Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən
müavinətlərin almaq hüququ
15. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının
Qanunu müavinətlərin aylıq və birdəfəlik təyin olunması və verilməsinin
hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər
münasibətləri tənzimləyir.
«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu 7
fevral 2006-cı ildə təsdiq edilmişdir. 2013-cü il sentyabrın 1-dən müavinətlər
artırılmışdır (Fərman 29.08.2013-cü il).
Sosial müavinətlər alanlar sırasına əmək qabiliyyəti olmayan şəxslər:
1. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşlı
qadınlar və 67 yaşlı kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə
etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına
çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum
edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud
övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına
çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar
təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına
çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18
yaşından yuxarı əlil uşaqları.
Dostları ilə paylaş: |