Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ vergi planlaşdırılması təsnifatı



Yüklə 1,45 Mb.
səhifə87/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   83   84   85   86   87   88   89   90   ...   104
13.4. Korporativ vergi planlaşdırılması təsnifatı
İqtisadi ədəbiyyatlarda korporativ vergi planlaş­dırmasının birmənalı təsnifatı yoxdur. Müxtəlif müəlliflər korporativ vergi planlaşdırmasını müxtəlif əlamətlərə görə təsnifləşdirilər. Bu təsnifləşdirmə əlamətləri ilə daha, ət­raf­lı tanış olaq.
Vergi hüququnun iki sistemindən (ingilis-sakson və roman-german) çıxış edərək vergi planlaşdırmasının iki sistemi fərqləndirilir.
İngilis-sakson sistemində vergi planlaşdırması dedikdə vergitutma sahəsində müəssisənin müəyyən dövr ərzində qanunvericiliyi pozmadan vergi öhdəliklərinin məbləğini minimallaşdırmağı təmin edən fəaliyyəti başa düşülür.
Roman-german sistemində vergi planlaşdırması müəssisənin fəaliyyətinin həyata keçirilməsinin müxtəlif variantlarmm seçilməsi və vergi öhdəliklərinin mümkün minimal səviyyəsinə nail olmaq məqsədilə onun aktivlərinin yerləşdirilməsidir.
Vergi yükünün səviyyəsinə təsiri nöqteyi-nəzərindən optimallaşdıran vergi planlaşdırması və trivial və ya klassik vergi planlaşdırlması fərqləndirilir.
Klassik vergi planlaşdırması vergilərin tam həcmdə və vaxtında ödənilməsidir. Klassik vergi planlaşdırması üzrə tədbirlərə uçot və hesabatın düzgün təşkili, qanunun müəyyən etdiyi çərçivədə iqtisadi fəaliyyətin planlaşdırılması, vereilərin vaxtında ödənilməsi daxildir. Klassik vergi planlaşdırması müəssisənin dövlət qarşısmda vergi öhdəliklərinin dəqiq yerinə yetirilməsinə, vergilərin vaxtmda və tam həcmdə ödənilməsinə yönəlmiş maliyyə-iqtisadi fəaliyyətinin mühüm hissəsidir.
Bu məqsədləri həyata keçirmək üçün dəqiq mühasibat və vergi uçotu aparılmalı, ilkin mühasibat sənədləri düzgün tərtib edilməli, vergi qanunvericiliyində baş verən dəyişikliklər daim diqqət mərkəzində saxlanmalıdır.
Klassik vergi planlaşdırması çərçivəsində müəssisə bütün mümkün güzəştlərdən istifadə etməyə çalışmalıdır.
Vergi planlaşdırmasını yalnız qanunvericiliyin pozitiv və neqativ cəhətlərini bilmək hesabına həyata keçirmək olmaz. Bu zaman vergi yükünün azaldılmasının bütün qanuni imkanlarından - vergi planlaşdırmasının elementlərindən də istifadə etmək zəruridir. Bu elementlərə aşağıdakılar aiddir:

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin