Dövlət Sosial Müdafiə Fondu hesabına
ödənilən müavinətlərin almaq hüququ
1. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş
verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə
müəyyən edilən əmək pensiyaları;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
(qanunvericiliklə müəyyən edilmiş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
uşağın anadan olmasına görə birdəfəlik müavinət;
qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər
uşağa qulluqla əlaqədar müavinət;
dəfn üçün müavinət;
sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin
tam və ya qismən ödənişi;
işsizlik müavinəti
2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta
ödəmələrini almaq hüququ vardır.
Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi
dövlət
sosial
sığorta
fəaliyyəti
həyata
keçirilməyən
şəxslərin
(qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla), sosial sığorta
ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər
təyin edilərkən, sosial sığorta stacı kimi «Sosial sığorta haqqında»
Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın
xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti
dövrlərinin ümumi müddəti nəzərə alınır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və
hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta
5
stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal
həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola
bilməz.
3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial
sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün
müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə
görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti
itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin
sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər
üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə
görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk
14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq,
hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilir;
4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək
qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi
sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq
imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə
müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
5. İşləyən əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları
məhdud uşaqlara) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət,
əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud
təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə
verilir.
Əgər işləyən əlilin və sağlamlıq imkanları məhdud uşağın əmək
qabiliyyətinin müvəqqəti itirməsi əmək şikəstliyi və ya peşə xəstəliyi
6
nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək
şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və sağlamlıq
imkanlarının məhdudluğunu yenidən müəyyən edilənədək verilir.
İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa və sağlamlıq
imkanları məhdud uşaqlara) vərəm xəstəliyi ilə xəstələndikdə əmək
qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə
xəstələnmə nəticəsində əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının
məhdudluğu yenidən baxılanadək, lakin 12 aydan artıq olmamaq şərtilə
verilir.
6. Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin
müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə
müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur,
iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu
Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.
7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət
aşağıdakı miqdarda verilir:
Dostları ilə paylaş: |