Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Amerikan modelində Direktorlar Şurası



Yüklə 1,45 Mb.
səhifə41/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   37   38   39   40   41   42   43   44   ...   104
6.4. Amerikan modelində Direktorlar Şurası

ABŞ-da müstəqil direktorlar şuralarda sayca çoxluq təşkil edir. Adətən on iki nəfərlik şurada doqquz müstəqil direktor olur. Şirkətlərin əksəriyyətinin baş müdiri həm də onun sədri vəzifəsini icra edir və adətən, o, şuranın üzvü olur. Amerika qanunvericiliyi icraçılıq və rəhbərlik funksiyalarının diferensiasiyasından imtina edərək, şura üzvləri arasında da vəzifə bölgüsünü aparmır. Həm icraçı və həm də qeyri-icraçı direk­tor­ların hamısı bir şura üzvü kimi korporasiya və onun səhmdarlarının etimadlı şəxsi sifətində fəaliyyət gös­tərirlər. Etimadlı şəxsin məsuliyyəti konsepsiyası şirkətin səhmdarları tərəfindən ona həvalə edilən öhdəliklərin hökmən şərtsiz icrası məfkurəsinə əsaslanır. Səhmdarların göstərdiyi etimad belə şəxsin məsuliyyətini adi işgüzar davranış standartlarından xeyli kənara çıxarır. Korporasiyanın direktorları öz səhmdarlarının etimadlı şəxsi kimi adi işgüzar münasibətlərdə normal sayılan hərəkətlərə görə məsuliyyətə cəlb oluna bilər. Məsələn, başqa şirkətin aktivlərini satın alan korporasiya direktoru onların dəyərinin gözlənilən artımı barədə satıcını məlumatlandırmağa heç də borclu deyil. Direktoru olduğu korporasiyanın aktivlərini aldıqda isə, belə məlumatı aşkarlamalıdır. Əgər o bunu etməsə, öz səhmdarlarının etimadlı şəxsi kimi vəzifə borcunu yerinə yetirməmiş olur. O, bu hərəkətinin səbəblərinin və niyyətlərinin xarakterindən asılı olmayaraq məsuliyyətə cəlb oluna bilər.


Qanuna görə korporasiya direktorları səhmdarlarının işləri üzrə etimadlı bir şəxs kimi onların maraqlarına namus və vicdanla xidmət etməlidir. Bu o deməkdir ki, şura üzvləri öz funksiyalarını korporasiyanın maraqlarına daha məqsədəuyğun hesab etdikləri şəkildə icra etməlidir. Bu zaman onlar, belə vəziyyətdə adi uzaqgörən adamın ehtiyatlandığı dərəcədə ehtiyat göstərirlər. Sağlam düşüncədən doğan ehtiyatlılıq ideyası ilk baxışdan göründüyü kimi heç də qeyri-müəyyən deyil, o direktorlar şurasının fəaliyyət şərtləri ilə “davamlılıq” sınağını keçir. Bu ideya direktoru öz vəzifəsinin icrası prosesində kifayət həcmdə məlumatdan istifadə etməyə, həmin məlumatı tənqidi öyrənməyə, daha sonra belə şəraitdə ehtiyatlı və uzaqgörən adi adamın edəcəyi əməllər çərçivəsində fəaliyyət göstərməyə vadar edir. Məsuliyyət hissi, korporasiyaya sədaqət direktorları yalnız şirkətin və onun səhmdarlarının maraqları dairəsində öz vəzifələrini icra etməyə vadar edir. Bu xüsusilə də, direktorun vəzifəsindən sui-istifadə edərək öz şəxsi məqsədlərini güdə biləcəyi sövdələşmələrə aiddir. Əgər bu və ya digər sazişdə belə hal gözlənilirsə, direktor qərar qəbul edən şəxslərə maraqların potensial konflikti barədə xəbərdarlıq etməlidir, bu əməliyyatın hazırlanması və aparılmasından imtina etməlidir. Bundan əlavə, maraqların konflikti barədə xəbərdarlıq və direktorun əməliyyatdan imtinası faktının özü hələ kifayət deyildir: əgər hər hansı sövdələşmə baş tutubsa, o korporasiyaya münasibətdə vicdanlı olmalıdır və onun vicdanlılıq dərəcəsi diqqətli və tənqidi araşdırma obyekti olmalıdır.
Direktorlar tərəfindən bu öhdəliklərin yerinə yetirilməməsi onların qanun üzrə məsuliyyətə cəlb edilməsinə gətirib çıxarır. Direktorlara səhmdarların etimadlı şəxsi kimi öhdəliklərinin pozulmasına gətirib çıxaran əməllər üçün öz mövqelərindən istifadə etmək qadağan olunur. Amerika məhkəmələrində tez-tez korporasiya direktorlarının mənşələrini özləri də izah edə bilmədikləri, qeyri-qanuni və səhmdarları qarşısındakı öhdəliklərə zidd alınmış gəlirləri araşdırılır. Qanun məlumatın məxfiliyini mühafizə edir: korporasiyadaxili məlumata əsaslanan sövdələşmələr qadağandır, onların icrası isə məhkəmə icraatının yüksək dərəcəli ixtisaslaşmış və səmərəli sistemi, daxili normalar və inzibati qurumlar tərəfindən cinayət məsuliyyətinə cəlb edilməklə nəticələnir. Açıq tipli korporasiyalardakı daxili məlumatın kənara verilməsi üzrə ciddi və müxtəlif tələblər və eyni zamanda kollektiv iddia və ya direktorların məhkəməyə cəlb edilməsi tədbirləri səhmdarların maraqlarının səhlənkarlıq və saxtakarlıqdan müdafiəsinin səmərəli alətidir.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin