Qazancın 80 faizi miqdarında:
- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stacı olan ata-
anasız yetim uşaqlara.
Qazancın 60 faizi miqdarında:
- 8 ilədək sosial sığorta stajı olan işçilərə.
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular
istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq
təminat xərcliyinin 100 faizi miqdarında verilir.
8. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı
sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət
sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti
nəzərə alınmaqla hesablanır.
9. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı
hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;
9
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət
sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş
vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə
sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü
yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək
qabiliyyətini müvəqqəti itirdikdə;
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən
başqa).
- əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq
etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə;
- işçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən
keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün;
- işçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə;
- "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa
əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən
hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi
halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi
dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə
arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab
olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı
(hadisəsi) baş verdikdə müavinət verilmir.
10. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi
toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrı lmamaqla təhsillə
əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti
itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra
işə başlamalı olduğu gündən verilir.
10
11. Hamiləliyə və doğuma görə müavinət 6 ay sosial sığorta stacı
olmaq şərti ilə bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə müavinətin hesablanmasında nəzərə alınan qazancın 100 faizi
miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.
12. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma
görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik
vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa
sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
13. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin
qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi
sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və
mükafatlar) başa düşülür.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi
aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən
asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik
qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki
son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş
günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən
əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş
gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək
qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş
minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini
müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Dostları ilə paylaş: |