Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə86/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Mövzuya aid suallar

1. Mədəniyyət neçə qrupa bölünür?
2. Bazar münasibətləri şəraitində mədəniyyətin maliyyələşmə mənbələri hansılardır?
3. Dünya təcrübəsində mədəniyyət və incəsənət sahəsinin maliyyələş-dirilməsinin ən geniş yayılmış formaları hansılardır?
4. Mədəniyyət və incəsənət sahəsinin inkişafını xarakterizə edən göstəricilər hansılardır?
5. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması nəticəsində mədəniyyətimizə dəyən ziyan haqqında nə bilirsiniz?
6. Bazar iqtisadiyyatlı şəraitində Azərbaycanın mədəniyyət və incəsənət sahəsində mövcud vəziyyət necədir?

Tövsiyə olunan ədəbiyyat siyahısı

1. Fəlsəfə ensiklopedik lüğəti. Müəllif kollektivi. “Azərbaycan Ensiklopediyası”. Nəş-Poliqrafiya Birliyi. B., 1997, 520 səh.;
2.F.P.Rəhmanov.Sosial sfera keçid iqtisadiyyatı şəraitində, B.2002;
3. Культура и экономика современного Азербайджана и Таджикистана: Справочное пособие. М.: Салон оперативной полиграфии N&K Group, 2006. – 189 с., ил;
4.Azərbaycanın statistik göstəriciləri, Dövlət Statistika Komitəsi. 2008;
5. Dövlət Statistika Komitəsi. Elm, təhsil, mədəniyyət, 2006;
FƏSİL 10
TURİZM

§1. Turizm anlayışı, onun mahiyyəti və təşkili

Turizm - fransız dilindəki “tour” sözündən götürülmüş “firlanma”, “gedib-qayıtma”, “dairə vurma” mənasını verir. Lakin əksər hallarda “turizm”, “turist” anlayışlarına səyahət, səyyah kimi tərif verilir. Ölkəmizdə “Turizm haqqında” Qanunda turizm – Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri) kimi şərh edilir. Beynəlxalq münasibətlər sistemində turizm asudə vaxtlarda sağlamlıq və ya turistlərin idrakı maraqlarını təmin etmək məqsədilə, daimi yaşayış yerindən müvəqqəti getmələri kimi başa düşülür. Turizmin səyahətdən əsas fərqi - məqsədli olması və iqtisadiyyata, siyasətə güclü təsir göstərməsidir.
Məlumat üçün bildirək ki, turizm sözü 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, mədəni və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Lakin bu yığıncaqda turizm sözünün tərifi tam dəqiqləşdirilməmişdir.
1963-cü ildə, yenidən BMT-nin Romada keçirilən konfransında «turist» anlayışına konkret tərif verilməsinə cəhd edilsə də, bu öz həllini tapmamışdır. Sonrakı illərdə bu sahədə çoxsaylı tədqiqatlar aparılmış və turizm anlayışına müxtəlif formalarda aydınlıq gətirilmişdir. Bütün bunlara baxmayaraq, bu gün də turizmlə bağlı fərqli fikirlər irəli sürülür. Ümumiyyətlə, turizm anlayışı çox geniş olduğundan, o həm də çoxşaxəlidir. Onun tiplərinin və növlərinin yaradılması əsasən yerli şəraitin imkanlarından asılıdır.
Qeyd edək ki, turizmin tarixi qədim olsa da, biznes sahəsi kimi əsası XIX əsrin ortalarında İngiltərəli keşiş Tomas Kuk tərəfindən qoyulmuşdur. O, 1841-ci ildə ilk pullu səyahəti təşkil etmişdir. Xidmətlər paketinə dəmir yolu ilə 20 mil məsafəyə səfər, çay, bulka və nəfəsli orkestr daxil idi. Qiyməti bir şillinq (adambaşına) olan və 570 nəfərin iştirak etdiyi bu səyahət çox keçmədi ki, əhali arasında maraq doğurmağa başladı. Qısa müddət ərzində səyahət edənlərin və etmək istəyənlərin sayı sürətlə çoxaldı. Artıq 1851-ci ildə (10 il sonra,) on minlərlə insan səyahət edənlərin sırasına daxil oldu. Kuk 10 il ərzində 165 min nəfər üçün Londona Beynəlxalq sənaye sərgisinə, sonra Fransaya Ümumdünya Sərgisinə (1855-ci il) səyahət təşkil etmişdi. Sonrakı illərdə T.Kuk Avropanın başqa şəhərlərinə də səfərlər təşkil etdi. O dövrdə bu biznes növü elə sürətlə inkişaf edirdi ki, artıq yaxın ölkələri deyil, uzaq ölkələri də gəzmək üçün müraciət edənlərin sayı artırdı. 1866-cı ildə isə ingilis turistlərin ilk qrupunun ABŞ-a səyahəti təşkil baş tutdu.
Turizmin təşkili istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı, həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən spesifik sahədir.
Turistlərin başqa xalqların, eləcə də öz ölkələrinin mədəni irsinə olan marağı tarix və mədəniyyət abidələrinin qorunub mühafizə olunmasını daha da reallaşdırır. Bu həm də ölkənin iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Ona görə turizm mərkəzləri tarix və mədəniyyət abidələrinin əhəmiyyətini, həm də kommersiya maraqlarına uyğun olaraq qiymətləndirməyə və onların mühafizə olunası imkanlarını genişləndirməyə çalışırlar. Çünki tarixi abidələrin, eləcə də turizm üçün cəlbedici olan obyektlərin dağıdılıb məhv edilməsi ərazinin mədəni əhəmiyyətini itirər, turistlərin maraq dairələrini nəzərə çarpacaq dərəcədə məhdudlaşdırar, nəticədə turizm şirkətləri ciddi problemlərlə qarşılaşa bilərlər.
Məlum olduğu kimi, müasir dünya haqqında geniş informasiyanın olması turizmin inkişafında əhəmiyyətli yer tutur. Hazırda informasiya texnologiyalarının inkişafı bu sahədə vəziyyəti xeyli yaxşılaşdırmışdır. Bu texnologiyalar içərisində telekanallarla yanaşı internetin surətli inkişafı xüsusi əhəmiyyət kəsb edir. İnternetdə olan informasiya bolluğu beynəlxalq turizmin imkanları ilə daha geniş şəkildə tanış olmağa şərait yaradır. İnternetdə yayılan informasiyalardan, xidmətlərdən istifadə etməklə turizmin alternativ variantlarını, xidmət obyektlərini, onun təşkilinin təcrübi əsaslarını öyrənmək mümkündür. Bu turizmin qloballaşması üçün geniş imkanları yaratmış və artıq müasir dövrün reallığına çevrilmişdir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin