Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


I faza – bu faza  ilkin



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
NVT və ATE- mühazirə (əsas)

I faza
– bu faza 
ilkin
faza adlanır və hadisənin sürücü üçün təhlükə yarandığı 
andan NV-nin bir-birilə və ya maneə ilə kontakta girdiyi ana gədər olan dövrü 
əhatə edir. Bu faza ərzində sürücü hadisənin qarşını almaq və ya onun fəsadlarını 
azaltmaq üçün tədbir görə bilir (yəni bu faza ərzində sürücü hadisənin qarşısını 
almaq üçün aktiv tədbirlər görmək imkanına hələ malikdir). Bu fazada NV-nin 
aktiv təhlükəsizliyi elementləri fəaliyyət göstərir. 
II faza
– bu faza 
kulminasiya
fazası adlanır və NV-nin bir-birilə (və ya maneə 
ilə) kontakta girdiyi andan bir-birindən (və ya maneədən) ayrıldığı ana gədər olan
dövrü əhatə edir. Bu faza ərzində NV-nin passiv təhlükəsizliyi elementləri fəaliy- 
yət göstərir. Bu dövr ərzində sürücü artıq hadisənin qarşısının alınması ilə əla-
qədar heç bir tədbir görə bilmir. 
III faza
– bu faza 
son
faza adlanır və NV-ləri bir-birindən (və ya maneədən) 
ayrıldığı andan tam dayandığı ana gədər olan dövrü əhatə edir. Bu faza ərzində 
NV-nin gəzadansonrakı təhlükəsizlik elementləri öz fəaliyyətini göstərir. Bu dövr 
ərzində də sürücü hadisənin fəsadlarının qarşısının alınmasında acizdir. 
Qeyd etmək lazımdır ki, bəzən aktiv təhlükəsizlik elementləri YNH-nin yalnız I 
fazasında deyil, həmdə II fazasında da rol oynayır. Belə ki, sürücü tormozlamaqla 
hadisənin qarşısını ala bilməsə belə, sürəti azaltmaqla baş verə biləcək fəsadların 
ağırlıq dərəcəsini kiçildə bilir. 
Yoxlama sualları

1.Müasir zamanda nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyi element- 
ləri neçə və hansı növlərə bölünürlər? 
2.YNH-si neçə və hansı fazalardan ibarətdir? 
3.Aktiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında 
fəaliyyət göstərir? 
4.Passiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında 
fəaliyyət göstərir? 
9. 


5.Gözadansonrakı təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı 
fazasında fəaliyyət göstərir? 
6.Ekoloji və qaçıeılmağa qarşı təhlükəsizlik nəyə xidmət edirlər?

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin