Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi


Qazancın 80 faizi miqdarında



Yüklə 308,04 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.01.2022
ölçüsü308,04 Kb.
#2342
1   2   3   4   5   6   7   8
Qazancın 80 faizi miqdarında:  

- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;  

 -  21  yaşına  çatmamış  və  5  ilədək  sosial  sığorta    stacı  olan  ata-

anasız yetim uşaqlara.  



Qazancın 60 faizi miqdarında:  

-   8 ilədək sosial sığorta stajı olan işçilərə.  

Hərbi  qulluqçulara  (müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçular 

istisna  olmaqla)  və  xüsusi  rütbəli  şəxslərə  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinə  görə  müavinət  sosial  sığorta  stajından  asılı  olmayaraq  aylıq 

təminat xərcliyinin 100 faizi miqdarında verilir.  

 

8.  Müavinətin  məbləği  təyin  edilərkən  sosial  sığorta  stajı 



sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət 

sosial  sığorta  haqqı  ödənilən  əmək  fəaliyyəti  dövrlərinin  ümumi  müddəti 

nəzərə alınmaqla hesablanır. 

9. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı 

hallarda verilmir: 

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;  




 

-  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı  şəxsin  məcburi  dövlət 



sosial  sığorta  haqqı  hesablanmayan  əmək  fəaliyyəti  dövründə  baş 

vermişdirsə; 

-  işdən  və  ya  başqa  vəzifədən  boyun  qaçırmaq  məqsədi  ilə 

sığortaolunan  qəsdən  öz  sağlamlığına  zərər  vurduqda  və  yaxud  özünü 

yalandan xəstə kimi qələmə verdikdə; 

-  törətdikləri  cinayət  zamanı  aldıqları  zədə  nəticəsində  əmək 

qabiliyyətini müvəqqəti itirdikdə; 

-  məhkəmənin  qərarı  ilə  məcburi  müalicə  zamanı  (ruhi  xəstələrdən 

başqa). 

-  əmək  haqqı  saxlanılmadan  məzuniyyətin  və  ya  uşağa  qulluq 

etməkdən  ötrü  məzuniyyət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinə görə;  

- işçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən 

keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün; 

- işçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə;  

-  "Sosial  sığorta  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən 

hesabat  təqdim  edilməyən  dövrdə  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi 

halı  baş  verdikdə,  müavinətin  verilməsi  hesabat  təqdim  edilən  tarixə  kimi 

dayandırılır.  Əgər  sığortaedən  hesabat  əvəzinə  fəaliyyətin  olmaması  barədə 

arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab 

olunur  və  bu  müddət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı 

(hadisəsi) baş verdikdə müavinət verilmir.  

10.  Müvəqqəti  olaraq  işin  dayandırıldığı  müddət  zamanı,  hərbi 

toplanışlar  və  ya  təhsil  müəssisələrində  istehsalatdan  ayrı lmamaqla  təhsillə 

əlaqədar  verilən  əlavə  məzuniyyət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra 

işə başlamalı olduğu gündən verilir. 




 

10 


11.  Hamiləliyə  və  doğuma  görə  müavinət  6  ay  sosial  sığorta  stacı 

olmaq  şərti  ilə  bütün  hallarda  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə 

görə  müavinətin  hesablanmasında  nəzərə  alınan  qazancın  100  faizi 

miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. 

12. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma 

görə  müavinət,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  verilmiş  xəstəlik 

vərəqəsinə  (əmək  qabiliyyətini  itirmək  vərəqəsi)  əsasən  təyin  edilir.  Başqa 

sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. 

13.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət  işçinin 

qazancından  hesablanır.  Əməyin  vaxtamuzd  və  işəmuzd  ödənilməsi 

sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və 

mükafatlar) başa düşülür.  

Müavinətin  məbləği  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi 

aydan  etibarən  əvvəlki  son  12  tam  təqvim  ayındakı  qazancın  məbləğindən 

asılı  olaraq  müəyyənləşdirilir.  Bu  zaman  bir  iş  gününə  düşən  orta  gündəlik 

qazanc  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi  aydan  etibarən  əvvəlki 

son  12  tam  təqvim  ayı  ərzində  əldə  etdiyi  qazancı  həmin  dövrdəki  iş 

günlərinin sayına bölməklə tapılır. 

 

Sığortaolunanın  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi  aydan  etibarən 



əvvəlki son 12 tam təqvim  ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir  iş 

gününə  düşən  orta  gündəlik  qazancı  müavinətin  hesablanması  əmək 

qabiliyyətini  müvəqqəti  itirdiyi  dövrdə  qanunvericiliklə  müəyyən  edilmiş 

minimum  aylıq  əməkhaqqının  qüvvədə  olan  məbləğinin  əmək  qabiliyyətini 

müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. 


Yüklə 308,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin