Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 13.1. Korporativ vergi menecmentinin funksiyaları



Yüklə 1,45 Mb.
səhifə84/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   80   81   82   83   84   85   86   87   ...   104
Bakı – 2021
13.1. Korporativ vergi menecmentinin funksiyaları
Korporativ vergi menecmenti müəssisə və təş­ki­lat­larda vergilərin ödənilməsi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı dövlət orqanları ilə maliyyə və vergi münasibət­ləri­nin idarə edilməsi zamanı ortaya çıxan problemlərin həl­li­nə xidmət edir. O, müəssisənin ümumi menecment siste­mi­nin ayrılmaz tərkib hissəsidir.
Müəssisənin fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin sayı artdıqca vergi öhdəliyi ilə bağlı problemlərin həlli də daha mürəkkəb və məsuliyyətli olur. Müəssisənin maliyyə fəaliyyətinin bu cəhətinin kifayət qədər nəzərə alınmaması vergilərin hesablanması zamanı yol verilən səhvlər müəssisənin iflasa uğraması və ləğv edilməsinə belə səbəb olan ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.
Korporativ vergi menecmentinin öyrənmə obyekti müəssisə səviyyəsində pul kütləsinin hərəkətinin məcburi və əvəzsiz səkildə vergitutma subyektlərindən dövlət büdcəsinə təşkili zamanı yaranan münasibətlər sistemidir.
Müəssisənin ümumi menecmentinin tərkib hissəsi kimi korporativ vergi menecmenti aşağıdakı əsas idarəetmə funksiyalarını yerinə yetirməlidir:

Korporativ vergi planlaşdırması müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin zəruri tərkib hissəsidir. O, qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən və üsullardan istifadə etməklə vergi öhdəliklərinin azaldılmasına yönəldilmiş fəaliyyətdir. Bu fəaliyyət həyata keçirilərkən vergi ödəyicisinin əsas məqsədi dövlətin fiskal sisteminə qarşı durmaq deyil, sonradan iqtisadi fəaliyyətdə istifadə etmək üçün öz aktivlərini səfərbər etməkdir.
Ümumi halda vergi tənzimlənməsi dedikdə vergi planlarının reallaşdırılması üsullarının işlənib hazırlanması, zəruri hallarda yeni vergi rejimlərinin formalaşdırılaraq tətbiq edilməsi prosesi başa düşülür.
Korporativ vergi menecmenti səviyyəsində idarəetmənin bu funksiyasını faktiki olaraq ayrıca qeyd etmirlər. Çünki nəzərdə tutulur ki, bu funksiya qismən həm vergi planlaşdırması çərçivəsində, həm müəssisədə vergitutmanın idarə edilməsinin təşkili çərçivəsində, həm də daxili vergi nəzarəti çərçivəsində yerinə yetirilir.
Sistemli yanaşma nöqtey-nəzərindən korporativ vergi menecmentinin təşkili strukturunun artıq qərarlaşmış tabeçilik münasibətləri kimi formal olaraq əks etdirilməsindən daha geniş anlayışdır. Sözün geniş mənasında təşkili idarəetmənin problemlərinin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bütün imakanlardan istifadə edilməsini təmin edən xüsusi olaraq yaradılmış mexanizmlərin köməyi ilə həll edilməsi kimi başa düşmək lazımdır.
Motivasiyanın dövlət vergi menecmenti səviyyəsində həyata keçirildiyini nəzərdə tutaraq onu çox vaxt müstəqil bir funksiya kimi ayırmırlar. İdarəetmənin ümumi nəzəriyyəsi nöqteyi-nəzərindən motivasiya dedikdə idarəetmə sisteminin qarşısında duran vəzifələrin müvəffəqiyyətlə həll edilməsi üçün insanlara məqsədyönlü təsir göstərmək imkanı başa düşülür.
Korporativ vergi menecmenti sistemində motivasiya funksiyasına əsas funksiyalardan biri kimi baxılmalıdır, çünki bəzən insanın və kollektivin şəxsi maraqları və məqsədləri təşkilatın ümumi məqsədləri ilə üst-üstə düşməyə bilər. Burada da motivasiyanın aşağıdakı məlum üsullarından çıxış etmək lazımdır:

  • məcbur etmə;

  • stimullaşdırma;

  • məcburiyyət və stimullaşdırmaq kombina­siyası.

Korporativ vergi menecmenti sistemində vergi nəzarəti mühüm yer tutur. Müəssisənin həcmindən, onun təşkilati hüquqi xüsusiyyətlərindən və s. asilı olaraq onun həyata keçirilməsi yolları, formaları və üsulları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Ancaq korporativ (daxili) vergi nəzarətinin əsasını idarəetmənin bu mühüm funksiyasının reallaşdırılmasının ümumi prinsipləri təşkil etməlidir. İdarəetmə nəzəriyyəsi nöqteyi-nəzərindən nəzarət aşağıdakıları nəzərdə tutur:

  • baxılan dövr ərzində idarəetmə obyektinin faktiki olaraq nəyə nail olduğunun müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

  • əldə edilmiş vəziyyətin planda nəzərdə tutulan vəziyyətlə ilə müqayisə edilməsi;

  • aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi.

Bunlarla əlaqədar olaraq korporativ (daxili) vergi nəzarətinin ümumi məqsədi kimi müəssisədə vergi uçotunun təşkilinə, vergilərin düzgün hesablanması və vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsinə, vergi yoxlamasına qədər yol verilən səhvlərin və vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına, vergi qanunvericiliyinin pozulmasının maliyyə və inzibati nəticələrinin minimallaşdırılmasına yönəldilmiş məqsədyönlü və sistemli fəaliyyət başa düşülür.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin