Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi



Yüklə 308,04 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.01.2022
ölçüsü308,04 Kb.
#2342
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI 

 

 

 

 

 

 

 

 

Müavinətlər 

Sosial yardımlar 

YADDAŞ 

 

 

 

 

 

 

 

Bakı-fevral 2014-ci il 




 



Azərbaycan Respublikasının 



Nazirlər Kabineti 

Qərar №113 

Bakı şəhəri, 13 iyul 2011-ci il 

 

«Məcburi  dövlət  sosial  sığortası  üzrə  ödəmələrin  və  əmək 



qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə  sığortaedənin  vəsaiti  hesabına 

ödənilən 

müavinətin 

 

hesablanması  və  ödənilməsi  haqqında 

Əsasnamə»nin  təsdiq  edilməsi  barədə»    Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  1998-ci  il  15  sentyabr  tarixli,  189  nömrəli 

qərarında dəyişikliklər edilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli 111 



nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  «2009-2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  sığorta-pensiya  sisteminin  inkişafına  dair  Dövlət 

Proqramı»nın  2.5-ci  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti Qərara alır: 

1.  Azərbaycan  Respublikasın  Nazirlər  Kabinetinin  1998-ci  il  15 

sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş  «Məcburi dövlət sosial 

sığortası  üzrə  ödəmələrin  və  əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə 

sığortaedənin  vəsaiti  hesabına  ödənilən  müavinətin    hesablanması  və 

ödənilməsi haqqında Əsasnamə»də müvafiq dəyişikliklər edilsin. 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

 

 

 

 


 



 

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin  və  əmək qabiliyyətini 

müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin 

təyin  edilməsinin  şərtləri  və  qaydaları  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Əsasnamə» ilə tənzimlənir. 

Bu Əsasnamənin  müvafiq bəndlərinə  uyğun olaraq  idarə,  müəssisə və 

təşkilatların  həmkarlar  ittifaqları  komitələri  işçilərin  məcburi  dövlət  sosial 

sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə,  hamiləlik  və  doğuma, 

uşaq  doğumuna  və  dəfn  üçün  müavinətlərin  düzgün  təyin  edilməsi  və 

hesablanmasına məsuliyyət daşıyırlar.  

Müavinətin  müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən  və ya 

təyin  edilməsinin  ləngidilməsindən  müəssisənin,  təşkilatın  həmkarlar  ittifaqı 

komitəsinə şikayət edilə bilər. 



 




Yüklə 308,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin