MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   2   3   4   5   6   7   8   9   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
50 
üzə çıxmaqdan çəkindilər? Çünki  müsəlman fanatikinin, möv-
humat  əhlinin  ona  tən  etməyə  cürəti  yetmədi.  Bəlkə  də,  öz-
lərinə yalançı Tanrı düzəldənlər Cavidin Tanrı eşqindən - daha 
geniş  mənada  Şeyx  Sənandan,  Peyğəmbərdən  və  Tanrıdan 
qorxub üzə çıxmadılar. 
Cavid yaradıcılığında Tanrı eşqi ideyasına prof. K.Əliye-
vin təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma formulları 
cəlbedicidir,  elmi-nəzəri  baxımdan  ədəbiyyatşünaslığımızda 
tam yenidir. 
Ruhun  ölməzliyi  ideyası  Cavid  yaradıcılığında  necə  əks 
olunub?  Bu  suala  cavabı  əsərin  “Ruhun  ölməzliyi  yaxud  ək-
sinə: “Qozbeli qəbir düzəldər” hissəsində tapırıq. Tədqiqatçı bu 
hissəni  də  çox  məharətlə  işləmişdir.  Filoloq  alimlərimizdən 
olan  M.  Cəfərli  və  H.  Həşımli  doğru  olaraq  yazırlar  ki,  “Gö-
zəllərdə gözəl ruh aşılayan” şairin əsərlərində gözəllik anlayışı 
da  çox  vaxt  ruhla  bağlı  təqdim  olunur.  Əsl  gözəlliyin  ruhu 
oxşaması, zahiri və batini gözəl  olanlara “ruhum,  ey qönçeyi-
bahar”  xitabı,  belələrinin  bir  sıra  məqamlarda  mələk  səviy-
yəsində  təqdimi  müqəddəslik  və  gözləllik  dünyasının  məhz 
ruhu paklar tərəfindən yaradılması barədə deyilənlər elmi-ədəbi 
məntiqə  əsaslanır.  Sənətkarın  ülvi  qayəsi  də  məhz  ruhun  saf-
lığınдaн və ölməzliyi ideyasından pərvəriş tapmışdır. 
Beləliklə, prof. K. Əliyevin “Cavid möcüzəsi” kitabı dahi 
Cavidin sənət dünyasının rəngarəng, çoxcəhətli çalarlarına tam 
aydınlıq gətirmək məramına xidmət edir.  
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
51 
YENĠ BĠR ĠSTĠQAMƏTDƏ 
 
Romantiklərin folklorla əlaqəsi ədəbiyyatşünaslıqda kifa-
yət qədər öyrənilməmiş məsələlərdən biri idi. Bunu nəzərə alan 
prof. Kamran Əliyev 2006-cı ildə “Romantizm və folklor” mo-
noqrafiyasını çap etdirir. Bu əsərin çapına qədər demək olar ki, 
müəllif romantizm və folklor 
problemi  ilə  bağlı  bir  sıra 
məqalələr  yazmış  və  bəzi 
tədqiqatlarında 
da 
həmin 
problemə  toxunmuşdur. Yeri 
gəlmişkən  qeyd  etmək  la-
zımdır  ki,  Azərbaycan  ədə-
biyyatşünaslığında  və  folk-
lorşünaslığında  ayrı-ayrı  sə-
nətkarların folklorla əlaqələri 
barədə  xeyli  sayda  tədqiqat-
lar vardır. Bu tədqiqatlar Ni-
zami  Gəncəvi  yaradıcılığın-
dan  başlayaraq  keçən  əsrin 
son dövrlərinə qədərki sənət-
karları  əhatə  edir.  Nizami 
Gəncəviyə,  Məhəmməd  Fü-
zuliyə, Qazi Bürhanəddinə, M.Ə. Sabirə, Y. V. Çəmənzəminli-
yə, Ə. Haqverdiyevə, C. Cabbarlıya, S. Vurğuna, O. Sarıvəlliyə 
və başqalarına həsr edilmiş bu araşdırmalar müxtəlif istiqamət-
lərdə aparılmışdır. 
Alim  monoqrafiyada  qarşısına  qoyduğu  məqsəd  barədə 
belə  yazır:  “...biz  bu  tədqiqatda  bir  yaradıcılıq  metodu  və  bir 
ədəbi  cərəyan  kimi  romantizmin  folklorla  əlaqələrini  araşdır-
mağı  qarşıya  məqsəd  qoymuşuq.  Şübhəsiz,  bu  məqsəd  də  hər 
hansı  romantik  sənətkarın  folklorla  əlaqələrini  təcrid  etmir, 
çünki  ayrıca  götürülmüş  bir  romantik  sənətkar  da  folklordan 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
52 
bəhrələnmişsə,  onu  da  yazıçı  və  folklor  problemi  kimi  düşün-
mək  olar.  Hər  halda  romantizm  və  folklor  problemi  bədii  me-
tod  və  folklor  problemidir  və  bunun  da  kifayət  qədər  özünə-
məxsus cəhətləri vardır”. 
Məlimdur ki, XX əsr Azərbaycan romantiklərinin əsərlə-
rində folklora da geniş  yer verilmiş, nəğmə və şərqilərin tərbi-
yəvi əhəmiyyətindən bəhs edilmiş, xalq ədəbiyyatının müəyyən 
cəhətləri təhlil olunmuşdur. Prof. K. Əliyev romantiklərdən A. 
Şaiqin, A. Səhhətin, H. Cavidin, M. Hadinin məqalə və kitabla-
rındakı el ədəbiyyatına dair mülahizələrini diqqətlə izləmiş, de-
mək  olar  ki,  hamısını  nəzərdən  keçirmiş,  faktları  ümumiləş-
dirmiş, təhlil etmiş, xüsusilə tarixi mədəniyyət qatına metodo-
loji münasibətini şəffaf şəkildə üzə çıxara bilmişdir. 
Konkret  olaraq  romantikləri  folklorun  hansı  məsələləri 
düşündürmüşdür  ?  Bu  sualı  müəllifin  özü  belə  cavablandırır: 
“Ədəbi növlər, o cümlədən folklor yaradıcılığında özünə geniş 
yer  tutan  və  yayılma  coğrafiyası  daha  çox  olan  lirik  növün, 
romantiklərin  özlərinin  dediyi  kimi,  lirik  el  janrlarının  yaran-
ması, bununla bilavasitə bağlı olan xalq şeiri üslubunun təşək-
külü,  formalaşması  və  yazılı  ədəbiyyata  keçmək  imkanları, 
eyni  zamanda  ayrı-ayrı  janrların  poetika  xüsusiyyətləri,  ideya-
sənətkarlıq  cəhətləri,  romantiklərin  özlərinin  yazıçı  və  folklor 
probleminə  münasibəti,  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin 
yaranması  və  cilalanıb  formalaşması,  onların  müəlliflik  məsə-
ləsi kimi ciddi əhəmiyyət daşıyan problemlər əsas diqqət mər-
kəzlərində  olmuş,  romantiklərin  folklora  dair  tədqiqatlarının 
ağırlıq  mərkəzini  təşkil  etmişdir.  Hər  halda  bu  məsələlərin 
izahı  və  şərhi  qeyd-şərtsiz  olaraq  folklorşünaslıq  tariximizin 
müəyyən səhifələrini təşkil edir və  birbaşa folklora dair tədqi-
qatlarla  məşğul  olan  mütəxəssislərin  mülahizələrindən  heç  də 
geri qalmır. 
Geniş erudik biliyə və savada yiyələnmiş prof. K. Əliyev 
bu  monoqrafiyasında  XX  əsr  Azərbaycan  romantikləri-H.  Ca-
vidin, M. Hadinin, A. Şaiqin və A. Səhhətin folklor nümunələ-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
53 
rindən  bəhrələnmələrini  də  ayrıca  olaraq  tədqiqata  cəlb  etmiş-
dir.  Alim  bu  fikri  qətiyyətlə  qeyd  edir  ki,  hər  hansı  bir  sənət-
karın folklor irsindən qidalanması onun dövründən, həyat haq-
qında  düşüncələrindən  nə  qədər  asılıdırsa,  bir  o  qədər,  bəlkə, 
ondan da bir az artıq dərəcədə mənsub olduğu yaradıcılıq me-
todundan asılıdır. Ona görə də Azərbaycan romantiklərinin da-
ha çox əsatir və əfsanələrə, dini rəvayətlərə müraciət etmələrinə 
təsadüf  kimi  baxmaq  olmaz.  Bu  müraciətlər  həmin  sənətkar-
ların  birbaşa  məslək  və  ideyaları  ilə  bağlıdır.  Öz  hərəkətlərini 
uzaqlarda,  ənginliklərdə  axtaran,  ümidini  xoşbəxt  gələcəyə 
bağlayan  romantiklərin  əfsanə  və  əsatirlərə  istinadı  təbii  və 
qanunauyğundur.  Bunu  şərtləndirən  başlıca  amil  romantik 
bədii  düşüncə  ilə  əfsanə  və  əsatirlərdəki  düşüncə  arasındakı 
bağlılıq  və  üzvi  yaxınlıqdır.  Eyni  zamanda  romantiklər  xalq 
dramlarına  müraciət  edib  onlarda  olan  ən  qabarıq  tərəfləri  öz 
yaradıcılıqlarına  gətirirlərsə,  bu,  onların  xalq  təfəkkürü  ilə  nə 
qədər  yaxından  əlaqədar  olduqlarına  ciddi  işarədir.  Beləliklə, 
romantiklərin  folklorla  bağlılıqlarını  keçmişə  qayıdış-keçmişi 
idealızə  təyin  etmir.  Folklora  istinad  öz  istədiklərini  həyatda 
görə  bilməyən  və  tapmaqda  çətinlik  çəkən  romantiklər  üçün 
xoş gələcək axtarışlarının təkanı idi. 
Biz əsəri oxuduqca belə düşünürük ki, uzun müddət filo-
logiyamızda bu sahədə mövcud olan müəyyən təsəvvürlərimizi 
prof. K. Əliyev yeniləşdirir, təzələyir. 
Azərbaycan  romantizminin  folklor  qaynaqları  bu  roman-
tizmin milli keyfiyyətini və milli müəyyənliyini təyin edən əsas 
fakt  və  amillərdir.  Görkəmli  alim  bu  məsələni  də  monoqrafi-
yada  xüsusi  şəkildə  qabardaraq  yazır  ki,  uzun  müddət  Azər-
baycan  romantiklərini  milli  kökdən,  milli  həyatdan  məhrum 
olmaqda ittiham etmişlər. Həmçinin bu ittihamlar yalnız ədəbi 
xarakter  daşımamış,  eyni  zamanda  siyasi  məzmun  аlaraq  H. 
Cavid  kimi  görkəmli  sənətkarın  repressiyası  ilə  nəticələnmiş-
dir. Romantiklərin folklorla sıx-sıx əlaqələri və romantizm nü-
munələrinin  üzdə  deyil,  alt  qatda  olan  folklor  layları  roman-

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
54 
tizmə yönələn həmin ittihamları keçmişdə də, bu gün də tama-
milə rədd edir. 
Azərbaycan  ədəbiyyatşünasları  içərisində  öncül  olaraq 
prof.  K.Əliyev  monoqrafiyada  filoloji  təfəkkürümüzü  zəngin-
ləşdirmək  məqsədi  ilə  diqqətimizi  indiyə  qədər  xüsusi  tədqiq 
olunmayan folklor və romantik qəhrəman probleminə yönəldir. 
Alim  tutarlı  faktlarla  sübut  edir  ki,  folklor  qəhrəmanları  ilə 
romantik  qəhrəmanlar  arasında  ciddi  bir  oxşarlıq  və  yaxınlıq 
vardır.  Bu  yaxınlıq  dastan  qəhrəmanları  ilə  dramaturgiyanın 
romantik  qəhrəmanlarına  aid  müstəvidə  daha  aydın  və  şəffaf, 
daha  real  və  daha  məntiqi  görünür.  Həmin  müstəvinin  hər  iki 
istiqamətində  mövcud  olan  qəhrəmanların  adlarının  sərlöhvə-
lərə  çıxarılması,  mütəmadi  olaraq  və  sürətli  şəkildə  məkan 
dəyişmələri maneə və sədlərin bir göz qırpımında dəf edilməsi 
buna əyani sübutdur. 
Eyni zamanda Mələk, İblis və Dərviş kimi mifoloji obraz-
lar  folklordan  romantizmə  gələrək  romantik  bədii  fikrə  yeni-
yeni çalarlar gətirmiş, onun obrazlar sisteminin rəngarəngliyinə 
şərait  yaratmış,  romantizm  ədəbi  cərəyanını  realizm  ədəbi 
cərəyanından,  romantik  sənətkarların  yaradıcılıq  irsini  realist 
sənətkarların  yaradıcılıq  irsindən  fərqləndirən  poetika  əlamət-
ləri kimi özünü göstərmişdir. 
Prof. K.Əliyev monoqrafiyada bu problemlərlə bağlı mü-
şahidə  etdiyi  çatışmazlıqları  və  məlum  faktlara  münasibətlər-
dəki yanlışlıqları da üzə çıxarmış, kobud səhvləri islah və təsis 
edə  bilmişdir.  Alim  doğru  olaraq  göstərir  ki,  bir  çox  araşdı-
rıcılar tərəfindən uzun müddət kobud səhv olaraq, əlahiddə bir 
yaradıcılıq  cərəyanı  kimi  yozulan  romantizm  ədəbi-tarixi 
ənənədən, öz milli köklərindən heç vaxt ayrı düşməmişdir. Hət-
ta  həmin  tədqiqatçılar  imkan  daxilində  romantizmi  ümumi 
ədəbi  prosesedən  ayırmağa  və  təkləməyə  cəhd  göstərmiş  və 
bəzi  hallarda  buna  nail  olmuşlar.  Onlar  bir  xeyli  müddət  XX 
əsr  Azərbaycan  romantizminə  “mürtəce”  damğası  vurmaqdan, 
onu  Azərbaycan  ədəbiyyatı  tarixinin  yad  səhifəsi  elan  etmək-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
55 
dən  çəkinməmişlər.  Lakin  o  vaxt  da,  indi  də  romantizmin  hə-
qiqi  tədqiqatçılarına,  təəsübkeşlərinə  aydın  idi  ki,  XX  əsr 
Azərbaycan romantizmi, bu romantizmin klassiklərinin-H. Ca-
vidin, M.  Hadinin, A. Səhhətin, A. Şaiqin  yaradıcılığı  mühüm 
ədəbi  hadisə  olmuşdur.  Bu  sənətkarların  müxtəlif  janrlarda 
yazıb xalq üçün zəruri ideyaları əks etdirməklə ortaya qoyduq-
ları  bədii  əsərlər  öz  vətəndaşlıq  gücünü  həmişə  saxlamış  və 
bundan sonra da saxlayacaqdır. 
Beləliklə, prof. K.Əliyevin “Romnatizm və folklor” mono-
qrafiyası Azərbaycan ədəbiyyatşünaslığında romantizm və folk-
lor problemini tamamilə yeni bir istiqamətdə öyrənən əsərdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
56 
ZƏRURĠ PROBLEMLƏRĠN TƏDQĠQĠ 
 
M.Hadinin, H.Cavidin, A.Səhhətin, A.Şaiqin əsərləri “mil-
li  sərvət“  kimi  artıq  çoxdan  mədəniyyət  tariximizə  daxil  ol-
muşdur.  Müasir  dövrümüzdə  həmin  romantiklərin  yaradıcılıq-
larını,  onların  ədəbi-nəzəri  mülahizələrini  təhlil  və  şərh  etmək 
ədəbiyyatşünaslığımız  qarşı-
sında  duran  zəruri  problem-
lərdən  biri  idi.  Bunu  nəzərə 
alan  prof.  Kamran  Əliyev 
2006-cı  ildə  “Azərbaycan  ro-
mantizminin 
nəzəriyyəsi” 
monoqrafiyasını çap etdirir. 
Öncə  onu  qeyd  etmə-
liyik  ki,  con dövrlərdə sürət-
lə  inkişaf  edən  Azərbaycan 
ədəbiyyatşünaslığı 
müasir 
ədəbi-nəzəri  fikrin  təhlili  ilə 
məşğul olmuş, dövri mətbua-
tın  məhsulları,  yeni  mono-
qrafiyaların  səviyyəsi  və  də-
yəri  şərh  edilmiş,  lakin  klas-
sik sənətkarların ədəbi mülahizələrinə dair geniş tədqiqatlar ya-
radılmamışdır. Bu baxımdan prof. Kамран Əliyevin sözügedən 
monoqrafiyası ədəbiyyatşünaslığımızda bu boşluğu doldurmaq 
üçün irəli atılan ilk addımlardandır. 
Monoqrafiyada XX əsr Azərbaycan yazıçı-romantiklərin-
dən Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas  Səhhətin  və 
Abdulla  Şaiqin  ədəbi  fikirləri,  elmi  mülahizələri,  elmi  məqa-
lələri  və  bədii  əsərləri  tədqiqat  obyekti  seçilmişdir.  Müəllif 
müəyyən  məsələlərin  geniş  elmi  izahını  verməkdən  ötrü  20-ci 
illərdə çap olunan məqalələrə də istinad etmişdir. 
Monoqrafiya  4  fəsildən  ibarətdir.  “Romantik  dünyagö-
rüş”  adlı  илк  fəslin  əsas  məziyyətlərindən  biri  və  ya  birincisi 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
57 
ictimai-tarixi şərait və mətbuat, romantizmin təşəkkülü, klassik 
poeziya  ənənələri,  Şərq  ədəbiyyatına  münasibət,  Qərb  düşün-
cəsinə  rəğbət,  rus  romantizminin  təsiri,  maarifçilik  və  roman-
tizm, inqilabi-demokratik fikir və romantizm kimi mühüm mə-
sələlərin  tədqiqatçı  tərəfindən  aşkarlanmasıdır.  Bu  məsələlər 
barədə olduqca dəyərli və orijinal fikirlər irəli sürən alim yazır 
ki, XX əsr Azərbaycan romantiklərindən M. Hadi, H. Cavid, A. 
Səhhət  və  A.  Şaiqin  1905-1920-ci  illərdəki  ədəbi-nəzəri  fəa-
liyyətləri ictimai-sosial görüşləri ilə vəhdətdə olmuşdur. K.Əli-
yev  qəti  şəkildə  sübut  edir  ki,  onların  bədii  yaradıcılıq  və  bu 
yaradıcılığın  prinsipləri  haqqında,  ayrı-ayrı  sənətkarlar  və  hə-
min  sənətkarların  mübarizələri  barədə  mülahizələrinə  yalnız 
sırf  ədəbi  hadisə  kimi  baxmaq  olmaz.  Romantiklərin  ədəbiy-
yata  baxışlarındakı  müddəalar  onların  həm  də  siyasi-fəlsəfi 
görüşlərinin milli  və xəlqi, maarifçi və demokratik cəhətlərini 
təyin edir. 
Monoqrafiyada  XX  əsr  Azərbaycan  romantiklərinin  ədə-
bi-estetik  görüşlərinin  formalaşması  məsələsi  də  ətraflı  əks 
olunmuşdur.  Alim  düzgün  olaraq  bu  formalaşmanı  klassik 
Azərbaycan və  Şərq fəlsəfəsi,  ədəbi-bədii  fikri,  həmiçinin Av-
ropa, rus romantizmi ilə bağlayır. Bu bağlılığı tədqiqatçı onun-
la  sübut  edir  ki,  ideyalar  sistemi  çox  zəngin  olan  Azərbaycan 
romantizmi  ilə  birgə  bu  romantizmin  nəzəriyyəsi  də  ümum-
dünya  romantizminin,  ümumdünya  romantik  nəzəri  fikrinin 
tərkib  hissələrindən  biridir.  Həmçinin  XX  əsr  Azərbaycan 
romantiklərinin Şərq və milli ədəbiyyatlarla əlaqədar söylədik-
ləri mülahizələri onların ədəbi görüşlərindəki spesifikliyi mey-
dana  çıxararaq  romantik  nəzəri  fikrin,  romantik  tənqidin  milli 
mənliyini qoruyub saxlayır. 
“Romantik ədəbiyyat” adlı 2-ci fəsildə ədəbiyyat və həyat 
problemi,  romantik  tənqid  və  Sabir,  romantizm  və  realizm, 
yeni  ədəbiyyat  uğrunda  mübarizə,  romantizmin  müdafiəsi, 
bədii dil kimi məsələlərə geniş meydan verilir. Bu hissənin əsas 
dəyəri ondadır ki, K. Əliyev ədəbiyyatşünaslıq elmimizin inki-

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
58 
şafını yeni-yeni fikirləri ilə zənginləşdirir, həm də eyni zaman-
da gələcək tədqiqatlara istiqamət verir. 
“Romantik  sənətkar”  adlı  3-cü  fəsildə  romantiklərin  sə-
nətkar taleyi və yaradıcılıq azadlığı haqqında olan mülahizələri 
tədqiq  edilmişdir.  Monoqrafiyada  sənətkar  və  cəmiyyət,  sub-
yektə  marağın  səbəbi,  romantiklərin  vətəndaşlıq  mövqeyi,  ya-
radıcılıq sərbəstliyi, sənətkar və istedad, sənətkar və şəxsiyyət, 
bədii  əsər  və  oxucu  kmi  mühüm  məsələlərin  əsas  mahiyyətini 
açan  müəllif  belə  nətəicəyə  gəlir  ki,  bu  məsələlər  bilavasitə 
mövcud  cəmiyyətlə  sənətkar  arasında  olan  təzadın  qabarıq 
şəkildə  meydana  çıxarılması  üçün  lazım  olan  cəhətlərdəndir. 
XX  əsr  Azərbaycan  romantiklərinin  bu  barədəki  mülahizələri 
onların öz tərcümüyi-halları, öz yaradıcılıqları ilə sıx bağlıdır. 
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin folk-
lorşünaslıq  görüşləri  “Folklora  romantik  münasibət”  fəslində 
qabardılır.  Bu  fəsildə  folklora  münasibətin  mahiyyəti,  folklor 
və  ədəbi  dil,  folklor  və  ideallaşdırma,  xalqın  lirik  yaradıcılığı, 
yazılı  və  şifahi  ədəbiyyat  problemləri  Azərbaycan  romantiz-
minin nəzəriyyəsi çərçivəsində düzgün və geniş təhlil edilir. 
Prof.  K.  Əliyevin  “Azərbaycan  romantizminin  nəzəriy-
yəsi” kitabı  yüksək səviyyədə  yazılmış uğurlu bir əsərdir. Biz-
cə,  əsər  müəllif  tərəfindən  qoyulan  problemlərin  həllini  bütün 
cəhətləri  ilə  özündə  ehtiva  etdirir.  Elə  buna  görə  də  alimin  bu 
kitabı  da  sanballı  ədəbiyyatşünaslıq  əsərləri  arasında  bərq  vu-
rur, şəfəq saçır.  
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
59 
DƏQĠQLĠKĠLƏ SƏCĠYYƏLƏNDĠRĠLƏN 
MƏSƏLƏLƏR 
 
   Prof. Kamran Əliyevin elmi  yaradıcılıq  yolunu Hüseyn 
Caviddən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün cəsarətlə 
deyə bilərik ki, Cavid yaradıcılığının bütün istiqamətlərini dol-
ğun və hərtərəfli şəkildə, aydın və anlaşıqlı formada oxuculara 
çatdıran  prof.  Kamran  Əli-
yevdir. Bəlkə də yaşadığımız 
həyatda 
Hüseyn 
Cavidi 
Kamran  müəllim  qədər  se-
vən və  ona sonsuz məhəbbət 
bəsləyən  iknci  bir  insan  da 
tapmaq  çətindir.  Arif  Əmra-
hoğlu  yazır  ki,  prof.  K.Əli-
yev  filoloji  araşdırmalara 
başladığı  ilk  vaxtlardan  bu 
günə  qədər  özünün  özü  ilə 
söhbətinə  əsaslı  zəmini  ilk 
növbədə  Azərbaycan  roman-
tizmində,  xüsusən  də  dahi 
Cavidin  zərif  və  zərif  oldu-
ğundan  da  artıq  dərəcədə 
mətin  Cavid  şəxsiyyətində 
və irsində tapıbdır. Onun tədqiqat predmetinin sabitliyi mövzu 
məhdudlağuna  dəlalət  etmir,  əksinə,  araşdırıcı  alim  şəxsiyyə-
tinin  bütövlüyünün  və  özünün  özü  ilə  söhbətinin  ən  optimal 
ifadəsinə  inamı  sədaqətinin  göstəricisinə  çevrilir.  Kamran 
müəllimin  böyük  Cavidşünas  alim  olmasını  2008-ci  ildə  çap 
etdirdiyi “Hüseyn Cavid: həyatı və yaradıcılığı “ monoqrafiyası 
da təsdiqləyir. 
Kamran  Əliyevin  Hüseyn  Cavid  yaradıcılığını  öyrənmək 
istəyinin  yaşı  35  ildən  çoxdur.  Yəni  25  yaşından  başlayaraq 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
60 
elmi  yaradıcılığının  bir  istiqaməti  romantizm,  o  cümlədən 
H.Cavidə  həsr  olunmuşdur.  Beləliklə,  o,  bir-birinin  ardınca 
xeyli məqalələr çap etdirdi. “XX əsr Azərbaycan romantik tən-
qidinin  mənbələri”,  “XX  əsr  Azərbaycan  romantikləri  “Ədə-
biyyat və həyat problemi haqqında”, “XX əsr romantikləri Sa-
bir haqqında”, “XX əsr Azərbaycan romantizm nəzəriyyəsində 
sənətkar  taleyi  məsələsi”,  “XX  əsr  Azərbaycan  romantizm 
nəzəriyyəsində  yaradıcılıq  azadlığı  problemi”,  “XX  əsr  Azər-
baycan  romantizm  nəzəriyyəsində  vətəndaşlıq  və  ideyalılıq”, 
“Müasirliklə  tarixi  qovuşduran  sənətkar”,  “H.  Cavidin  drama-
turgiya  yolu”  ,  “Cavid  həqiqəti”,  “Böyük  sənətkar”,  “Məhəb-
bətdir  ən  böyük  din”,  “XX  əsr  Azərbaycan  romantizmi  və 
“uzaqlıq” konsepsiyası”, “H.Cavid dramaturgiyasında romantik 
qəhrəman”, “Humanist sənətkar”, “Cavid sənətinin müasirliyi”, 
“Ağac, dəniz və insan”, “Hüseyn Cavidin publisistikası”, “Mü-
təfəkkir  sənətkar”,  ”Hüseyn  Cavid  və  xalq  dramı”,  “Hüseyn 
Cavid  və  bədii  zaman”,  “Şəxsiyyət  və  yaradıcılıq  bütövlüyü”, 
“Xeyir və Şərin əbədi  mübarizəsi”, “Cavidin ədəbiyyata baxı-
şı”, “Böyük mütəfəkkir”, “Cavid sənətinin qüdrəti”, “Romantik 
teatrın addımları”, “Romantik poeziyada simvolika”, “Roman-
tik  əsərdə  məkanın  xarakteri”,  “Romantizm  və  romantik  qəh-
rəmanın təbiəti”, “Şeyx Sənanın ömür yolu”, “Romantik şeirdə 
müəllif və qəhrəman problemi”, “Romantik qəhrəmanın səciy-
yəsi  (tənhalıq  problemi)”,  “Azərbaycan  romantizminin  folklor 
qaynaqları”,  “Azərbaycan  romantizminin  həyat  konsepsiyası”, 
“O  illərin  ağrısı”,  “H.  Cavid  dramaturgiyasında  məkan”, 
“Romantik  dramaturgiya  və  bədii  tərcümənin  problemləri”, 
“Ölüm  var  ki,  həyat  qədər  dəyərli”,  “Hüseyn  Cavid 
yaradıcılığında  şəxsiyyət  planı”,  “H.  Cavidin  yaradıcılığında 
məkanın  tərtib  prinsipi”,  “H.  Cavid  yaradıcılığında  türklüyün 
bədii  təqdimatı”,  “H.  Cavid  və  tarix”,  “H.  Cavid  və 
Azərbaycan  romantizmi”  və.  s  məqalələri  müxtəlif  mətbu 
orqanlarda  dərc  olunmuşdur.  Müəyyən  dövrlərdə  isə  həmin 
məqalələri  kitablar  əvəz  etdi:  “Hüseyn  Cavidin  şəxsiyyəti  və 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
61 
poetikası”,  “Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər”,  “Cavid 
möcüzəsi”  kitabları  məhz  bu  qəbildəndir.  Həmin  məqalə  və 
əsərlər  prof.  Kamran  Əliyevə  imkan  vermişdir  ki,  Hüseyn 
Cavid  kimi  möhtəşəm  bir  sənətkarın  həyat  və  yaradıcılığını 
sözügedən  bu  irihəcmli  kitabında  (“Hüseyn  Cavid:  həyatı  və 
yaradıcılığı“) ümumiləşdirə bilsin. 
Alim  “Ön  söz  yerinə:  H.  Cavid  və  Azərbaycan  roman-
tizmi”  hissəsində  oxucunun  diqqətini  Cavid  və  Azərbaycan 
romantizmi  ilə  bağlı  ciddi  bir  istiqamətə  yönəldir.  O  yazır  ki, 
bu gün bütün şəxsiyyətləri və bütün bədii nümunələri ilə birgə 
tanıdığımız XX əsr Azərbaycan romantizmini Hüseyn Cavidsiz 
təsəvvür  etsəydik,  bu  romantizm  ya  yarımçıq,  ya  ona  doğru 
meyl  və  təşəbbüslər,  ya  da  ən  yaxşı  halda  ədəbi  cərəyandan 
kənarda  yeni  və  orijinal  xətt  səviyyəsində  dəyər  qazanmış 
olardı. 
Kamran  Əliyevin  tədqiqatı  onu  da  göstərir  ki,  Hüseyn 
Cavid  antik  dövrün  kəşfi  və  intibah  dövrünün  sığınacaq  yeri 
olan  faciəni  Azərbaycan  klassikasının  romantik  metod  layına 
malik  poeziya  ilə  birləşdirdi.  Daha  geniş  mənada  isə  yalnız 
Cavid,  bütövlükdə  XX  əsr  Azərbaycan  romantizmi  öz  janr 
əsasını  ayrıca  götürülmüş  poeziyada  deyil,  onların  birliyi  və 
vəhdətində-mənzum  faciədə  tapdı. Azərbaycan  romantizmi isə 
öz  növbəsində  bir  ədəbi  cərəyan  kimi  yaşamaq  və  vətəndaşlıq 
hüququ qazanmaq üçün vacib bir özül üzərində inkişaf etməyə 
başladı. 
Müəllif  faciənin  janr  kimi  dövrdən-dövrə,  ədəbiyyatdan-
ədəbiyyata  keçməsini  başa  düşülən  hesab  edir,  amma  klassik 
poeziyadakı  romantik  metod  əsasının  mənimsənilməsinin  və 
yeni ifadə planı qazanmasını təhlil edərək göstərir ki, bu məqa-
mın  ilk  reallığı  Nizami  və  Füzuli  poemalarının  rəsmi-ənənəvi 
hissəsidir.  Çünki  həmin  ənənəvi  hissələr  Tanrı  ilə  başlayır, 
Peyğəmbərdən  keçir,  Hökmdara  ünvanlanır  və  Şairlə  qurtarır. 
Əhəmiyyətli cəhət ondadır ki, həmin rəsmiyyət, sadəcə olaraq, 
orta əsr romantik poemalarının yalnız “müqəddimə”si səviyyə-

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin