2.2. Birdəfəlik müavinətlər:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün
müavinət – 195 manat;
- uşağın anadan olmasına görə müavinət – 90 manat;
- dəfn üçün müavinət – 120 manat.
16. Ünvanlı sosial yardım almaq hüququ
Ünvanlı sosial yardım ailə üzvlərinin sayından asılı olaraq təyin olunur.
16
Sosial yardım təyin olunması üçün əsas şərtlər bunlardır:
- sosial yardım təyin olunarkən ailənin yalnız ölkə ərazisində yaşayan
və müraciətdən əvvəlki 1 il ərzində ailədə adambaşına orta aylıq gəlirləri
onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağıdır.
- ehtiyac meyarı ünvanlı sosial yardımın təyin olunması məqsədilə
istifadə olunacaq şərti göstəricidir və onun məbləği ildə bir dəfə dövlət
büdcəsilə birgə təsdiqlənir.
2014-cü il üçün ehtiyac meyarının həddi 2014-cü il yanvarın 1-dən 100
manat məbləğində müəyyən edilmişdir (Fərman 22.11.2013-cü il).