MULTİKULTURALİZM-AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SİYASƏTİ KİMİ
Multikulturalizm siyasi ideologiyanın vacib hissəsi olaraq etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlib. Azərbaycanın sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri də, ölkəmizdə ardıcıl həyata keçirilən multikulturalizm siyasətidir. Ölkəmizdə mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən bu siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycanda etnik zəmində tolerantlığın və multikulturalizmin bərqərar olması, azərbaycanlıların milli xüsusiyyətlərindən irəli gəlir. Bu gün də Azərbaycanda multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, vacib məsələ kimi qarşıya qoyulur. Bunun nəticəsidir ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib