Azərbaycan Hava Yolları” qsc sərbəst İş Fakültə: Nəqliyyat Texnologiyaları


Dinlənməsi mümkün olmayan telefonlar



Yüklə 38,2 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü38,2 Kb.
#45040
1   2   3   4   5
referat 6491

Dinlənməsi mümkün olmayan telefonlar

Türkiyənin Elmi-Texniki Tədqiqatlar üzrə Şurası (TÜBİTAK) dinlənilməsi mümkün olmayan mobil telefonların istehsalına başlamaq niyyətindədir.

Bunu Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib.

Nazirin sözlərinə görə, Türkiyə dinlənilməsi mümkün olmayan smartfonların qonşu ölkələrə ixracını da planlaşdırır. Amma F.İşıq bu telefonların nə zaman istehsal olunacağını və layihənin dəyərini açıqlamayıb.

Türkiyənin İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Şurasının (BTK) verdiyi məlumata görə, 76,6 milyon əhalisi olan bu ölkədə 67,9 milyon ədəd mobil telefon var. Türkiyənin mobil rabitə ilə təchizat səviyyəsi 99 faiz təşkil edir. Hazırda ölkənin 1800 yaşayış məntəqəsi stasionar və mobil rabitə imkanlarına çıxışdan məhrumdur. Bu da onların çətin coğrafi ərazilərdə yerləşməsi ilə bağlıdır.

Bu günlərdə bütün ölkədə əsas müzakirə mövzusu milli təhlükəsizlik nazirinin işdən çıxarılması, MTN-də aparılan həbslər və bunun arxasındakı səbəblərdir. Hələlik ortada dolaşan versiyalardan biri isə gizli telefon dinlənilmələri, məxfi yazışmalara müdaxilə ilə bağlıdır. Bu, hər zaman ölkə insanının "qorxulu röya"sı olub. Sosial mənsubiyyəti, ictimai çəkisindən asılı olmayaraq, insanlarda daim dinlənilmə, izlənmə xofu olub.

Ona görə də sayı gün-gündən artan "izlənmənin qarşısını alan yeni proqramlar" internetə çıxır, insanlar onu telefonlarına yükləyir, özlərini sığortalamağa çalışırlar.

Mövzunun aktuallığını nəzərə alıb, "Yeni Müsavat" telefonları dinləmənin, izləmənin üsulları barədə maraqlanıb və ortaya yeni detallar, maraqlı məlumatlar çıxıb.


Yüklə 38,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin