Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§2 Maliyyələşmə mənbələri



Yüklə 0,56 Mb.
səhifə83/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§2 Maliyyələşmə mənbələri

Mədəniyyət və incəsənət sahəsinin inkişafında ən mühüm amillərdən biri maliyyələşmədir. Hazırda dünyada mədəniyyət və incəsənət sahəsi aşağıdakı mənbələr vasitəsilə maliyyələşdirilir.


- dövlət büdcəsi hesabına;
- yığımlar hesabına;
- şəxsi vəsaitlər və ictimai ianələr hesabına;
Mədəniyyətin və incəsənətin maliyyələşdirilməsi üzrə beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, bu sahə ABŞ və İngiltərədə daha çox yığımlar və şəxsi vəsaitlər, Avropa ölkələrində isə dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. Qonşu Rusiyada qanunvericiliyə görə federal büdcənin 2 faizi, regional büdcələrin isə 6 faizi mədəniyyətə sərf olunur. Respublikamızda isə bu sahənin maliyyələşdirilməsi əsasən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, 2008-ci il üçün dövlət büdcəsinin 1,1 faizi bu sahənin (incəsənət, informasiya və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət daxil olmaqala) maliyyələşdirilməsinə sərf olunmuşdur.
Son illər mədəni irsin qorunmasına diqqət artırılmış və «Mədəni irsin qorunması» layihəsi çərçivəsində Şirvanşahlar Saray kompleksində, Şəki Xan sarayında, Möminə Xatun və Qudi Xatun türbələrində və iki minarədə bərpa-konservasiya işləri görülmüşdür. Eyni zamanda, mədəni irsin qorunması ilə bağlı təlimlər təşkil edilmiş, tarixi abidələrin ətrafında yaşayan icmaların bu abidələrin qorunmasına cəlb edilməsi və onlar üçün gəlir gətirən sahələrin yaradılması istiqamətində İçərişəhərdə (Bakı), Şəki və Naxçıvanda müvafiq tədbirlər həyata keçiril-mişdir. Sözsüz ki, mədəni irsin qorunması, bərpası külli miqdarda maliyyə vəsaiti tələb edir. Bununla yanaşı, mədəni irsin özü gəlir götürmək üçün mənbə rolunu oynayır.
Dünya təcrübəsində mədəniyyət və incəsənət sahəsinin maliyyələşdirilməsinin ən geniş yayılmış forması qeyri-dövlət mənbələrinə əsaslanır. Bunlara: dövlət müəssisələri ilə müştərək şəkildə mədəni layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər; ictimai təşkilatların, fondların, assosiasiyaların və buna bənzər müəssisələrin vəsaitləri; fiziki şəxslərin ianələri; milli lotereyalardan əldə edilən vəsaitlər; mədəni fəaliyyətin bəzi növlərinin lisenziyalaşdırılmasından əldə edilən gəlir; televiziya şirkətlərinin gəlirlərindən, audiovizual məhsullardan, kitab ticarəti, surətçıxarma texnikası, audio və videokassetlərin, lazer disklərinin satışından əldə edilən gəlir; radio və televiziya proqramlarına görə abunə ödənişləri; beynəlxalq təşkilatların ayırdığı vəsaitlər və s. daxildir.
Hazırda bazar münasibətlərinin inkişaf etdiyi ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin qeyri-dövlət mənbələri hesa-bına maliyyələşdirilməsi meyli müşahidə edilməkdədir. Buna misal kimi H.Əliyev adına Fondun fəaliyyətini göstərmək olar. Son illərdə Fondun Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı və dünyada təbliği ilə bağlı gördüyü işlər (Beynəlxalq Muğam Festivalı, Pianoçuların Beynəlxalq Musiqi Festivalı və s.) təqdirə layiqdir. Bu işlərin davam etdirilməsi Azərbaycan mıdəniyyətinin dünyada tanınmasında və bu sahəyə ayrılan vəsaitlərin vəsaitlərin iqtisadi səmərəliliyinin artırılmasında mühüm rol oynaya bilər.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin