9. Müsəlman ailə və vərəsəlik hüququ
Fiqhdə ailə hüquq münasibətlərini nizamlayan hüquq normaları böyük bir qrupu
əhatə edir. Müsəlman hüququna əsasən daimi və müvəqqəti bağlanmasından asılı
olmayaraq, nikah bağlamaq üçün kişi və qadının razılığının olması ilə yanaşı
,kəbinkəsmə düsturu oxunmalı və nikah müqaviləsi bağlanmalıdır.Yaxın qohumlar
arasında nikahı qadağan edən müsəlman ailə hüququ hər bir müsəlmana müəyyən
şərtlərin gözlənilməsi ilə dörd arvad almağa icazə verir.Ümumiyyətlə ,nikahın
bağlanması üçün bir sıra şərtlərə əməl edilməlidir.Belə ki ,nikah zamanı kişi qadına
başlıq (məhr) verməlidir və başlığın miqdarı evlənən tərəflər ,onların
nümayəndələri tərəfindən müəyyən edilirMüsəlman kişilərə əhl-kitabla evlənməyə
icazə verilirsə də, müsəlman qadının belə hüququ yoxdur.Nikah mollanın iştirakı ilə
məsciddə və ya kişi tərəfin evində bağlanırdı.Evlənənlər yetkinlik yaşına çatmalı və
iddə içərisində olmamalı idi.Nikah bağlanan zaman iki nəfərdən ibarət kişi
cinsindən olan şahidlərin iştirak etməsi vacib sayılırdı.Şahidlərdənbiri şəhər
kişinin,digəri isə qadının tərəfində,onların razılığının olmasını təsdiq edirdilər.
Müvəqqəti nikah ,yəni siğə şəriətin ailə - nikah müqavilələrinin ən arxaik
formasıdır.Erkən islamiyyətdə mövcud olmuş bu nikah forması ,sonralar ortodoksal
sünnizm tərəfindən sıxışdırılmışdır.Çoxarvadlılıqvə müvəqqəti nikah – siğə digər
müsəlman ölkələrində olduğu kimi,Azərbaycanda da ,əsasən ,əhalinin imkanlı
təbəqələri arasında intişar tapmış, buna görə də geniş yayılmamışdı.Qadının öz
ərinin əlavə arvad almamasışərtilə öz məhrini yəni başlığını ərinə bağışladığı və ərin
də bu şərtə razı olduğu təqdirdə ,onun öz sözünün üstündə durması tələb edilirdi.
Müsəlman hüquqi doktrinasında hamı üçün eyni şəkildə müəyyən edilmiş nikah yaşı
dəqiqləşdirilməmişdi. Belə ki ,fiqh bir sıra hallarda nikah yaşını kişilər üçün 15
,qadınlar üçün isə 9 yaş müəyyən edir,digər hallarda şəxsin fizioloji amillərinin üzə
çıxmasına həll edici əhəmiyyətverirdi.Atalığın mübahisəli hallarının həlli qaziyə
həvalə edilirdi .
Müsəlman hüququ əsasında nikahın pozulması öz asanlığı və hər hansı
rəsmiyyətçiliyin olmaması ilə fərqlənir.Fiqhə görə boşanmanın bir neçə növündən
istifadə edilir. Bain və ya talaq bainadlanan boşanma birdəfəlik ,qəti boşanma
hesab edilir. Ricət qaydasında boşanma ər tərəfindən arvadını sonradan geri
qaytarmaq imkanını nəzərdə tutur.Boşanmanınxələ qaydası arvadın öz ərini
varidatla ələ almağa çalışmaqla ,özünə verilmiş azadlığın müqabilində ərini maddi
cəhətdən mükafatlandırılmasını nəzərdə tutur. Əlçəkmə ilə boşanma,yəni
Dostları ilə paylaş: |