növlərinin, eyni zamanda piylənmənin yaranmasına
səbəb olan faktorlardandır və normal yuxunun
müddəti insanlarda müxtəlif ola bilər.
1
Yuxu-
suzluğun bir növü də stress və depressiyaya bağlı
olan psixoloji problemlərdir.
Belə insanlarda
vaxtından əvvəl yuxudan oyanma halları müşahidə
edilir. Ona görə də depressiya və stressə səbəb
olan vəziyyətin müalicəsi yuxu probleminin də
aradan qaldırılmasına kömək edə bilər.
STRESS VƏ çƏKİ PROBLEMİ
Stressli vəziyyətdə tez-tez ifraz olunan kortizon
hormonu yağ və
karbohidrat metabolizmini və
qanda şəkərin səviyyəsini tənzimləyir. Bir insanda
hormonun miqdarı artıqdırsa, o daha çox qida
qəbul edir və daha az kalori itirir. Bu vəziyyət isə
piylənmə ilə nəticələnir. Bəzən stress və qayğı
insanların çəki itirməsinə də səbəb olur. Bu zaman
qandakı adrenalinin miqdarı artır və metabolizm
sürətlənir. Tez-tez
müşahidə olunan soyuq-
dəymələrin də səbəbi stress ola bilər. O, iltihabı
artıra bilən kortizonun yaranmasına səbəb olur.
Bununla bərabər həmin insan xroniki stress
yaşayırsa, immun sistemi zəifləyir və infeksiyaya
yoluxma riskini artırır. Zəif immun sistemi üçün
soyuq hava ciddi təhlükə mənbəyi sayıla bilər.
Ona görə də tez-tez xəstələnən insanlar stressdən
qorunmağa səy göstərməlidirlər.
Stressin göstəriciləri 4 qrupa bölünür:
1. Emosional göstəricilər;
2. Düşüncə göstəriciləri;
3. Davranış göstəriciləri;
4. Fiziki göstəricilər (İsmayılov, 1989).
Bu göstəricilərdən bir neçəsini eyni zamanda
yaşamaq da mümkündür.
Stressin emosional
göstəricilərinə insanın qayğı və sıxıntı hissi,
qorxması, özünü dəyərsiz, güvənsiz, tərk edilmiş
hiss etməsi, davamlı əsəbi olması və tez utanması
daxildir. Stressin davranış göstəricilərinə
danışarkən kəkələmək və ya digər nitq problemləri,
uca səslə gülmək və əsəbi bir səs tonuyla danışmaq,
səbəbsiz ağlamaq, baş verən hadisələrin nəticəsini
düşünmədən hərəkət etmək aid edilir. Stressin
fiziki göstəricilərinə insanın əllərinin və ya bədə-
ninin həddən çox tərləməsi, ürək döyüntüsünün
artması-taxikardiya, bədənin titrəməsi, boğaz və
ağızda quruluq, tez yorulmaq, normadan az və ya
çox yatmaq, baş ağrısı, iştahın azalması və ya çox
qida qəbulu, eləcə də tez-tez xəstələnmək daxildir.
Stressin düşüncə göstəriciləri dedikdə isə insanın
özünə, gələcəyə olan inamsızlığı, unutqanlığı,
beyinin davamlı olaraq bir şeylə dolu olması, tez-
tez xəyal qurması və
diqqətini bir yerə toplaya
bilməməsi başa düşülür.
Dostları ilə paylaş: