Azərbaycan məktəbi


TƏLİM PROSESİNDƏ STRESS YARADAN



Yüklə 80,57 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.12.2023
ölçüsü80,57 Kb.
#177690
1   2   3   4   5   6   7
Stressin Tlim Prosesin Tsirlri v On

TƏLİM PROSESİNDƏ STRESS YARADAN 
AMİLLƏR 
Ümumi təhsil pilləsində məktəb təkcə ümumi
inkişaf proseslərini stimullaşdırmır, bəzən artan
gərginliklər mənbəyinə də çevrilə bilir. Davamlı
gərginlikdə olan orqanizmdə stress hormonu artır
və bunun nəticəsində öyrənmə, məntiqi və yaradıcı
düşünmə qabiliyyəti azalır. Aşağı qiymət almaq,
sinif yoldaşlarından geri qalmaq və təlim nailiy-
yətlərinin zəif olması və ya heç olmaması səbə-
bindən valideyn qarşısında cavabvermə qorxusu
uşaqda zehni gərginliyə səbəb olur. Stressin ilkin
səbəbi şagirdin hansısa mövzunu zəif bilməsi və
ya ləng qavraması ilə başlayır. Əslində, düzgün
yanaşma və ciddi çalışmaqla bu problemi həll
etmək olar. Lakin bununla belə, aşağıdakı amillər
stressin güclənməsinə və xroniki hal almasına
səbəb olur:
1. Qeyri-sağlam ailə mühiti. Bəzən valideynlər
uşağın problemləri ilə maraqlanmadan onlardan
yüksək qiymət tələb edirlər.
2. Müəllimlərin şagirdlərə fərdi yanaşmamaları.
Bu məsələdə müəllim-şagird münasibəti çox
önəmlidir. Müəllim şagirdə fərdi yanaşmadıqda,
zəif oxuyan uşağa dəstək göstərmədikdə onda
inamsızlıq, laqeydlik hisləri yaranır.
3. Ali məktəbə daxil ola bilməmə qorxusu.
Stress yaradan amillərdən biri də tam orta təhsil
səviyyəsində oxuyan şagirdlərin ali məktəbə
hazırlıq prosesində yaranan hansısa uyğunsuzluq
və buna qarşı onun verdiyi cavab reaksiyasıdır.
Bəzən neqativ motivasiya formaları uşaqlarda
stressi artırır.
4. Təlimdə yoldaşlarından geri qalmaq qorxusu.
Aysun Süleymanova
128
Azərbaycan məktəbi. 2021. №1
------------------------------------------------------------------------------------------------------------------------
1
https://www.cnnturk.com/saglik/uyku-probleminin-en-
onemli-nedeni-stres-ve-kaygi


Ali təhsil pilləsində isə ən böyük sıxıntı tədris
ilinin başlanğıcı və təhsil müəssisəsinin dəyişilməsi
ilə bağlıdır. Ali məktəblərdə təhsilalanların gündəlik
həyatında qarşılarına çıxan problemlər (tapşı-
rıqların çox olması, müəllim-tələbə münasibətinin
düzgün qurulmaması, qidalanmanın vaxtında və
keyfiyyətli olmaması, rayon uşaqlarının öz evlə-
rindən ayrı düşməsi və s.) onların sağlamlığına
ciddi təsir göstərir. Əvvəlcə sinir və immunitet
sistemi, sonra əzələ gərginliyi səbəbindən qan
dövranı pozulur. Belə şəraitdə zehni iş görmək
mümkün olmur, nəticədə qiymətlər aşağı düşür,
tələbənin psixikası daha da sıxılır, qiymətlən-
dirmələr stressə səbəb olur. Stressə səbəb olan
amillərin siyahısına aşağıdakıları da əlavə etmək
olar:
• 
Təlimlə əlaqəli vəziyyətlər: qiymətləndirmə,
bilik testləri;
• 
Həmyaşıdlarla münasibətdə problemlər;
• 
Zəif nəticəyə görə valideynlərin rəftarı;
• 
Öyrədən-öyrənən münasibətlərində neqativ
meyillər.
Qeyd olunan məsələlərlə bağlı yaranan stress
mənimsəmə qabiliyyətini aşağı salır. Bu prosesin
uzun müddət davam etməsi ciddi sağlamlıq
problemlərinə zəmin yaradır. Ona görə də
müəllimlər stressin yaratdığı neqativ hallar barədə
şagirdlərlə (tələbələrlə) tərbiyəvi məzmunda
söhbətlər aparmalıdır.
NƏTİcƏ
Stresslə mübarizə üçün ən vacib addım insanın
öz daxilində stress yaradan səbəbləri tapması və
öz stressini idarə edə bilməsidir. Məsələn, yüksək
səs bəzi insanlar üçün stress səbəbi ola bilər.
Bunun fərqində olan şəxs yüksək səsli mühitlərdən
uzaq duraraq stressin təsirini minimuma endirə
bilər. İnsanlar, əsasən, stressdə olarkən problemi
həll etmək əvəzinə, özlərini daha çox stressə
salaraq bu vəziyyətin nə qədər ağır olduğunu,
asanlıqla düzəlməyəcəyini düşünürlər. Bu da
onların özünü çarəsiz hiss etməsinə səbəb ola
bilir. Hər hansı bir hadisəyə baxış tərzi insanın
duyğu və düşüncələrini müəyyən edir. Bəzi insanlar
düşüncə ilə bağlı çox səhvlərə yol verirlər. Məsələn,
əvvəllər baş vermiş bir hadisəyə əsaslanaraq
qarşısındakı insanların onun haqqında nə düşün-
düyü ilə bağlı fikirlər irəli sürür və öz xoşbəxtliyini
digər insanların davranışlarına bağlı olduğunu
fikirləşirlər. Əslində, insan enerjisini başqalarını
deyil, özünü dəyişdirməyə sərf etsə, qısa müddətdə
yaxşı nəticə əldə edə bilər. 
Stresslə mübarizə aparmaq üçün əvvəlcə onun
hansı səbəblərdən yarandığı və o vəziyyətdə
yaşanılan hislər, verilən reaksiyalar analiz edil-
məlidir. Daha sonra şəxsin bu vəziyyəti dəyişmək
üçün nələr edəcəyini düşünməsi problemin
həllində ilk addım ola bilər. Həyatın stresslə
yaşanacaq vəziyyətə gəlməsi üçün əvvəlcə hər
insan özünü başa düşməli, dəyişə biləcəyi hər
şey üçün mübarizə aparmalı, dəyişə bilməyəcəkləri
üçün isə səbir etməyi öyrənməlidir. Bu iki mühüm
faktoru ayırd edə bilmək üçün isə sağlam düşüncə
əsas şərtdir. Stressin miqdarını azaltmaq üçün
aşağıdakı tədbirlərin görülməsi məsləhətdir: 
• 
Özünü narahat hiss etdikdə həmin mühitdən
uzaqlaşmaq;
• 
Gündəlik işləri əvvəlcədən planlaşdırmaq;
• 
Hər mövzuda daha vacib məsələləri mümkün
qədər ön planda tutmaq;
• 
Yuxusuzluq, yorğunluq, iştahsızlıq, çarəsizlik
kimi problemlər yarandıqda psixoloqdan dəstək
almaq; 
• 
Sağlam orqanizm üçün düzgün qidalanmaq; 
• 
Keçmişdə öhdəsindən gəlinmiş hadisələri
xatırlamaq və beləliklə özünə inamı və cəsarəti
artırmaq; 
• 
Davamlı idmanla məşğul olaraq daha sağlam
və güclü qalmağa çalışmaq;
• 
Güclü hiss etmək üçün sosial çevrəni aktiv
tutmaq, yaxşı ünsiyyət qurulan insanlarla vaxt
keçirmək;
• 
Hər zaman özünün və başqalarının haqqını
qorumağı və yeri gələndə yox deməyi bacarmaq; 
• 
Hər zaman bir şeyin daha yaxşısının və daha
pisinin ola biləcəyini xatırlamaq;
• 
Sirləri yalnız dostlar və güvənilən insanlarla
paylaşmaq;
• 
Neqativliklərdən uzaq olmaq.
İfadə edilən stress xəstəlikləri və onlarla
mübarizə yollarını ümumiləşdirdikdə, mütəmadi
olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq,
neqativ düşüncələrdən uzaqlaşmaq, xoş vaxt
keçirmək sağlamlığa və gündəlik həyatda müsbət
emosiyaya səbəb olur.

Yüklə 80,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin