Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
26
Kitabın sonuncu bölməsi “Romantizmin estetikası” adla-
nır. Tədqiqatçı burada H. Cavidin ədəbiyyata baxışı və pub-
lisistiksı haqqında dəyərli elmi mülahizələr yürüdür. K. Əliyev
Cavidin ədəbiyyata və sənətə baxışını görün necə də düşün-
cəsinin itiliyi, dərinliyi və zənginliyi ilə bu böyük sənətkarın
boyuna biçir: “ Hüseyn Cavidin ədəbiyyata və sənətə baxışı
onun həyat təcrübəsindən və həyata olan münasibətindən do-
ğulmuş və inkişaf etmişdir. Gənclik illərinin çətinlikləri,
böyüdüyü və təhsil aldığı yerlərin ağır və dözülməz güzəranı,
şairi “acı-acı həqiqətləri” əks etdirən ədəbiyyatın tərəfdarına
çevirmişdir. Bu mənada H. Cavidin ədəbiyyata baxışının ilk
addımları onun ədəbiyyata - şeir və dramaturgiyaya gəlişini
tarixən qabaqlamışdır”.
Bəli, H. Cavid yaradıcılığını müxtəlif istiqamətlərdən təh-
lil edən, öz qənaətlərini oxucuya aydın və inandırıcı şəkildə
çatdıran prof. K. Əliyevin “Hüseyn Cavidin şəxsiyyəti və
poetikası” əsəri indi ədəbiyyatşünaslarımızın stolüstü kitabıdır.
Çünki alimin bu kitabı da vətəndaş yanğısı ilə, professional-
lıqla, ən yüksək peşəkarlıqla qələmə alınmışdır.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
27
ELMĠ TAPINTILARLA ZƏNGĠN ƏSƏR
Prof. Kamran Əliyevin 1998-ci ildə “Yazıçı” nəşriyya-
tında çapdan buraxılan “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”
kitabında indiyə qədər Mirzə Fətəli Axundov, Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Ab-
dullabəy Divanbəyoğlu, Səid
Səlmasi, Məhəmməd Hadi,
Abdulla Sur, Abdulla Şaiq,
Abbas Səhhət, Cəfər Cabbar-
lı, Hüseyn Cavid haqqında
tədqiqatçıların diqqətini cəlb
etməyən cəhətlər araşdırma
obyektinə çevrilir.
Kitaba müəllifin XIX-
XX əsrdə yaşayıb yaratmış
Azərbaycanın görkəmli sə-
nətkarının həyat və yaradıcı-
lığından bəhs edən 21 məqa-
ləsi daxil edilmişdir. “Hacı
Qara obrazı “Təmsilat”ın bə-
dii sistemində” məqaləsində
prof. K.Əliyev ədəbiyyatşü-
naslığımızda M. F. Axundo-
vuн filosof kimi, tənqidçi kimi, yazıçı və dramaturq kmi öy-
rənildiyini, onun bütün hallarda yeni ədəbiyyatın banisi hesab
edldiyini göstərir və oxucunun diqqətini ciddi və əhəmiyyətli
faktlarla dolu olan bu mütəfəkkirin yaradıcılığının hələ də
öyrənilməyən, araşdırıcılar tərəfindən tədqiqata cəlb edilməyən
cəhətlərinə yönəldir. Alim doğru olaraq yazır ki, bədii yara-
dıcılığın belə bir sirli-sehrli əlaməti Mirzə Fətəli sənətinin bədii
cəhətlərinin hələ öyrənilmədiyinə, eyni zamanda tədqiqata cəlb
olunmasına tam əsas verir. Yalnız dramaturq kimi onun yara-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
28
dıcılığında elə qatlar vardır ki, həmin cəhətlər Axundova mü-
nasibətdə yeni ədəbi nəsillərin formalaşmasını gözləyir. Bu
mənada sadə bir suala cavab verək: Hacı Qara obrazı necə
yaranmışdır? Bu sualı aydınlaşdırmaq məqsədilə tədqiqatçı M.
F. Axundovun xəsis tipləri ilə Hacı Qaranı müqayisə edir və
müqayisələr zəminində Hacı Qara obrazının Mirzə Fətəli
“Təmsilatı”ının bədii sistemində doğulması, inkişaf etməsi və
formalaşması məsələlərini meydana çıxarır.
“Molla Nəsrəddin “ jurnalının mövzu dairəsi son dərəcə
geniş olmuşdur. İslam və xristian fanatizminin saf-çürük edil-
məsi, gerilik və ətalətin, Şərq despotizminin Qərbə məxsus ye-
ni istibdad üsullarının böyük sənət dili ilə amansız şəkildə
ifşası yolu ilə yaranan bu jurnal Mirzə Cəlil zəhmətinin, Mirzə
Cəlil cəsarətinin məhsulu idi. “Mirzə Cəlil müdrikliyi” mə-
qaləsində bütün bu məsələləri təhlilə cəlb edən alim düzgün
olaraq göstərir ki, bu müdriklik ictimai hadisələri qabaqlamaq-
da, dövrün mütərəqqi meyllərinə tərəfdar çıxmaqda çox böyük
işlər görmüşdü. Məqalədə tədqiqatçı Mirzə Cəlil müdrikliyinin
mahiyyətini bütün istiqamətlərdə araşdırır və sonda belə
qənaətə gəlir ki, “Molla Nəsrəddin” jurnalının və “Molla Nəs-
rəddin” ədəbi məktəbinin tədqiqində Mirzə Cəlilin fədakarlığı
və sənət möcüzəsi, Mirzə Cəlilin şəxsiyyəti həmişə ağsaqqallıq
pyedestalında dayanmasıdır. Yalnız belə bir həqiqət doğru və
dürüst elmi nəticələrin əsası ola bilər.
Prof. K. Əliyev Mirzə Cəlilə həsr etdiyi “Şərqi oyadan
zəng səsləri” adlı ikinci məqaləsində “Molla Nəsrəddin“ jur-
nalının milli mətbuat tariximizdəki rolundan, jurnalın ədəbi
məktəb səviyyəsinə qalxmasından, həmçinin onun özünəməx-
sus üslub çalarlarından danışır.
Alim Mirzə Cəlilə həsr etdiyi məqalələrinin hər birində
müxtəlif məsələlərə toxunur. “Molla Nəsrəddin” jurnalının
“Təbriz nömrələri” adlı məqaləsində 1921-ci ildə 8 səhifədən
ibarət olan bu jurnalın Təbrizdə cəmi 8 nömrəsinin çıxardığını
göstərir və nömrələrdəki felyetonların tənqid və ifşa hədəflərini
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
29
müəyyənləşdirir, jurnalın Təbrizdə nəşr olunması səbəblərini
açıqlayır, oxucuda dolğun elmi təsəvvür yaradır.
“Elmi konkretlik, ədəbi faktların geniş nəzəri miqyası,
fikrin yığcam şəkildə çatdırılması” (Əbülfəz Əzimov) K.
Əliyevin yaradıcılıq üslubunu xarakterizə edən cəhətlərdəndir.
“Sabirin poetik sistemində bədii sözün təkamülü” adlı məqa-
ləsində də alim öz üslubuna sadiq qalaraq həyata, real ger-
çəkliyə son dərəcə yaxın olan Sabir sənətinin mövzu dairəsini
və onun sənətkarlıq xüsusiyyətlərinə diqqət yetirir və oxucuda
xüsusi maraq oyadır.
Prof. K. Əliyev “XX əsr Azərbaycan romantikləri Sabir
haqqında” məqaləsində bu dövr Azərbaycan ədəbiyyatında
romantiklərlə realistlər arasında olan münasibətlər məsələsinə
toxunur, M. Hadı, H. Cavid, A. Səhhət və A. Şaiqlə Sabir ara-
sındakı yaradıcılıq əlaqələrini konkret faktlarla izah edir.
“Şərqin böyük mütəfəkkiri” məqaləsində Üzeyir Hacıbə-
yovu görkəmli bəstəkar və musiqişünas, mahir publisist və re-
daktor, dramaturq və mütərcim, müəllim və pedaqogika nəzə-
riyyəçisi kimi dəyərləndirən alim bu böyük düha sahibinin
bütün xidmət sahələrinə toxunur, bu xidmətin əhəmiyyətini
konkret faktlarla şərh edir və sübut edir ki, ömrünü yüksək
ideallar uğrunda yaşamaqla keçirən Ü. Hacıbəyov Şərq mu-
siqisi və Şərq həyatı ilə bağlı sənətkar olmuşdur. Başqa sözlə,
Üzeyir Hacıbəyov bütün dünyada tanınan əsl musiqişünas
mütəfəkkir idi.
Prof. K. Əliyev “Böyük sənətin hikməti” məqaləsində
Üzeyir Hacıbəyovun ədəbiyyat aləminə öz publisist addımları
ilə daxil olduğunu və onun dərin məzmunlu, aktual mündəricəli
felyetonları ilə geniş oxucu kütləsinin rəğbətini və hörmətini
qazandığını, bu ölməz sənətkarın bütün yaradıcılığı boyu öz
əqidə və məsləkindən ayrılmadığını, bütün həyatını xalqa
xidmətə həsr etdiyini göstərir .
“Unudulmaz anların hekayəti” məqaləsində alimi daha
çox Ü.Hacıbəyovun çəkdirdiyi şəkillər maraqlandırmış, bu
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
30
məqaləsində şagird və seminarist, müəllim və bəstəkar, yazıçı
və deputat Ü. Hacıbəyovun vaxtilə çəkdirdiyi fotoların məna
və məzmunundan bəhs edir.
“Romantik nəsrin hüdudları” məqaləsində prof. K.Əliyev
Abdulla bəy Divanbəyoğlunun XX əsrin əvvəllərində qələmə
aldığı bir sıra nəsr əsərlərinin poetikasını tədqiqata cəlb edir.
Müəllifin təqdimindən öyrənirik ki, Divanbəyoğlu bizim yüzil-
liyin ilk onilliklərində təşəkkül tapıb formalaşmış romantizm
yaradıcılıq metoduna mənsub olan sənətkarlardandır və onun
nəsr əsərlərində Azərbaycan romantizmi üçün səciyyəvi olan
bir çox cəhətlər özünü göstərməkdədir. Tədqiqatçı bu səciyyəvi
cəhətləri izah edərkən yazıçının “Əbdül və Şahzadə”, “Can
yanğısı” əsərlərini müqayisə edir, onun romantik nəsrinin ağrı
və acılarını üzə çıxarır.
“Romantik şairin arzuları” məqaləsində alim Səid Məşədi
Xəlil oğlu Səlmasinin “Təzə həyat”, “İrşad”, “Füyüzat”, “Yeni
füyüzat” və sair mətbu orqanlarında çap olunan publisistik
məqalə və şeirlərini təhlilə cəlb edir və onun həyata və sənətə
baxışı barədə oxucuda aydın təsəvvür yarada bilir.
“Hadi kədəri” məqaləsində prof. K. Əliyev “Kədər yan-
ğıdır”, iztirabdır, durumdur”-deyən romantik şair Məhəmməd
Hadi kədərinin köklərini, rişələrini axtarır. O, bu kədərin hər
şeydən qabaq şairin romantik arzu və istəklərinin, xəyallarının
mühitin darlığına sığa bilməməsində görür. Alim haqlı olaraq
yazır ki, Hadinin kədəri özünün çətin şəraitdə, çətin güzəranda
yaşamasında, yaxud bir tanışının, bir yaşıdının dilənçi kökündə
olmasında deyil, Hadinin kədəri istədiyi bir qıza qovuşa bil-
məsində, yaxud bir quşa yas saxlamsında da deyil. Hadinin kə-
dəri həm də bunların hamısında, bunların şahidliyindədir və
bunlardan qida ala-ala , şəxsi çərçivələri aşa-aşa yaranan dünya
kədəridir.
Abdulla Surun ədəbiyyatşünaslıq və bədii yaradıcılığını
tədqiqat obyektinə çevirən alim “Ədəbiyyatşünas, şair və pub-
lisist” məqaləsində onun bu sahələrdəki fəaliyyətini işıqlandı-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
31
rır, Abdulla Surun 1898-ci ildən 1912-ci ilə qədər “Şərqi-rus”,
“Həyat”, “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Günəş”, “Məktəb”,
“Yeni irşad” və başqa qəzetlərdə, jurnallarda “Abdulla
Məhəmmədzadə”, “Abdulla Sur”, “Abdulla Tofiq” və digər
imzalarla çıxış etdiyini və bu vətənpərvər insanın dövrünün
qabaqcıl ziyalılarından olduğunu diqqətə çatdırır.
Prof. K. Əliyev Abdulla Sura həsr etdiyi digər məqalələ-
rində də (“Azərbaycan romantiklərinin həmkarı” və “Abdulla
Surun bədii yaradıcılığı”) bu dəyərli qələm sahibinin yara-
dıcılığını bu və ya digər dərəcədə öyrənir.
Araşdırıcı “Şaiq inamı” məqaləsində Abdulla Şaiqin şeir
yaradıcılığının özünəməxsusluqlarını aşkarlayır.
Prof. K. Əliyev A. Şaiqin ədəbi-nəzəri məqalələrini də el-
mi baxımdan təhlil obyektinə çevirir. Tədqiqatçı haqlı olaraq
yazır ki, Azərbaycan ədədbiyyatının görkəmli nümayəndələ-
rindən biri olan Abdulla Şaiqin ədəbi-nəzəri məqalələri sübut
edir ki, o, bədii yaradıcılıqla yanaşı, tədqiqatla da məşğul
olmuş, dövrün, zamanın mütərəqqi ruhunu tuta bilmişdir. Alim
A. Şaiqin Yunis İmrə, Nəsimi, Xətai, Füzuli, Nəfi, Seyid Əzim,
Vaqif, Vidadi, Zakir, Axundov, Ə. Haqverdiyev yaradıcılığı
barədə söylədiklərini bu gün də çox aktual sayır.
Prof. K. Əliyev “Səhhət sızıltıları” məqaləsində A. Səh-
hətin sızıltılarının mənbəyini çözələyir və düzgün olaraq
göstərir ki, Səhhət sızlıtıları ürəkdən və candan bağlandığı
Vətənin taleyindən sıxılıb gəlmişdi. Bu sızıltılar bircə anın ahı
və fəryadı deyildi. Axı “Şəni-vətənü milləti biganəyə çatdı”
həqiqəti arxasında heç bir vətəndaş dözümü tab gətirə bilməz.
O da ki, “Ey Vətən, getmə ki, əldən gedəriz” üsyanını qaldıran
Səhhət olaydı.
Prof. K. Əliyev “C. Cabbarlının romantik qəhrəmanları”
məqaləsində Azərbaycan bədii fikir tarixində realizmin gör-
kəmli nümayəndəsi və bir çox romantik əsərlərin yaradıcısı
olan Cəfər Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Oqtay
Eloğlu”, “Od gəlini” pyeslərinin romantizm baxımından əsas
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
32
səciyyəvi xüsusiyyətlərini və bu əsərlərin qəhrəmanlarının
hansı bədii prosesdən keçdiklərini bütün istiqamətlərdə izləyir.
Prof. K. Əliyevin yaradıcılığının ən əsas hissəsini Hüseyn
Cavidlə bağlı araşdırmaları tutur. Onun bu dahi şəxsiyyətlə
bağlı təhlil istiqamətlərindən, nəzəri yanaşma və araşdırma for-
mullarından indiki nəsillər bəhrələndiyi kimi, gələcək nəsillər
də bol-bol faydalanacaqlar. Bu mənada “Mirzə Fətəlidən
Hüseyn Cavidə qədər” kitabına daxil edilmiş “Cavid həqiqəti”
və “H.Cavid dramaturgiyasında romantik qəhrəman” məqalə-
ləri də istinad olunmalı dəyərli mənbələrdir.
Bəli, cəsarətlə deyə bilərik ki, prof. Kamran Əliyevin bu
kitabı da yeni çalarda, yeni üslubda yazılmış elmi tapıntılarla
zəngin qiymətli tədqiqat əsəridir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
33
UZUNÖMÜRLÜ ƏSƏR
Azərbaycan romantizminin poetikası ilə bağlı bir sıra təd-
qiqatlarda ara-sıra bəhs edilməsinə baxmayaraq, bu problemlə
bağlı sistemli araşdırma olmadığından prof. Kamran Əliyev bu
zəruri ehtiyacı nəzərə alaraq 2002-ci ildə “Azərbaycan roman-
tizminin poetikası” kitabını
çap etdirir. Bununla da müəl-
lif
ədəbiyyatşünaslığımızda
həmin boşluğu aradan qaldır-
mağa nail olur. Doğrudan da,
bu tədqiqatda qaldırılan prob-
lem ətraflı şərhini tapmış, ay-
rı-ayrı fəsillər üzrə gərgin ax-
tarışlar aparılmışdır.
Alim əsərin “Giriş”
hissəsində başlayacağı möv-
zuya aydınlıq gətirərək qal-
dırdığı problemin qoyuluşu
məsələlərini ətraflı şərh et-
miş, oxucularda əsərin ümu-
mi istiqamətləri barədə dol-
ğun təsəvvür yarada bilmişdir. Buradaн aydın olur ki, mono-
qrafiyada XX əsr Azərbaycan romantizminin obrazlar şəbə-
kəsinin tədqiqi əsas diqqət mərkəzinə çəkilib.
Digər tərəfdən alim bu tədqiqat əsərində romantiklərin
yaradıcılığının inkişaf xüsusiyyətlərini, onların bir sənətkar kimi
həm fərdi, həm də ümumi keyfiyyətləriни, ayrı-ayrı yazıçıların
bədii yaradıcılıq sirlərini, bütövlükdə Azərbaycan romantizminin
özünəməxsusluqlarını aşkara çıxarmış, romantik inikas üsulunun
spesifikasını, ayrı-ayrı çalarlarını, tələblərini və prinsiplərini
aydınlaşdırmış, Azərbaycan romantizminin ədəbiyyat tariximiz-
dəki yerini və mövqeyini müəyyənləşdirmişdir.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
34
Prof. K. Əliyev monoqrafiyada XX əsr Azərbaycan yazı-
çı-romantiklərindən M.Hadi, H.Cavid, A. Səhhət, A. Şaiq, A.
Divanbəyoğlu, A. Sur və S. Səlmasinin əsərlərinə istinad etmiş,
bu romantiklərin yaradıcılığı ilə təmsil olunan Azərbaycan
romantizminin obrazlar sistemini tədqiq etməyi, onun ideya
axtarışlarının qabaqcıl, mütərəqqi mahiyyətini açıb göstərməyi
və bu romantizmin poetika problemlərini araşdırmağı qarşısına
məqsəd qoymuşdur.
Alim qarşısına qoyduğu vəzifələri də aşağıdakı kimi elan
edir:
– Romantik qəhrəman konsepsiyasının məzmununu şərh
etmək.
– Nəsrin, lirikanın və dramaturgiyanın qəhrəmanlarının
mövqe və xarakterlərinin izahını vermək.
– Təbiət obrazlarını və mifoloji obrazları səciyyələndir-
mək.
– Bədii qarşıdurma təşkil edən obrazları müəyyənləşdirmək.
– XX əsr Azərbaycan romantizminin özünəməxsus cəhət-
lərini, romantiklərin bədii yaradıcılıqları ilə onların ədəbi-
nəzəri görüşlərinin vəhdətini meydana çıxarmaq.
Monoqrafiya iki böyük hissədən ibarətdir. Kitabda müəl-
lif hissələri fəsillərə ayırmış və hər fəsli isə paraqraflara böl-
müşdür. “Romantik qəhrəman” hissəsinin “Nəsrdə və poeziya-
da romantik qəhrəman” fəslinin “Romantik nəsrin qəhrəman-
ları“ paraqrafında romantik qəhrəman probleminin ayrı-ayrı
ədəbi növlər, yaxud janrlar ətrafında öyrənilməsini tamamilə
təbii və qanunauyğun hesab edən prof. K. Əliyev göstərir ki,
qəhrəmanların təsviri və təqdiminin özü bunu tələb edir. Yəni
psixoloji duyğu və düşüncələri ilə görünən nəsr qəhrəmanları,
dramatik hərəkətləri ilə seçilən və fərqlənən dramaturgiya qəh-
rəmanları, eyni zamanda şeirin misraları içərisində boy atıb
ucalan lirik qəhrəmanlar sənətkarlıq mövqelərinin də müxtə-
lifliyni şərtləndirmiş olurlar.
Monoqrafiyada əvvəlcə nəsrin, sonra lirikanın, daha son-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
35
ra dramaturgiyanın romantik qəhrəmanları öyrənilir. Bu isə
müəllifin özünün qeyd etdiyi kimi, romantizm səciyyəli ayrı-
ayrı ədəbi növlərin tarixən yaranma ardıcıllığından irəli
gəlmişdir. Belə ki, XX əsrin lap başlanğıcında (1902-1909 ) A.
Divanbəyoğlunun nəsr əsərləri meydana çıxmış, bir müddət
sonra M. Hadinin, H. Cavidin, A. Səhhətin, A. Şaiqin, S.Səl-
masinin şeirləri, həmçinin A. Surun həm şeirləri, həm də he-
kayələri, mənsur şeirləri və A. Şaiqin də nəsr əsərləri mətbuat
səhifələrində görünmüş, H. Cavid dramaturgiyası isə onların
yeni formada davamı olmuşdur.
Azərbaycan romantizminin ilk nümunələri olan nəsr əsər-
lərində romantik qəhrəmanların mövqeyinin necəliyini ətraflı
və düzgün şərh edən alim sonda belə nəticəyə gəlir ki, ro-
mantik nəsrin qəhrəmanları XX əsr Azərbaycan romantizminin
səciyyəvi xüsusiyyətlərini yaşadan ilk nümayəndələrdir. Onla-
rın daşıdığı keyfiyyətlər lirikanın və dramaturgiyanın qəhrə-
manları tərəfindən davam və inkişaf etdirilmişdir.
Monoqrafiyanın “Lirik qəhrəman“ adlı ikinci paraqra-
fında alim romantik şeir nümunələrinin romantik nəsrdən sonra
meydana çıxdığını, geniş vüsətlə inkişaf etdiyini göstərir və bir
faktı da qeyd edir ki, bütün romantiklər nəsr əsərləri yazdıqları
halda A. Divanbəyoğludan başqa onların hamısı, əsasən, şair
olmuşdur. Tədqiqatçı burada eyni zamanda romantik şeirdə
qəhrəmanla müəllif və müəllif obrazı arasında tam yaxınlığı,
hətta eyniləşmə hallarını da düzgün olaraq üzə çıxarır. Bir söz-
lə, alim bu paraqrafda romantik şeirdə lirik qəhrəmanın bədii
strukturunu aydınlaşdırır və eyni zamanda, həmin qəhrəmanın
realist lirikanın qəhrəmanından fərqli cəhətlərini aşkar edir.
Birinci hissənin ikinci fəsli “Dramaturgiyada romantik
qəhrəman” adlanır. Alim Azərbaycan romantik dramaturgiya-
sının problemlərinin, spesifik xüsusiyyətlərinin, ayrı-ayrı poe-
tika əlamətlərinin Hüseyn Cavid yaradıcılığında daha bariz
şəkildə meydana çıxdığını, faciə janrının yaranmasından sonra
H. Cavidin dramaturgiya tarixində yeni mərhələlərin qapılarını
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
36
açdığını göstərir və bunu romantik dramaturgiya adlandırır.
Alim burada diqqətimizi mühüm bir cəhətə də yönəldir.
O da bundan ibarətdir ki, H. Cavid öz poetik istedadının gü-
cünə arxalanaraq mənzum dram yaratmaq sahəsində müqəddəs
bir ənənənin başlanğıcını qoydu. Beləliklə, sənətkarın şeir ya-
radıcılığından dramaturgiyaya keçməsinin səbəblərindən birini
məhz yüksək ehtiraslara malik romantik qəhrəman axtarıcılı-
ğında aramaq lazımdır.
Monoqrafiyanın bu fəslinin elmi cəhətləri həddən artıq
çoxdur. Bunlardan biri də H. Cavid dramaturgiyasında roman-
tik qəhrəmanın süjet və kompozisiya daxilindəki hərəkətinin bu
qəhrəmanın bədii zaman və məkan çərçivəsindəki mövqeyinin
mahiyyətinin təhlilidir.
Monoqrafiyanın “Simvolik - poetik obrazlar” adlı II his-
sənin I fəsli “Simvolik obrazlar” adlanır. Alim burada XX əsr
Azərbaycan romantizminin bədii xüsusiyyətlərinin meydana
çıxarılmasında simvolik-poetik obrazların əhəmiyyətini qeyd
edir və romantizmi simvollarsız təsəvvür etməyin mümkün-
süzlüyünü göstərir və simvolik obrazları iki qrupa ayırır: təbiət
obrazları və mifoloji obrazlar.
Prof. K. Əliyev istər təbiət, istərsə də mifoloji obrazlar
üzərində ayrıca dayanıb, bunların hər birinin simvolik çalar-
larını və örtüklərini açıqlayır və belə nəticəyə gəlir ki, ayrı-ayrı
təbiət vahidləri, o cümlədən gül, çiçək və bir sıra peyzaj
əlamətləri romantiklərin əsərlərində öz simvolik örtükləri ilə
səciyyəvidirlər. Elə simvolik çalarlar və obrazlar da vardır ki,
onlar romantiklərin yaradıcılığında müəyyən vasitələrlə öz
açılışını tapır. Bunun məhz romantizm üçün xas olması mühüm
amillərdəndir.
Azərbaycan romantizminin folklor və mifologiya ilə əla-
qəsindən danışan alim yazır ki, folklora aid obrazlar, süjetlər
romantiklərin əsərlərində davamlı xətt kimi görünür. “Şeyx
Sənan” faciəsinin “Əsli-Kərəm” dastanı ilə müqayisəsindən
bəlli olur ki, H .Cavid sözün həqiqi mənasında əfsanəyə əsas-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
37
lansa belə el ədəbiyyatı nümunəsindən də xeyli dərəcədə bəh-
rələnmişdir. Eyni zamanda, onun xalq dramlarından istifadəsi
sadəcə olaraq folklora söykənmək yox, daha artıq dərəcədə
şifahi ədəbiyyat nümunəsinin bədii əsərin poetikasında yüksək
keyfiyyətə çevrilməsi demək idi.
Prof. K. Əliyev XX əsr Azərbaycan romantiklərinin əsər-
lərində ayrı-ayrı mifoloji və dini obrazların ( Pəri, Mələk, İblis)
da simvolik səciyyəyə malik olduğunu göstərir və bunların
romantizm üçün nə qədər doğma obrazlar olması həqiqətini üzə
çıxarır.
Monoqrafiyanın “Poetik qarşıdurmalar” adlı II fəsli üç
paraqrafdan ibarətdir: “Qərb və Şərq”, “Yaxın və Uzaq”,
“Həyat və Ölüm”.
Bu poetik qarşıdurmaların tədqiqinə də alim cəsarətlə gi-
rişir. Burada da alimin elmi mühakimələrinin dərinliyini görü-
rük. Belə ki, müəllif Qərb və Şərq obrazlarının qarşılaşmasının
üç mərhələdən keçdiyini, əvvəlcə Qərbə üstünlük verildiyini,
sonra Qərb və Şərqin bərabər tutulduğunu, daha sonra isə
Şərqin ön plana keçdiyini qeyd edir və bu məsələlərin H.
Cavidin “Uçurum” pyesində hərtərəfli və dəqiq həllini tap-
dığını açıqlayır.
Prof. K. Əliyev romantik poetikada Yaxın və Uzaq obraz-
larını təmsil edən bədii vahidlərin dəqiq ünvanı və işlənmə
miqyasını, onların sənətkar fikrinin açılışındakı rolu və əhə-
miyyətini də bütün aydınlığı ilə təhlil süzgəcindən keçirir.
Romantizmin fəlsəfi mahiyyətinin aşkara çıxarılmasında
“Həyat və Ölüm” qarşıdurması da güclü maraq kəsb edir. Prof.
K. Əliyev heyrətamiz özünəməxsusluğu ilə bu problematik
məsələyə də aydınlıq gətirir.
Bəli, 10 ildən çoxdur ki, prof. K. Əliyevin qələmindən
çıxmış “Azərbaycan romantizminin poetikası” kitabı elmi-
ədəbi ictimaiyyətin dərin rəğbətini qazanmış, ali məktəblərin
müəllim və tələbələri tərəfindən sevilə-sevilə oxunmuş və oxu-
nacaqdır.
|