Öncə mesaj göndərirlər, sonra...
Türkiyə Kompüter Mühəndisləri və Proqramçıları Dərnəyinin sədri Yılmaz Sönməz mobil telefonların lMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini deyib. Onun bildirdiyinə görə, mobil telefonlarda dinləmə aşağıdakı ardıcıllıqla həyata keçirilir: "Mesaj göndərilir - dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi ona gələn bu SMS-i açıb, içindəki internet adresinə daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış "troyan" adlanan casus proqramı mobil telefona yüklənir. İdarə telequlaqda - bu casus proqramı ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.
SMS-lər də izlənilir - mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən ünvana çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.
Ədəbiyyat
1) https://www.musavat.com/news/gizli-telefon-dinlemeleri_64925.html
2) https://news.milli.az/mobilt/256114.html
3) http://www.faktxeber.com/A/telefonunuz-d304nl399n304l304rm304--bunu-b304lm399y304n-yollari_h49761.html
4) https://azvision.az/news/16111/telefonunuz-dinlenilirmi-%E2%80%93-elametler.html
Dostları ilə paylaş: |