Almaniyanın 1939- cu ilin sentyabrın 1-də polşaya hücum etməsindən sonra polşanın ərazisi qısa müddətdə işğal olundu. Polşa hökuməti ölkəni tərk etməyə məcbur oldu. Bundan sonra Almaniya SSRİ ilə 1939-cu il sentyabrın 28-də dostluq və sərhədlər haqqında müqavilə imzaladı. Müqaviləyə görə Polşanın bölüşdürülməsi rəsmiləşdirildi, Polşa SSRİ qərbi Polşa isə Almaniyanın nüfuz dairələrinə bölündü.
Almaniya 1940-cı ildə Fransanı 1941-ci ilin yazında isə Yuqoslaviya və Yunanistani işğal etdikdən sonra SSRI-yə qarşı “Barbarossa” planını hazırladı. İldırımsürətli müharibə strategiyasına əsaslanan “Barbarosaa” planına görə 1941-ci ilin payızına kimi SSRİ işğal olunmalı idi. Plana uyğun olaraq 1941-ci il iyunun 22-də 5.5 milyon alman, fin, macar, italyan əsgəri böyük hərbi texnika ilə Leninqrad və Moskva isdiqamətində irəlilədi.
Azərbaycanın müharibəyə daxil olması
Almanlar Ukrayna və Belarusiyanı tutub, Leninqradı mühasirəyə alaraq Moskvaya yaxınlaşdı. 1941-ci ilin dekabrında SSRİ əks-hücuma keçərək almanları məğlub etdi, “Barbarossa” planı iflasa uğradı. Hitlerin tələbinə görə Almaniyanın 1-ci tank ordusu 1942-ci il 25 sentyabrda bakını zəbt etməli idi. Lakin SSRİ 1942-ci il sentyabrın 9-da cənubi qafqazda hərbi vəziyyət elan etdi, Bakı ətrafında müdafiə istehkamları quruldu.
1942-ci ilin əvvəlləri faşist blokunun zirvə nöqtəsi oldu. Lakin müttəfiqlərin səyi nəticəsində1942-ci ilin sonlarından faşist bloku öz üstünlüyünü itirməyə başladı və tədricə antihitler koalisiyası yaranmağa başladı. 1943-cü ilin yayında ən böyük tank döyüşü kursk döyüşü baş verdi döyüşdə sovet ordusu qalib gəldi, almanların seçmə diviziyaları məhv edildi, sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı
Almaniyanın təslim olması
1944-cü ildə ikinci cəbhə açıldıqdan sonra Almaniya şərq və qərb cəbhəsində müharibə aparmalı oldu.1944-cü ilin sonlarında Almaniyanın sərhədləri önündə dayanan müttəfiq qoşunları 1945-ci ilin fevralında onun ərazisinə daxil oldular. 1945-ci ilin aprelin 30-da sovet ordusu Berlin şəhərində reyxstaqın üzərinə qələbə bayrağını sancdı. 1945-ci ilin mayın 8 9-da Almaniya təslim aktını imzaladı və beləliklə Avropada müharibə sona çatdı.
Müharibənin başa çatması
1945-ci ildə Almaniya təslim olduqdan sonra ABŞ, SSRİ, Çin Yaponiyadan təslim olmasını tələb etdi, lakin Yaponiya təslim olmaq tələbini rədd etdi.Bundan isdifadə edən ABŞ 1945-ci il avqustun 6-da Hirosima, 1945-ci il avqustun 9-da isə Naqasaki şəhərinə atom bombaları atdı. 1945-ci il avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etdi və Macuriya sərhədindən hücuma keçdi 1945-ci il sentyabrın 2-də Yaponiya təslim oldu beləliklə, İkinci Dünya müharibəsi başa çatdı.