Azərbaycan məktəbi
| Azerbaijan Journal of Educational Studies |
2021. №1
124
http://as-journal.edu.az
STRESSİN TƏLİM PROSESİNƏ TƏSİRLƏRİ
VƏ ONUNLA MÜBARİZƏ TƏDBİRLƏRİ
AYSUN SÜLEYMANOVA
Naxçıvan
Dövlət Universiteti, İnsan və heyvan fiziologiyası üzrə magistr.
E-mail: aysunsuleymanova50@gmail.com
https://orcid.org/0000-0002-9836-3808
Məqalədə bütün sahələrdə, o cümlədən təlim prosesində rast gəlinən
stress, onun növləri, insan sağlamlığına təsirləri, yaratdığı xəstəliklər
və onlarla mübarizə üsullarından bəhs edilir. Qeyd olunur ki, məktəb
təkcə ümumi inkişaf proseslərini stimullaşdırmır, bəzən artan gər-
ginliklər mənbəyinə də çevrilir. Davamlı gərginlikdə olan orqanizmdə
stress hormonu artır
və bunun nəticəsində öyrənmə, məntiqi və
yaradıcı düşünmə qabiliyyəti azalır. Aşağı qiymət almaq, sinif (qrup)
yoldaşlarından geri qalmaq və təlim nailiyyətlərinin zəif olması və ya
heç olmaması səbəbindən valideyn qarşısında cavabvermə qorxusu
zehni gərginliyə səbəb olur. Ona görə də gərginlik yarada biləcək situ-
asiyalarda ehtiyatlı olmaq, stress yaratmağın
onu yaşamaq qədər
təhlükəli olduğunu bilmək lazımdır.
Açar sözlər:
Stress, xəstəlik, orqanizm, miqren.
Məqaləyə istinad:
Süleymanova A. (2021). Stressin
təlim prosesinə
təsirləri və onunla
mübarizə tədbirləri.
Azərbaycan
məktəbi.
№ 1 (694), səh. 124–130
Məqalə tarixçəsi
Göndərilib: 10.04.2021
Qəbul edilib: 22.04.2021
ANNOTASİYA
125
http://as-journal.edu.az
Azərbaycan məktəbi
| Azerbaijan Journal of Educational Studies |
2021. №1
THE EFFEcTS OF STRESS ON THE