2
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Qərar №113
Bakı şəhəri, 13 iyul 2011-ci il
«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına
ödənilən
müavinətin
hesablanması və ödənilməsi haqqında
Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli 111
nömrəli sərəncamı ilə təsdiq edilmiş «2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı»nın 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti Qərara alır:
1. Azərbaycan Respublikasın Nazirlər Kabinetinin 1998-ci il 15
sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə
sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə»də müvafiq dəyişikliklər edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
3
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini
müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin
təyin edilməsinin şərtləri və qaydaları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Əsasnamə» ilə tənzimlənir.
Bu Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq idarə, müəssisə və
təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial
sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma,
uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və
hesablanmasına məsuliyyət daşıyırlar.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya
təyin edilməsinin ləngidilməsindən müəssisənin, təşkilatın həmkarlar ittifaqı
komitəsinə şikayət edilə bilər.