1. Mühasibat və vergi uçotunun vəziyyəti. Mühasibat və vergi uçotunun vəziyyəti, həmçinin onlar arasındakı qarşılıqlı əlaqə normativ-hüquqi aktlara ciddi surətdə uyğun gəlməlidir, vergi qanunvericiliyi düzgün şərh edilməlidir, orada baş verən daimi dəyişikliklərə vaxtında reaksiya verilməlidir.
2. Uçot siyasəti. Uçot siyasəti mühasibat və vergi uçotunun formalaşdırılması, maliyyə hesabatının hazırlanması üçün təsərrüfat subyektinin qəbul etdiyi müəyyən prinsiplər, qaydalar və praktiki üsullardır.
3.Vergi güzəştləri və müqavilələrin təşkili. Heç də bütün təsərrüfat subyektləri qanunvericiliyin təqdim etdiyi çoxsaylı vergi güzəştlərindən həmişə tam və düzgün istifadə etmirlər.
4.Vergi nəzarəti.Müəssisə rəhbərliyi vergilərin vaxtında və tam ödənilməsinə daim nəzarəti həyata keçirməlidir.
5. Vergi təqvimi. Vergi təqvimi vergilərin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməsinin və vergi hesabatlarının vaxtında təqdim edilməsinin düzgünlüyünün yoxlanılması üçün zəruridir.
6. Optimal idarəetmə strategiyası və bu strategiyanın reallavdırılması planı.Mənfəətin məbləğinin artırılmasının əıı səmərəli üsulu elə idarəetmə və qəraların qəbul edilməsi sisteminin qurulmasıdır ki, biznesin bütün strukturu optimal olsun.
7. Güzəştli vergitutma rejimləri.Bu zaman xaricdə ofşor şirkətlərin yaradılması hesabına vergi ödənişlərinin mobloğinin azaldılması nəzərdə tutulur.
8. İmitasiya maliyyə modelləri.Bu model menecerə bir və ya bir neçə dəyişənin qiymətini idarə etməyə, məcmu vergi yükünü və mənfəəti hesablamağa imkan verir.
9. Vergi menecmentinin hesabat-analitik fəaliyyəti. İstənilən şirkət vergi optimallaşdırmasmın hansı üsullarının necə nəticə verməsi, hansı səbəblərdən nəticə əldə edilməməsi, son maliyyə nəticəsinə hansı amillərin təsir göstərməsi barədə bir neçə illik informasiyaya malik olmalıdır.
Optimallaşdırma biznesin təşkilinə keyfıyyətcə yeni bir yanaşmanı nəzərdə tutur. Biznesin təşkilinin mənfəət əldə edilməsi, aktivlərin dəyərinin artırılması kimi meyarlarının tərkibinə vergilərin minimallaşdırılması meyarını da daxil etmək lazımdır. Müəssisənin bütün iqtisadi, maliyyə və hüquqi münasibətləri sisteminə vergilərin minimallaşdırlması nöqteyi-nəzərindən baxılmalıdır.
Beləliklə, optimallaşdıran vergi planlaşdırması qanun çərçivəsində vergi ödəyicisinin vergi öhdəliyinin onun gəlirlərinə nisbətinin minimum olmasına imkan verən fəaliyyətdir. Optimallaşdıran vergi planlaşdırması zamanı vergi ödəyicisi mövcud vergi qanunvericiliyinin bütün üstün cəhətlərindən, çatışmazlıqlarından və ziddiyyətlərindən istifadə edir.
Məqsədyönlü fəaliyyət kimi optimallaşdıran vergi planlaşdırması praktikada bir sıra ardıcıl mərhələlər şəklində həyata keçirilir. Bu mərhələlər əsasən aşağıdakılardan ibarətdir:
vergilərlə bağlı əsas problemlərin müəyyənləşdirilməsi;
vergilərlə bağlı əsas problemlərin həlli yollarının araşdırılması;
vergi sxemlərinin işlənib hazırlanması və planlaşdırılması;
vergi sxemlərinin həyata keçirilməsi;
nəticələrin hesabata daxil edilməsi.
Müəssisənin miqyasından, onun fəaliyyət növündən asılı olaraq optimallaşdıran vergi planlaşdırlması ilə müntəzəm, vaxtaşırı və hərdənbir məşğul olmaq olar. Ancaq müəssisənin fəaliyyətində elə anlar var ki, vergi planlaşdırması qaçılmaz zərurət olur. Bu hallar aşağıdakılardır: