Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi


 Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan



Yüklə 308,04 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.01.2022
ölçüsü308,04 Kb.
#2342
1   2   3   4   5   6   7   8
14. Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan 

Respublikası Prezidentinin Fərmanları ilə vaxtaşırı tənzimlənir: 

-  Uşaq  doğularkən  ailəyə  qanunvericilikdə  müəyyən  olunmuş 

məbləğdə  birdəfəlik  müavinət  90  manat  2013-ci  il  sentyabrın  1-dən  verilir 

(Fərman 29.08.2013-cü il). 




 

11 


Uşaq  doğmuş  ana  işləmədiyi  hallarda  və  ya  hər  hansı  bir  səbəbdən 

uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. 

İşləyən  valideynə  müavinət  onun  iş  yeri  üzrə  uçota  olduğu  Dövlət 

Sosial  Müdafiə Fondu orqanı tərəfindən, əgər hər  hansı bir səbəbdən uşağın 

valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi 

mərkəzləri  vasitəsilə  ödənilir.  Uşaq  doğuşuna  görə  birdəfəlik  müavinət, 

müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. 

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə 

verilir. 

Övladlığa  götürülmüş  uşaqlara  uşaq  doğulmasına  görə  birdəfəlik 

müavinət ümumi əsaslar üzrə verilir. 

Uşaq ölü doğulduqda müavinət verilmir. 

-  Uşağın  üç  yaşı  tamam  olanadək  ona  qulluq  etməkdən  ötrü  işləyən 

qadınlar qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər. 

Həmin  məzuniyyət  dövründə  uşağa  qulluq  edən  şəxsə  hər  uşaq  üç 

yaşına  çatanadək  qanunvericilikdə  müəyyən  olunmuş  məbləğdə,  bir  yaş 

yarımadək  -  30  manat,  bir  yaş  yarımdan  3  yaşadək  -  15  manat  miqdarında 

müavinət  2013-cü  ilin  sentyabr  ayının  1-dən  verilir  (Fərman  23.08.2013-cü 

il). 

Çernobıl  qəzası  nəticəsində  şüa  xəstəliyinə  tutulmuş,  bu  xəstəliyi 



keçirmiş,  habelə  əlil  olmuş  şəxslərə  uşağa  qulluq  üzrə  qismən  ödənişli 

məzuniyyət üçün müavinət  qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş 

müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. 

Uşağın  üç  yaşı  tamam  olanadək  ona  qulluq  edilməsinə  görə  haqqı 

qismən  ödənilən  məzuniyyət  qadına  hamiləliyə  və  doğuma  görə 

məzuniyyətin  başa  çatdığı  günün  sonrakı  günündən  başlayaraq  təqdim 

olunur.  Bu  zaman  həmin  məzuniyyət  qadına  onun  arzusuna  görə  tam  və  ya 

hissə-hissə təqdim oluna bilər. 

Əgər  qadın  uşağa  qulluq  edilməsinə  görə 

məzuniyyətin 

rəsmiləşdirilməsi  üçün  vaxtında  müraciət  etməmişdirsə,  onda  keçmiş  dövr 



 

12 


üçün  müavinət  müraciət  edildikdə  verilir  və  bu  zaman  müraciət  müddəti 

məhdudlaşdırılmır. 

Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət 

vaxtı  öz  arzusuna  görə  tam  olmayan  iş  vaxtı  ilə  və  yaxud  da  evdə  işləyirsə, 

habelə  istehsalatdan  ayrılmaqla  təhsilini  davam  edirsə,  bu  zaman  onların 

müavinət almaq hüququ saxlanılır. 

Müəyyən  olunmuş  qaydada  övladlığa  götürülmüş  uşaqlara  qulluq 

edilməsinə görə müavinət ümumi əsaslarla verilir. 

-  Sığortaolunan  vəfat  etdikdə    dəfn  üçün  müavinət  qanunvericilikdə 

müəyyən olunmuş qaydada 120 manat miqdarında 2013-cü il sentyabr ayının 

1-dən verilir (Fərman 29.08.2013-cü il). Pensiyaçı vəfat etdikdə isə dəfn üçün 

müavinət  Dövlət  Sosial  Müdafiə  Fondu  orqanları  tərəfindən  «Əmək 

pensiyaları  haqqında»  qanunun  42-ci  maddəsinə  əsasən  pensiyaçının  vəfatı 

tarixinə  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin  üç  misli  miqdarında 

ödənilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.  

Vəfat  etmiş  şəxs  eyni  zamanda  həm  sığortaolunan,  həm  də  əmək 

pensiyaçısı  olduqda,  dəfn  üçün  müavinətin  biri  –  məbləğcə  daha  böyüyü 

ödənilir. 




 

13 



Yüklə 308,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin