Azərbaycan hava yollari ” qsc miLLİ aviASİya akademiyasi səRBƏst iŞ №1 FƏNN: Azərbaycan Tarixi



Yüklə 70,71 Kb.
səhifə9/10
tarix17.03.2022
ölçüsü70,71 Kb.
#53885
1   2   3   4   5   6   7   8   9   10
Alqayev Bəxtiyar 2441a-Sərbəst iş №1

Orta tunc dövründə (e. ə. III minilliyin sonu — e. ə. II minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.

Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.

Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər müəyyən plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayrılması nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula — əmtəəyə çevrilməyə başlamışdı. Alqı -satqının genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru apanrdı. Bu dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal — davar işlənilirdi.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və dan becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu. Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumları, şirəsıxan daş təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və şərabçılığın yarandığını göstərir.

Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.


Yüklə 70,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin