MÜLKİ AVİASİYA MÜƏSSİSƏLƏRİNİN MALİYYƏ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Mülki aviasiya müəssisələrinin istehsal təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün mənfəətin bölüşdürülməsi mühüm əhəmiyyətə malikdir.
Mənfəətin səmərəli bölüşdürülməsi sistemi aşağıdakı tələblərə cavab verməlidir:
istehsalın inkişafı üçün müəssisənin maddi maraq prinsipinin həyata keçirilməsində mənfəətin stimullaşdırıcı rolunun təmini;
xüsusi dövriyyə vəsaitlərinin yaradılması və əsaslı qoyuluşun maliyyələşdirilməsinin mühüm mənbəyi kimi mənfəətin istifadəsi;
dövlət büdcəsinə mənfəətdən ayırmalar metodu ilə istehsal fondlarından istifadənin səmərəlilik dərəcəsi arasında bir başa asılılığın müəyyənləşdirilməsi.
Mülki aviasiya müəssisəsinin mənfəəti birinci növbədə mənfəətdən büdcəyə verginin və başqa məcburi ödənişlərin köçürülməsi üçün istifadə edilir, ondan sonra qalan mənfəət xalis gəlir şəklində müəssisənin tam sərəncamına daxil olur.
Həmin məbləğdən plan üzrə itgilərin və xərclərin ödənilməsindən sonra iqtisadi həvəsləndirmə fondları yaradılır ki, bunlar da aşağıdakılardır:
istehlak fondu;
yığım fondu.
Mənfəətin yığıma və istehlaka bölünməsi müəssisənin inkişaf perspektivlərini müəyyən edir.
İstehlak fondu, mülki aviasiya müəssisələri işçilərinin maddi maraqlandırılmasına və onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına istifadə edilir. Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; və s. daxildir. İstehlak fondundan çəkilən xərclər qaytarılmır. Yığım fondu-istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması; digər əsaslı vəsait qoyuluşu üçün istifadə edilir. Eyni zamanda yığım fondu hesabına qaytarılmamaq şərtilə aşağıdakılar maliyyələşdirilir:
elmi-tədqiqat işlərinin yerinə yetirilməsi;
təbiəti mühafizə tədbirləri;
ixtisasın artırılması; ezamiyyət xərcləri; kredit üçün faizlər və s.;
qiymətli kağızların buraxılması üçün xərclər;
mənfəətin gizlədilməsinə görə cərimə sanksiyalarının ödənilməsi və s.
Yığım fondu birinci növbədə mərkəzləşdirilmiş əsaslı qoyuluşun və risk fondunun maliyyələşdirilməsi üçün sahə üzrə istehsalın mərkəzləşdirilmiş inkişaf fondunun yaradılması üçün, sonra isə müəssisə üzrə istehsalın inkişaf fondunun yaradılması üçün istifadə edilir.
Xalis mənfəətdən istehlak fonduna və yığım fonduna ayırmalar və onlardan istifadə qaydası müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir.
Mülki aviasiya müəssisələrində mənfəətin normativ bölüşdürülməsi sxem 1-də, gəlirin normativ bölüşdürülməsi isə sxem 2-də göstərilir.
İqtisadi göstəricilər sırasında rentabellik göstəricisi xüsusi yer tutur. Rentabellik sintetik göstərici olaraq özündə bir sıra göstəriciləri birləşdirir. Bu göstərici əsas və dövriyyə fondlarından istifadə, məsrəflərin səmərəliliyi və s. bu kimi vacib məsələlər barəsində təsəvvür yaradır.
İstehsalın rentabelliyi mülki aviasiya müəssisələri fəaliyyətinin mühüm keyfiyyət göstəricisidir.
Mülki aviasiya müəssisələrinin işinin rentabelliyi istismar mənfəətinin, istehsalın istismar xərclərinə bölünməsi kimi hesablanır;
Burada,
Пист - istismar mənfəəti, man;
Рист - istismar xərcləri, man.
Lakin bu göstərici müəssisənin işinin səmərəliliyini istənilən dərəcədə tam xarakterizə etmir, belə ki, yalnız işin, xidmətin və aviadaşımanın maya dəyərinə daxil olanların istifadə səviyyəsini səciyyələndirir.
Bu məqsədlə rentabelliyin səviyyəsi təyin edilir:
Burada,
Mbal - balans mənfəəti, man;
Фс - əsas istehsal fondlarının dəyəri, man.;
Фдв - dövriyyə vəsaitinin dəyəri, man.
Mülki aviasiya müəssisələrinin maliyyə vəziyyəti müəssisədə təşkil edilmiş istehsalın və işin səmərəliliyindən bir başa asılıdır.
Müəssisənin maliyyə vəziyyətinin mühüm əlamətləri aşağıdakılardır:
tədiyyə qabiliyyəti;
dövriyyə vəsaitinin vəziyyəti və istifadəsi;
mənfəət, rentabellik, gəlir, qazanc üzrə tapşırığın yerinə yetirilməsi;
maliyyə və hesablaşma intizamına riayət.
Əgər müəssisənin hesablaşma hesabında pul vəsaitinin sərbəst qalığı varsa, ödənişlər (büdcəyə, tədarükçülərə, banklara və s.) üzrə vaxtı keçmiş borcları yoxdursa, deməli, müəssisənin maliyyə vəziyyəti yaxşıdır.
Maliyyə vəziyyətinin yaxşılaşdırılması şərtlərindən biridə mənfəət üzrə planın yerinə yetirilməsi və təsdiq edilmiş tapşırıqlara müvafiq qazancın vaxtında daxil olmasıdır.
Maliyyə vəziyyətinin dayanıqlığının mühüm şərtlərindən biri də dövriyyə vəsaitindən daha səmərəli istifadə edilməsidir. Bundan başqa bank kreditlərindən məqsədli istifadə, öhdəliklər üzrə ödənişlərin vaxtında ödənilməsi də maliyyə vəziyyətinə təsir göstərir.
Maliyyə vəziyyətinin yaxşılaşdırılmasında ilk növbədə müəssisə kollektivi daha maraqlı olur, çünki gəlirliyin yüksəldilməsi və mənfəətin artımı iqtisadi həvəsləndirmə fondunun səviyyəsinə təsir göstərir və bu öz əksini istehsalın inkişafında tapır.
Müəssisənin maliyyə vəziyyətinə nəzarət və maliyyə vəziyyətinin təhlili - idarəetmənin, nəzarətin və uçotun mühüm funksiyasıdır.
Müəssisənin maliyyə vəziyyətinin və maliyyə resurslarının istifadəsinin təhlili üçün əsas mənbə kimi müəssisənin əsas istehsal fəaliyyəti üzrə mühasibat balansından istifadə edilir.
Həmçinin 1 ton yük daşınmasına düşən istismar xərclərinə qənaət təmin olunur.
Şəkil 1. Gəlirin normativ bölüşdürülməsi.
müəssisənin gəliri
sosial sığortaya ayırmalar
amortizasiya da daxil olmaqla maddi xərclər
bölüşdürülən gəlir
resurslara görə ödəniş
qısa müddətli kreditə görə, %
hesabi gəlir
dövlət büdcəsinə ayırmalar,
(o cümlədən yerli)
nazirliyə ayırmalar
təsərrüfat hesablı gəlir
müəssisə-nin maliyyə ehtiyatı
iqtisadi həvəsləndirmə fondu
sosial inkişaf fondu
istehsalın, elm və texnikanın inkişaf fondu
kollektivin vahid əmək haqqı fondu
Şəkil 2. Mənfəətin normativ bölüşdürülməsi.
Müəssisənin mənfəəti
amortizasiya da daxil olmaqla maddi xərclər
əmək haqqı fondu
balans mənfəəti
resurslara görə ödəniş
qısa müddətli kreditə görə, %
hesabi mənfəət
dövlət büdcəsinə, (o cümlədən yerli büdcəyə)
nazirliyə ayırmalar
qalıq (xalis) mənfəət
müəssisələrin maliyyə ehtiyatı
iqtisadi həvəsləndirmə fondu
kollektivin təsərrüfat hesablı gəliri
Dostları ilə paylaş: |