikasını hərtərəfli izləmiş,
maraqlı və özünəməxsus fikirlər irəli sürmüş , indiyədək filo-
loji arenada mövcud olmayan tapıntılar əldə etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Əda-
lət” qəzetinin 05-12 iyul 2012-ci sayında dərc etdirdiyi “Alimin
yeni kitabı” məqaləsində də prof. K.Əliyevin monoqrafiyası bü-
tün sanbalı, vüsəti ilə götürülür və kitab müəllifinin incə mətləb-
ləri dəqiqliklə göstərməsi, fikri sərrast ifadə etməsi bütün cəhət-
ləri ilə şərh edilir. Q. Sayılov məqalənin girişində göstərir ki, ki-
tabda Azərbaycan ədəbiyyatında, eləcə də mədəniyyət tarixində
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
143
mühüm yer tutan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları-
nın poetikasından bəhs olunur. Hər iki eposun geniş tədqiqatlara
cəlb edildiyi, müxtəlif aspektlərdən izah edildiyi belə bir vaxtda
bu mövzu öz aktuallığı, yeniliyi ilə diqqəti cəlb edir.
Məqalədən aydın olur ki, Qalib Sayılov prof. K. Əliyevin
bu monoqrafiyasını diqqətlə oxuyub. Elə buna görə də ədəbiy-
yatşünas alimin kitabda qaldırdığı problemləri incəliklərinə qə-
dər izah edir, münasibətini bildirir və sonda fikirlərini belə
ümumiləşdirir: “Müəllif ayrı-ayrı ciddi problemlərin təhlilində,
şərhində öz fikrini əsaslandırmaq üçün dastanların müxtəlif
hissələrindən gətirilən nümunələrlə ətraflı məlumat vermiş,
hətta bu sahədə araşdırma aparmış tədqiqatçıların mübahisəli
fikirlərinə, bəzi faktlara öz qəti fikrini bildirmişdir. İki böyük
eposun bəzi xüsusiyyətlərinin müəyyənləşdirilməsində, onun
poetik sisteminin təhlilini vermək baxımından bu kitab alimin
böyük uğurudur”.
Filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev “Ədəbiy-
yat” qəzetinin 21 aprel 2012-ci il sayında dərc etdirdiyi “Epos
poetikasının tədqiqi” məqaləsində ilk öncə prof. K.Əliyevin
yaradıcılığına qısa şəkildə ekskurs edir və bundan sonra alimin
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” monoqrafiya-
sının geniş təhlilinə başlayır. Məqalə müəllifinin əksər fikirləri
bizim üçün əlamətdar göründü. O, doğru olaraq vurğulayır ki,
alim “Dədə Qorqud” və “Koroğlu” dastanlarında qəhrəmanlıq
motivlərini araşdırmaqla bu eposlarda qaranlıq qalan bir çox
cəhətlərə aydınlıq gətirmişdir. Oruc Əliyevin məqaləsində ki-
tab haqqında hərtərəfli mövqe nümayiş etdirilir. Başqa sözlə,
məqalə müəllifi kitabda qaldırılan problemlərə bircə-bircə
münasibətini bildirir və prof. K.Əliyevin fikirləri ilə öz fikir-
lərini qarşılıqlı əlaqədə oxucuya təqdim edir.
Bu sətirlərin müəllifləri – filologiya üzrə fəlsəfə doktoru
Mahirə Hüseynova və araşdırıcı Çapar Kazımlı “Bütöv
Azərbaycan” qəzetinin 16-22 may 2012-ci il sayında dərc
etdirdikləri “Epos poetikasına dair fundamental monoqra-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
144
fiya” adlı məqalədə prof. K.Əliyevi Azərbaycan filologiyasının
inkişafı naminə ağlını və ziyasını qətrə-qətrə əridən, professio-
nal dəst-xətə malik, poetik və ictimai fikir tariximizin ayrı-ayrı
maraqlı, lakin nisbətən az öyrənilmiş səhifələrini araşdıran,
filologiyamızda mübahisə doğuran vacib və aktual məsələlərə
vaxtında münasibət bildirən alim kimi səciyyələndirirlər və bu
görkəmli alimin “Eposun poetikası: “Dədə Qorqud” və “Ko-
roğlu” moniqrafiyasını elmi inandırıcılığına, mədəni irsə hör-
mət və etimadına görə, ən başlıcası milli mövcudiyyətimizin
tədqiqi baxımından misilsiz dərəcədə qiymətli əsər hesab edir-
lər. Müəlliflər məqalədə prof. K.Əliyevin həm “Dədə Qorqud”,
həm də “Koroğlu” eposlarının poetikası ilə bağlı tədqiqat isti-
qamətlərini təyin edir və sonda belə qənaətə gəlirlər ki, bu gün
mübaliğə etmədən deyə bilərik ki, bizim folklorşünaslar içəri-
sində poetika problemləri ilə ciddi və işgüzar şəkildə məşğul
olan böyük alimlərimiz var. Prof. K. Əliyev də belələrindəndir.
Biz alimin “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”
monoqrafiyasını bu sahədə fundamental əsər hesab edirik.
TanınmıĢ tədqiqatçı və publisist Ġslam Sadığın “Tə-
zadlar” qəzetinin 02. 08. 2012- ci il və 04. 08. 2012-ci il say-
larında dərc etdirdiyi “Təzə baxıĢ, yeni görüntülər”, həmçinin
“Ədəbiyyat qəzeti”nin 9 noyabr 2012-ci il sayında dərc
etdirdiyi “Epos poetikasına təzə baxış” irihəcmli məqalərində
prof. Kamran Əliyevin bu əsəri yüksək dəyərləndirilir. Məqalə
müəllifi yazır: “Dünya epik sənətinin iki zirvəsi, iki şah əsəri
olan “Dədə Qorqud” və “Koroğlu” eposları iki yüz ilə yaxındır
ki, Azərbaycandan kənarda və Azərbaycanda tədqiqat obyekti
kimi daim diqqət mərkəzindədir. Bu da onunla bağlıdır ki, hər
iki eposun poetikası çox zəngindir, tədqiqatçılar üçün açdığı
imkanlar geniş və tükənməzdir. “Dədə Qorqud” və “Koroğlu”
eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, onlara yenidən
müraciət etmək, hər dəfə təzə fikir söyləmək mümkündür. Filo-
logiya elmləri doktoru, professor Kamran Əliyevin “Eposun
poetikası: “Dədə Qorqud “ və “Koroğlu” kitabını tərəddüd et-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
145
mədən məhz köhnə materiala yeni tədqiqatçı baxışının bəhrəsi
adlandırmaq olar”. İslam Sadıq bir mühüm məsələni də xüsusi
olaraq vurğulayır ki, ...nəinki hər bir süjet, motiv və obrazın,
hətta ən kiçik poetik elementin belə oğuz epik təfəkküründən
yarandığını, yaxud kənardan alındığını, onların digər oğuzna-
mələrdəн boylanıb-boylanmadığını, nüvəsində Oğuz düşüncə
və həyat tərzini səciyyələndirən detalların olub-olmadığını
doğru-dürüst müəyyənləşdirmədən eposun poetikası haqqında
sanballı elmi fikir söyləmək düzgün deyil. Hər bir məsələnin
düzgün həlli onun yolunun düzgün tapılmasından asılıdır. Se-
vindirici haldır ki, K.Əliyevin kitabında “Dədə Qorqud” məsə-
lələrinин həlli yolları düzgün tapılmışdır.
İslam Sadığın məqaləsini oxuduqca hiss edirsən ki, o,
bununla prof. K. Əliyevin bu kitabı haqqında oxucuda tam
təsəvvür yaratmaq məqsədi güdmüşdür. Məqalədə söylənilən
mülahizələrin, fikirlərin hər biri gözlərimiz qarşısında gözəl
elmi panoram açır. İslam Sadığın söylədiyi aşağıdakı fikirlə biz
də tam şərikik: «Əsər bütövlükdə hər iki eposun mətninə
baxışın yeniliyi, tədqiqat üslubunun orijinallığı və söylənən
fikirlərin həm elmiliyi, həm də təzəliyi ilə seçilir. Kitab
qorqudşünaslığa və koroğluşünaslığa dəyərli töhfədir».
2.YÜKSƏK DƏYƏRLƏNDIRMƏLƏR
Prof. Kamran Əliyev 45 ildir ki, yazıb yaradır. O, ilk mə-
qaləsini 13 yaşında olarkən “Şərq qapısı” qəzetində dərc et-
dirib. Onun 45 illik yaradıcılığını yüksək elmi-estetik səviyyəli
yaradıcılıq hesab etsək yanılmarıq. Bu yaradıcılığın ehtiva
dairəsi çox genişdir. Alimin elmi təfəkkürünün diapazonu hər-
tərəfli, bədii-estetik zövqünün, bir insan kimi düşüncə və hiss-
lərinin ehtiva dairəsi də vüsətlidir. Kamran müəllim haqqında
yazan müasirlərin hər biri bu fikirləri bu və ya digər şəkildə
ifadə etmişlər. Prof. Abbas Zamanov «Ədəbiyyat və incəsə-
nət” qəzetində dərc olunan “Uğur olsun” məqaləsində tələbə
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
146
Kamranı əli qələmli, sinəsi sözlü, elmi-nəzəri cəhətdən hazır-
lıqlı, çalışqan, ədəbiyyatımızı sonsuz məhəbbətlə sevən gənc
kimi dəyərləndirir.
Etibar Tarverdiyev 30 il bundan əvvəl yazdığı məqa-
ləsində Kamran müəllimи oxucuya belə təqdim edir: ”...
ömrünün 29-cu baharını yaşayan Kamran müəllimin ürək
döyüntülərini dinlədikcə hiss edirsən ki, bu döyüntülər elm
aləminin ənginliklərində qanad çalmaq üçün çırpınır. Və bir də
hiss edirsən ki, bu döyüntülər gələcəkdə neçə-neçə elmi əsərin
nəbzi olacaqdır”. Həqiqətən də bu belə oldu.
Vaxtilə Sultan Ġsmayılovun Kamran Əliyevin gələcəyi
haqqında uzaqgörənliklə söylədikləri də çin oldu: “ Biz əminik
ki, gənc alim Kamran Əliyev gələcəkdə yeni ədəbiyyatşünaslıq
şırımları açacaq, onun səsi, sözü yaradıcılıq zirvələrindən gələ-
cəkdir”.
Əbülfəz Əzimli Kamran müəllimi tilsimi qıran, mifi da-
ğıdan bir insan kimi oxucuya təqdim edir: “Kamranın doktor-
luq müdafiəsində qarşıya çıxan çətinliklərdən biri də yaş məsə-
ləsi idi. 36 yaşında elmlər doktoru olmaq ölçüsünü qəbul etmək
istəməyənlər də var. İndiyədək belə bir anlayış yaranmışdı ki,
doktorluq müdafiəsi üçün (filologiya sahəsində) heç olmasa
dissertantın 45-50 yaşı olmalıdır. Kamran bu mifi də dağıtdı ”.
Filologiya üzrə fəlsəfə doktoru Əbülfəzl Tahiroğlu Əzimli
“Hüseyn Cavidin sənətkar şəxsiyyəti və əbədi mövqeyi” məqa-
ləsində prof. K.Əliyevin “Hüseyn Cavid: həyat və yaradıcılığı”
monoqrafiyasının çağdaş ədəbiyyatşünaslıqda Cavidə, ümumən,
romantizmə sağlam məntiqdən yanaşma tərzini, xüsusi elmi-
poetik və nəzəri metodoloji xüsusisiyyətlərə malik olduğunu
meydana çıxarır. Məqalə müəllifi K.Əliyevin romantizmə müna-
sibətdə fərqli mövqedən çıxış etdiyini, onun ötən əsrin 80-ci il-
lərindən – elmi axtarışlarının ilk vaxtlarından bəri romantizmi
tədqiqat obyektinə çevirdiyini, bu sahədə davamlı olaraq axta-
rışlar apardığını, bir sıra səciyyəvi təhlil – təsniflər verdiyini və
alimin Hüseyn Caviddən bəhs edən bu monoqrafiyasının da bu
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
147
axtarışların, elmi tədqiqlərin məhsulu kimi üzə çıxdığını gös-
tərir. Ə.T.Əzimli çox haqlı olaraq vurğulayır ki, prof. K.Əliyevin
2008- ci ildə nəşr olunan bu monoqrafiyası elmi axtarışların
ümumi kontekstində yeni elmi təsnif və yanaşmalarına görə
uğurlu tədqiqat əsəridir. 324 səhifəlik monoqrafiyada Hüseyn
Cavidin həyatına, ədəbi yaradıcılıq yoluna, bədii mövqeyinə və
sənətə – ədəbiyyata dair ideya-estetik baxışlarına vulqar –
sosialoji münasibətlərin – ittihamların siyasi-sinfi rəngləri, ümu-
milikdə, böyük sənətkarın çoxnövlü və çoxşaxəli əsərləri ayrı-
ayrı hallarda, konkret və yığcam detallarla təhlil edilir.
Məqalə müəllifi, demək olar ki, əksər abzaslarda “müna-
sibət, yanaşma” ifadələrini işlədir ki, bu da özlüyündə çox
yaxşıdır. Ə.T.Əzimli bu yolla konkret olaraq prof. K. Əliyevin
dahi Cavidin şəxsiyyət mövqeyi və poetikası ilə bağlı gördüyü
işlərin əsl qiymətini verir.
Əbülfəzl Tahiroğlu Əzimlinin prof. K.Əliyevin “Hüseyn
Cavid: həyat və yaradıcılığı” adlı monoqrafiyası haqqında yaz-
dığı ikinci məqaləsi belə adlanır: “Romantizmin tədqiqində
yeni səhifələr: bədii obrazların – ədəbi şəxsiyyətlərin seçimin-
də Cavid mövqeyinin səciyyəsi”. O, bu məqaləsində də prof.
K.Əliyevin böyük sənətkar Hüseyn Cavidin şəxsiyyəti ilə ədəbi
mövqeyi məsələsindəki misilsiz xidmətlərini üzə çıxarır.
Alimin bu əsərini ətraflı surətdə təhlil edən Ə.T.Əzimli yazır
ki, Kamran Əliyev “Hüseyn Cavid: həyat və yaradıcılığı” adlı
monoqrafiyasında böyük sənətkarın yaradıcılıq aləminin xro-
noloji inkişaf xətlərini izləyir, onun janr stixiyasının tipik se-
çim və təyin xüsusiyyətlərini nəzərdən keçirir. Əsas məsələni –
Böyüklüyün şəxsiyyət və sənətkar müstəvisindəki uyğunluqla-
rını açıqlamağa çalışır.
Ə.T.Əzimli monoqrafiyanın bütün hissələrini əhatəli şə-
kildə şərh edir və sonda belə qənaətə gəlir ki, Hüseyn Cavidin
özü də böyük ədəbiyyatın nadir vücudlarından idi. K.Əliyev bu
monoqrafiyasında Cavidin şəxsiyyəti ilə ədəbi mövqeyi məsə-
ləsini də bu aspektdən izah etməyə çalışmışdır.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
148
Arif Rəhimoğlu “Ömür karvanının qiymətli yükü” məqa-
ləsində Kamran Əliyevi fədakar insan, sədaqətli dost kimi sə-
ciyyələndirir: “Kamranın sədaqətli dost kimliyi çoxlarına örnək
ola bilər. Elə bir dostu, elə bir yaxını, tanışı yoxdur ki, Kamranın
təmənnasız köməyini görməmiş olsun. Kamran çoxları üçün dar
günün dayağıdır. Çoxlarının ağır günlərində ilk irəli duranlardan
biri Kamran olar. Mənim üçün ən önəmli məsələlərdən biri
budur ki, Kamran təkcə ağır gündə dayaq durmur, həm də xoş
gündə, dostun, yoldaşın sevinc günündə gerçəkdən sevinir,
ürəkdən şad olur. Dostun uğuruna şad olub sevincinə ürəkdən
şərik çıxmaq, dar gündə dərhal irəli durmaq Kamranın sədaqətli
dost kimliyinin bəlirgin özəlliklərindən biridir”.
Akademik Kamal Talıbzadə “Heyrətamiz özünəməx-
susluqların araşdırılması” məqaləsində Kamran müəllimin “
Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” monoqrafiyasının elmi
əhəmiyyətindən bəhs edir və belə qənaətə gəlir ki, Kamran
Əliyev bir alim kimi öz araşdırmalarında aforistik nəzəri ümu-
miləşdirmələrə nail olan tədqiqatçıdır.
K.Əliyev mənim yetirdiyim ən sevimli alimlərimizdən
biridir və bilirəm ki, bundan sonra da onun qələmindən xal-
qımız üçün belə elmi töhfələr çox çıxacaqdır.
Prof. ġamil Qurbanov “Romantizmin tədqiqində yeni
addım” məqaləsində Kamran Əliyevin “ XX əsr Azərbaycan
romantiklərinin ədəbi – nəzəri görüşləri” adlı monoqrafiyasının
elmi məziyyətlərini daha qabarıq formada diqqətə çatdırır və
məqalənin bir yerində yazır ki, monoqrafiya aydın və yaxşı
düşünülmüş plan üzrə yetkin qələm sahibi tərəfindən yazıl-
mışdır. Müəllif tədqiq obyekti kimi XX əsr romantiklərinin
hamısını yox, bizim ədəbi-ictimai fikrimizin inkişafında müəy-
yən rol oynamış M. Hadi, H. Cavid, A. Səhhət, A. Şaiq kimi
cəmi dörd nəhəng sənətkarı götürmüş və milli romantizm
haqqındakı bütün mühakimələrini bunların elmi və bədii irsi
əsasında yürütməyə çalışmışdır.
Akademik Məmməd Cəfər Cəfərov K.İ.Əliyevin filolo-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
149
giya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi
“XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar siste-
mi” mövzusunda dissertasiyası haqqında rəsmi opponent rəyin-
də dissertantın bu əsərini yeniliyi ilə fərqlənən tədqiqat hesab
edir. Onu da qeyd etmək lazımdır ki, akademik M.C.Cəfərov
Kamran müəllimin namizədilik dissertasiyasını da yüksək
qiymətləndirərək yazırdı ki, tədqiqatçının mövzunu və tədqi-
qata cəlb edilən materialı əhatəli qavramaq, əlqaləndirmək ba-
carığı, fikir və mülahizələrinin çevikliyi, itiliyi və nəzəri ha-
zırlığı çox yaxşı təsir buraxır.
Prof. Xeyrulla Məmmədov opponent rəyində K.Əliye-
vin doktorluq dissertasiyasını ədəbiyyatşünaslığımızda təzə
addım və orijinal uğurlu hadisə kimi dəyərləndirir.
Tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev “Yaşıdla-
rıma sözüm var...” məqaləsində K.Əliyevin “ XX əsr Azər-
baycan romantiklərinin ədəbi-nəzəri görüşləri” kitabında qoyu-
lan problemlərin ilk dəfə ardıcıl və sistemli şəkildə araşdırı-
dığını diqqətə çatdırır.
Prof. Əflatun Saraclı Kamran Əliyevin doktorluq disser-
tasiyasının müzakirəsindəki çıxışında dissertantın əsərinin ye-
niliyini, dəyərini, orijinallığını bütün tərəfləri ilə üzə çıxarır.
Arif Əmrahoğlu Kamran Əliyevin “Hüseyn Cavidin
şəxsiyyəti və poetikası” kitabına yazdığı ön sözdə alimin bu
əsərinin Cavid sənətinin orijinallığını müəyyənləşdirmək baca-
rığının nəticəsi kimi ortaya çıxdığını vurğulayır.
Muxtar Ġmanov “Ədəbi görüşlər romantizm işığında”
adlı məqaləsində K.Əliyevin “XX əsr Azərbaycan romantik-
lərinin ədəbi-nəzəri görüşləri” əsərinin elmi əhəmiyyətindən
danışır və alimin bu əsərinin meydana çıxma səbəblərini kon-
kret olaraq göstərir: “Kamran Əliyev XX əsr Azərbaycan ro-
mantizminin tədqiqi ilə ardıcıl məşğul olan ədəbiyyatşünas-
larımızdan biridir. XX əsr Azərbaycan romantizminin poetikası
kimi ciddi bir mövzuda axtarışlar aparan tədqiqatçı bu möv-
zunun elmi həllində ilk mərhələni romantiklərin ədəbi-nəzəri
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
150
görüşlərini araşdırmaqda görmüşdür və nəticədə “XX əsr
Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” monoqra-
fiyası meydana çıxmışdır.
Ədəbiyyatşünas-alim Vəli Nəbiyev öz məqaləsini “Ro-
mantizm: problemlər, mülahizələr” adlandırır. O, burada K.
Əliyevin “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri” kitabı haqqında fikir və mülahizələrini yüksək elmi
səviyyədə əsaslandırır.
Alxan Məmmədov “Realistlərlə çiyin-çiyinə“ adlı məqa-
ləsində Kamran Əliyevi Azərbaycan romantizminin elmi-nəzəri
əsaslarına yaxından bələd olan və onun incəliklərini araşdırmağa
hazır və qabil bir alim kimi dəyərləndirir. “Cavidin şəxsiyyəti və
poetikası” adlı башга бир məqaləsində ися K. Əliyevin “Hü-
seyn Cavidin şəxsiyyəti və poetikası” kitabına ən isti müna-
sibətini aşağıdakı kimi bildirir: “Müəllif romantik dramaturgiya
və tərcümə problemləri ilə yanaşı, Cavid sənəti ilə onun sənətə
baxışları məsələsinə də toxunaraq, şairin sənətə nəzəri-estetik
münasibəti ilə şəxsi keyfiyyətləri, vətəndaşlıq məsuliyyəti
arasında vəhdət görür. Cavid sənətinin və şəxsiyyətinin poetikası
da bu müşahidə və araşdırmaların işığında canlanır”.
Əbülfəz Əzimli “Romantik tənqidin elmi tədqiqi” adlı
məqaləsində K.Əliyevin “XX əsr Azərbaycan romantiklərinin
ədəbi-nəzəri görüşləri” monoqrafiyasını ədəbiyyatşünaslığımı-
zın əsas uğurlarından sayır.
Füzulişünas alim Sabir Əliyev “Romantizm poetikasının
tədqiqi” məqaləsində K.Əliyevin “XX əsr Azərbaycan roman-
tiklərinin ədəbi-nəzəri görüşləri” monoqrafiyasını Azərbaycan
ədəbiyyatşünaslığında romantizm kimi mürəkkəb və mücərrəd
bir ədəbi-siyasi fikir yönünün poetikasından bəhs edən və bu
barədə yeni sözlə biliyimizi zənginləşdirən oxunaqlı və gərəkli
kitab kimi dəyərlənirir.
Namiq Babayev “Gərgin axtarışların nəticələri” adlı mə-
qaləsində alimin “XX əsr Azərbaycan romantiklərinin ədəbi-
nəzəri görüşləri” monoqrafiyasını son illərdə romantik sənət-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
151
karlara həsr olunmuş ən sanballı əsərlər içərisində bu tədqiqatın
xüsusi yeri, xüsusi çəkisi olduğunu diqqətimizə çatdırır.
Prof. ġamil Vəliyev “Yeni monoqrafiya“ adlı məqalə-
sində tədqiqatçının “XX əsr Azərbaycan romantiklərinin ədəbi-
nəzəri görüşləri” əsərində qaldırdığı problemlərin əhəmiyyətinə
xüsusi olaraq diqqət yetirir və alimin bu əsərinin yüksək
səviyyədə qələmə alındığını qeyd edir.
YaĢar Qasımzadə “Ölüm və olum əsrinin vicdanı” adlı
məqaləsində K.Əliyevin “Hüseyn Cavidin şəxsiyyəti və poeti-
kası” kitabını oxuyarkən özünün qəlbində təsvirə sığmaz duy-
ğuların oyandığını yazır.
Alim-jurnalist Bəhram Məmmədli “Mirzə Fətəlidən Hü-
seyn Cavidə qədər” məqaləsinin başlığına K.Əliyevin eyniadlı
kitabının adını çıxarır. Müəllif məqaləsində alimin bu kitabını
ədəbiyyat xəzinəmizə dəyərli töhfə hesab edir və bu əsər
vasitəsilə ədəbiyyatımıza yeni nəfəsin gətirildiyini söyləyir.
Məhərrəm Cəfərli və Hüseyn HəĢimlinin birgə yazdıq-
ları “Cavid dünyasına səyahət” məqaləsində K. Əliyev ədə-
biyyatşünaslığımızın öyrənilməmiş problemlərinə üz tutan
ciddi və məhsuldar bir tədqiqatçı kimi təqdim olunur. Alimin
“Cavid möcüzəsi” kitabını əyani faktlarla təhlil edən müəlliflər
yazırlar ki, Kamran Əliyevin elmi tədqiqatlarında ustad ro-
mantik şair və dramaturq Hüseyn Cavidin ədəbi irsinin çağdaş
elmi-nəzəri təfəkkür işığında öyrənilməsi aparıcı xətlərdən
biridir. Alimin Hüseyn Cavidə dair araşdırmalarının xüsusi
çəki daşıdığını nəzərə alsaq, Kamran Əliyevin həm də istedadlı
bir cavidşünas kimi tanındığını deyə bilərik.
Dostları ilə paylaş: |