Azərbaycan ərazisində ilk tayfa birlikləri, erkən dövlət qurumları və qədim dövlətlər.
“Azərbaycan Hava Yolları QSC” Milli Aviasiya Akademiyası
Sərbəst iş №1
Fakültə: Fizika texnologiyaları
İxtisas:Energetika mühəndisliyi
Qrup: 2553a
Fənn: Azərbaycan tarixi
Müəllim: Ərəbxanova Rəna
Tələbə: Qasımov Mehman
Mövzu: Azərbaycan ərazisində ilk tayfa birlikləri, erkən dövlət qurumları və qədim dövlətlər.
BAKI 2023
E. ə. III — II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su(sub) və turukki tayfaları və Mil — Qarabağ ərazisində isə naxç və gərgər tayfaları yaşayırdı. Dəmir dövründə Azərbaycan tayfaları Assuriya ilə sıx əlaqə saxlayırdılar. Azərbaycanda yaşayan tayfalar haqqında ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarda verilir. E.ə. II minillikdə Azərbaycan tayfaları olan turukkilər, lullubilər və subirlər(şubarlar) Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar.
Aratta dövlət qurumu e. ə. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Aratta Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu idi. Aratta ölkəsini en və yaxud ensi adlanan türk mənşəli hökmdar idarə edirdi. Aratta hökmdarı hərbi məsələləri həll etmək üçün şura çağırırdı. Lakin yekun qərarı özü verirdi. Arattalılar:
İlahə Inannaya və digər şumer allahlarına sitayiş edirdilər;
Çoxallahlı idilər və dini idarələrə maşmaş adlanan kahinlər rəhbər lik edirdilər;
Uruk şəhər-dövləti ilə də mübarizə aparırdılar;
Şumer şəhər dövlətləri ilə mübarizə aparırdılar (Bu barədə “En-Merkar və Aratta hökmdarı” dastanında məlumat ve-rilmişdir)
Lullubi tayfa ittifaqı e. ə. III minilliyin II yarısında Urmiya gölünün cənubunda meydana gəlmişdir. E.ə. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna çevrildi. Lullubilər:
Hürri və hetlərin ordusunda və dövlət idarəçiliyində xidmət edirdilər;
Hürrilər tərəfindən “nullu” (özgə) adlandırılırdılar;
Səma, Günəş, Ay allahlarına, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər;
Ön Asiyada igid, döyüşkən və cəsur tayfa birliyi kimi tanınırdılar;
Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar;
Akkad müdaxiləsinin qarşısını almaq üçün Mesopotamiyaya hucum etmişdilər;
Urartular tərəfindən “düşmən” adlandırılırdılar;
Döyüş məharətləri ilə qonşu tayfalar arasında qorxu yaradırdılar;
Mesopotamiyada ağalıq uğrunda mübarizə aparırdılar;
Akkad işğallarının qarşısını almaq üçün hərbi ittifaqlar yaratmışdılar;
III Ur Şumer sülaləsinin hücumuna məruz qalmışdılar.
Lullubi dövləti Anubaninin dövründə xeyli qüvvətləndi. Onun hakimiyyəti illərində Urmiya gölünün cənub və cənub — şərq bölgələri ələ keçirildi. Anubaninin qələbələri və uğurları “Daş sütun” üzərində həkk olunmuşdur.
Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə və cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş verən hadisələrə qarışır və Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər. E. ə. XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:
şumerlərin və akkadların idarə sistemi saxlanıldı;
E. ə. XXII əsrin sonunda Uruk şəhəri Kuti hökmdarı Tirikana qarşı qiyam qaldırdı. Qiyam nəticəsində Mesopotamiyada Kuti ağalığına son qoyuldu və e.ə. III minilliyin sonunda Kuti dövlət qurumu süqut etdi.
Eramızdan əvvəl II minillikdə Azərbaycanın siyasi vəziyyəti. Eramızdan əvvəl II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (eramızdan əvvəl 1813-1781) turikkilərə qarşı hərbi yürüş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukkilərin bir hissəsi Assurlarla sülh bağlayır.
Cənubi Azərbaycanda Sinifli Cəmiyyət və Şəhər Dövlətlərinin meydana gəlməsi. Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar. Assuriya mənbələrdə Manna qurulanadək Cənubi Azərbaycan ərazisində assuriyalarla mübarizə aparan müxtəlif çarlıqların adına rast gəlirik. Assuriya mənbələrinin verdiyi məlumatlardan görünür ki, eradan əvvəl Iminilliyin əvvəlinədək - e.ə. VIII əsrlərədək olan dövrdə ayrı-ayrı çarlıqların birləşməsi prosesi getmiş və bunun nəticəsində onlar assuriyalara ciddi müqavimət göstərə bilirlər. Urmiya gölünün cənubunadək ərazi uzun müddət Zamua adı ilə tanınmışdır. İlk dəfə olaraq bu ada II Adadnearinin (911) salnaməsində rast gəlirik. Zamua ilk birləşmiş torpağı e.ə. 881-ci ildə qeydə alınmışdır. Bu zaman onun başında Daqara ölkəsinin rəhbəri Nur-adad dururdu. Zamiyalılar II Aşşurnasirapalin e.ə. (883-ci illər) qoşunlarına qarşı müdafiə divarını tikmişlər. Ancaq onlar Assuriyalıların hücumlarına davam gətirə bil-mişlər. Assuriyalıların qonşu vilayətlərə hücumundan istifadə edən Nur-azad yenidən öz mövqelərini möhkəmlədir. Ancaq assuriyalılar yeni hücum zamanı da Birutu qalasını dağıdırlar. Növbəti e.ə. 880-ci ildə Zamiya əhalisi yenidən II Aşşurnasirpala qarşı mübarizə aparırlar. Zamiyalıların başında car Ameka dururdu. O, Assuriyalılara ciddi müqavimət göstərmişdir. Assuriyalılar Amekanı məğlub edə bilməmişlər. O, Sabua dağında möhkəmlənmişdir. Yazılı mənbələrin məhdud və ziddiyyətli olmasına baxmayaraq Manna dövləti ərazisində istehsalın səviyyəsi və təsərrüfatın formaları haqqında təsəvvür əldə etmək mümkündür. Tarixi araşdırmalar sübut edir ki, Urmiya gölü ətrafında yaşayan qədim tayfaların əsas peşəsi oturaq əkinçilik və maldarlıq olmuşdur. Torpağın münbüt məhsuldar olması, su ehtiyatının çoxluğu geniş otlaqlar mülayim iqlim burada əkinçilik və maldarlıq təsərrüfatının geniş miqyas almasına imkan vermişdir. Azərbaycanın hakim dairələrinin yerli əhalinin üzərinə qoyulan verginin taxıl, mal-qara, metal, metal məlumatlardan toplamaları burda əkinçiliyin və maldarlığın inkişaf etdiyini, metal ehtiyatının çoxluğunu və metaldan cürbəcür əşyalar, istehsal alətləri və s. hazırlayan vahid ustaların olduğunu sübut edir.