-tormoz pedalı;
-ötürmə qutusunun lingi;
-dönmə göstəricisini qoşub-ayıran düymə;
-səs siqnalı düyməsi;
-əl tormozu lingi.
Sürücünün hərəkət etmə sahəsi hüdudunda müxtəlif rahatlıq zonaların olmasını
nəzərə alaraq, sabit istifadə edilən orqanlar optimal işçi zonada (1), epizodik istifa-
də edilən orqanlar normal (2) və təsadüfi istifadə edilən orqanlar isə maksimal
zonalarda (3) yerləşdirilir. Qeyd olunanları aşağıdakı şəkildən aydın görmək olar.
İdarəetmə orqanlarının yerləşmə zonaları
Sükan çarxı
Sükan çarxının
vəzifəsi sükan valı, sükan ötürməsi və sükan intiqalı vasitəsilə
avtomobilin hərəkət istiqamətini dəyişməkdir. Sükan çarxına qoyulan erqonomik
tələblər aşağıdakılardan ibarətdir:
-döndərmə zamanı bir əl ilə təsir qüvvəsi 30-50N, iki əl ilə təsir qüvvəsi isə
100-110N-dan çox olmamalıdır;
-onun bucaq sürəti avtomobilin ixtiyari sürətində etibarlı idarə etməni təmin
etməlidir.
Dostları ilə paylaş: