Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə14/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

Gözün torlu qişası

Şәxsiyyәtin әn etibarlı identifikasiya metodlarından biri gözün torlu qişasından istifadә edilmәsidir. Göz dibini xarici işıq mәnbәyi ilә işıqlandırdıqda gözün torlu qişası – gözü qanlatәchiz edәn venalar vә arteriyalar yaxşı görünür. Hәlә 1935-ci ildә sübut olunmuşdu ki, hətta əkizlərdə belə gözün torlu qişasının qan damarlarının şəkli üst-üstə düşmür. Gözün torlu qişası ilə tanınma metodu 1970-ci illərin ortalarından sənaye miqyasında inkişaf etməyə başladı.

Bu sistemlәrdә skaner ya göz dibinin qan damarlarının şәklini, ya da torlu qişanın özünün әksetdirmә vә udma xarakteristikalarını müəyyәn edir. Xüsusi qurğuda qeyd olunmaq üçün gözcükdәn mәsafәdәki işıqlı nöqtәyә bir dəqiqədən az müddәtdә baxmaq lazımdır. Bu müddət ərzində sistem torlu qişanı işıqlandırır və əks olunmuş siqnalı alır. Torlu qişanı işıqlandırmaq üçün aşağı intensivlikli infraqırmızı şüalanma istifadə edilir, şüalar göz bəbəyindən keçərək gözün arxa divarındakı qan damarlarına yönəlir. Alınmış siqnaldan bir neçə yüz ilkin xarakterik nöqtə seçilir, onlar haqqında orta informasiya hesablanır və kodlanmış faylda saxlanır.

Bu metodun sәhvlәri yoxlanılan şәxsin başını etalondan kәnara meyl etdirmәsi və baxışlarını mәsafәdәki işıq mәnbәyinә sәhv fokuslaması ilә әlaqәdardır. Sandiya milli laboratoriyasının (ABŞ) mәlumatlarına görә bu metod üçün birinci növ sәhvlәr 0,4% tәşkil edir. İkinci növ sәhvlәr praktiki olaraq mümkün deyil. Belә biometrik qurğuları aldada bilәn mulyajın hazırlanmasının çәtinliyi haqqında mәlumatlar yoxdur. Həmçinin iddia edilir ki, təkrar edilməsi zəruri olan optik xassələr səbəbindən saxta torlu qişanın hazırlanması olduqca mürəkkəbdir. Gözün torlu qişası üçün skanerlər tam məxfi sistemlərə girişin təşkili zamanı geniş tətbiq edilir.

Sifət

Sifət cәmiyyәtdә әn yaxşı qәbul edilәn biometrik identifikatorlardan biridir, çünki vizual qarşılıqlı әlaqәdә insanların geniş istifadә etdiklәri tanıma üsuludur. Sifətin tanınması üçün bahalı xüsusi avadanlıq tələb olunmur. İdentifikasiya ilə yanaşı bir sıra digər funksiyalar da yerinə yetirən adi videomüşahidə kamerası da istifadə edilə bilər. İkincisi, qurğunun işə düşməsi üçün oxuma qurğusu ilə fiziki təmas, nəyəsə toxunmaq, müəyyən vəziyyəti almaq, hər hansı frazanı tələffüz etmək tələb olunmur. Tanıma prosesi təbii, bəzi hallarda identifikasiya edilənə hiss etdirilmədən baş verir.

Sifәti tanıma sistemlәrinin әsasını xüsusi proqram tәminatı tәşkil edir, proqram sifәt tәsvirini adi veb-kamera ilә də götürür və onu emal edir. Sifәtdә ayrı-ayrı obyektlәr seçilir (qaşlar, gözlәr, burun, dodaqlar), onların hәr biri üçün onları tam müəyyәn edәn parametrlәr hesablanır. Müasir sistemlәrin çoxu bu zaman insan sifәtinin üçölçülü obrazını yaradır. Bu ona görә lazımdır ki, məsələn, başı әydikdә vә ya kiçik bucaq altında çevirdikdә identifikasiya mümkün olsun.

Hәlәlik sifәti tanıma texnologiyalarının inkişaf sәviyyәsi kamillikdәn uzaqdır – onlar 10 % sәhv işә düşmә ilә tәxminәn 30 %-dәn 70 %-ә qədər identifikasiya verir. Bu göstәrici, məsələn, ABŞ aeroportlarından birindә öz tәsdiqini tapmışdı, 11 sentyabr 2001-ci il hadisәlәrindәn sonra bu aeroportda sifәti tanıma sistemlәri qurulmuşdu. . Sifətin həndəsəsinə görə müxtəlif tanıma üsulları mövcuddur. Onların hamısı insanın üz cizgilərinin və kəllə formasının fərdiliyinə əsaslanmışdır. Biometriyanın bu sahəsi hər kəs üçün cəlbedici olur, çünki biz hamımız bir-birimizi sifətdən tanıyırıq. Bu sahə 2 istiqamətə bölünür: 2-D tanıma və 3-D tanıma tanıma. Onların hər birinin öz müsbət və mənfi cəhətləri vardır, həmçinin tətbiq sahəsindən asılıdır.

2-D aşkarlama biometriyanın ən statistik effektsiz üsullarından biridir. Çoxdan mövcuddur və əsasən də kriminalistikada istifadə olunub.

3-D tanıma üsulunun həyata keçirilməsi kifayət qədər mürəkkəb məsələdir. Buna baxmayaraq hal-hazırda sifətin 3-D tanıma üzrə çoxlu sayda üsullar mövcuddur. 3D şablonun alınmasında da bir kameradan istifadə edilir. Bazaya subyekti daxil edərkən subyekt başını çevirir və alqoritm şəkilləri birləşdirir və 3-D şablon alır.




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin