Azərbaycan hava yollari ” qsc miLLİ aviASİya akademiyasi səRBƏst iŞ №1 FƏNN: Azərbaycan Tarixi


Mezolit (e. ə. XII — VIII minilliklər)



Yüklə 70,71 Kb.
səhifə4/10
tarix17.03.2022
ölçüsü70,71 Kb.
#53885
1   2   3   4   5   6   7   8   9   10
Alqayev Bəxtiyar 2441a-Sərbəst iş №1

Mezolit (e. ə. XII — VIII minilliklər)

Azərbaycanda mezolit dövründə ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Heyvanların uzaqdan ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas peşəyə çevrilmişdi. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak təsərrüfatı ilə məşğul olan insanlar geniş əraziyə yayılmaq imkanına malik deyildilər.

Mezolitdə insanlar heyvanları əhliləşdirilməsinə başladılar. Bununla da ibtidai heyvandarlığın əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vərdişlərinə də bu dövrdə yiyələnərək ibtidai əkinçiliyin əsasını qoydular. Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir. Qobustanın qayaüstü rəsmlərində ox — yayla silahlanmış təbii böyüklükdə insan təsvirləri böyük maraq doğurur. Qayaüstü rəsmlərdə qədim insanların ov səhnələri ilə yanaşı, totem — ovsun inancları da təsvir olunmuşdur. Maral, at, keçi və qayıq təsvirləri əsasında demək olar ki, qədim Qobustan əhalisinin əsas məşğuliyyəti ovçuluq və balıqçılıq olmuşdur. Qobustan qayaüstü rəsmlərində balıq və balıq toru təsvirlərinə rast gəlinmişdir. Buradakı baş tərəfində günəş və içərisində adamlar təsvir edilmiş qayıq rəsmləri mezolitdə balıq ovunun artıq geniş yer tutduğunu sənədləşdirmişdir. Qobustanda yaşayan insanların axirət dünyasına inamı ilə bağlı dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulurdu.

Mezolit dövründə kiçik ölçülü (milaolit) alətlərə Damcılı mağarasında rast gəlinmişdir. Damcılı və Şuşa mağaralarında tapılmış çeşidli qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla yanaşı, kiçik lövhəciklərdən hazırlanmış quraşdırma alətlər (biçin bıçaqları) və silahlar (ox uduqları, nizələr) diqqəti cəlb edir.


Yüklə 70,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin