§2. Sosial infrastruktur və onun formalaşması xüsusiyyətləri
Sosial infrastruktur və onun formalaşması sosial inkişafın əsasını təşkil edir. Buraya istehsal müəssisələrinə xidmət edən və insanların həyat fəaliyyətini zəruri şəraitlə təmin edən tabeçilik və yardımçılıq xarakterinə malik iqtisadi və sosial həyatın kompleks sahələri daxildir.
“İnfrastruktur” sözü də latın dilindəki infra – (altında) və structura – (qarşılıqlı meyl, qurulma) söz birləşməsindən əmələ gəlib alt sahələr, köməkçi təşkilat mənası daşıyır.
Hazırda elmi ədəbiyyatda “infrastruktur” anlayışı mühüm iqtisadi kateqoyiya kimi şərh edilir. Çünki infrastruktur istehsal sahələrinin normal fəaliyyətini təmin etməklə yanaşı, son məhsulun alınmasına imkan verən maddi və qeyri-maddi istehsal sahələrinin mühüm tərkib hissəsi kimi çıxış edir. Qısaca desək “infrastruktur” istehsal və xidmət sahələrinin, ümumilikdə isə cəmiyyətin inkişafında mühüm rol oynayır.
İnfrastruktur təkrar istehsal prosesindəki funksiyasından asılı olaraq iki yerə: istehsal və sosial infrastruktura bölünür. “İstehsal infrastrukturu” dedikdə maddi istehsal sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsinə xidmət edən alt sahələr, “sosial infrastruktur” dedikdə isə insanların şəxsi tələbatlarının ödənilməsi, insan kapitalının təkrar istehsalı üçün əlverişli şərait yaradan sahələrin məcmusu başa düşülür.
Müasir dövrdəsosial infrastruktur - fəaliyyəti cəmiyyət üzvlə-rinin şəxsi tələbatlarının ödənilməsinə, onların həyat fəaliyyətinin, intellektual inkişafının və yüksək ictimai-siyasi fəallığının təminatına yönəlmiş təhsil, səhiyyə, ticarət, ictimai iaşə, əhaliyə məişət xidməti, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə və s. obyektlərinin məcmusu kimi nəzərdən keçirilir. Deməli, insan-ların səmərəli əmək fəaliyyəti və həyat tərzinin yaxşılaşdırılması üçün ümumi şərait yaradan obyektlərin hamısı sosial infra-struktura aiddir. Qısaca desək, sosial infrastruktur - əhalinin normal həyat fəaliyyətinə və inkişafına xidmət göstərən sahələrinin məcmusudur.
Bu baxımdan sosial infrastruktur insanların maddi və mənəvi tələbatını (əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması) təmin etməklə həyat səviyyəsinin və yaşayış keyfiyyətinin yüksəldilməsində, əhalinin təkrar istehsalında, milli iqtisadiyyatın və cəmiyyətin inkişafında ən əhəmiyyətli yerlərdən birini tutur. Deməli, sosial infrastruktur, öz daxili strukturuna görə, sosial sferanın bütün institutlarının fəaliyyətini təmin edən müəssisə və təşkilatların məcmusundan ibarətdir.
Lakin sosial infrastrukturun təsir dairəsi təkcə sosial sahələrlə bitmir. Eyni zamanda o iqtisadiyyatın inkişafına birbaşa və dolayısı təsir göstərir. Belə ki, sosial infrastrukturun formalaş-ması və inkişafı, həmçinin insanların (işçilərin) istehsal prose-sində səmərəli fəaliyyətinə də zəruri şərait yaradır. Əvvəldə qeyd etdiyimiz kimi, sosial infrastruktur, həm də cəmiyyətin istehsal gücünün tərkib hissəsini təşkil edir. Belə ki, elmi-texniki, texnoloji proseslərin sürətlə inkişaf etdiyi müasir dövrdə, əhalinin təhsil və sağlamlıq səviyyəsini yüksəltmədən, mənzil-kommunal şəraitini yaxşılaşdırmadan, istirahəti üçün əlverişli şərait yarat-madan rəqabətə davamlı məhsul istehsal etmək qeyri-müm-kündür.
Qeyd edək ki, sosial infrastrukturun formalaşması və inkişafı mürəkkəb, eyni zamanda xarici və daxili amillərə həssas və çox-şaxəli sosial-psixoloji təsirə malik olan problemdir. Bunu sosial infrastruktura daxil olan sahələrin sıralanmasından da görmək olar. Belə ki, sahədaxili təsnifata görə sosial infrastrukturun tərki-binə əhalinin müəyyən həyat fəaliyyəti və inkişaf şəraitini bilava-sitə təmin edən təsərrüfat sahələri daxil edilir. Bunlar aşağıda-kılardır:
Sosial infrastruktura bazar iqtisadiyyatına xidmət göstərən alt sistem kimi baxılır. Lakin sosial infrastruktur sahələrinin fəaliyyətində bazar münasibətlərinin özünün spesifikası və sərhədləri vardır.
Qeyd edək ki, sosial infrastruktur bir tərəfdən ictimai həyatın zəruri elementi kimi, sosial siyasətin reallaşdırılmasının əsasını təşkil edir, digər tərəfdən isə, əhalinin sosial tələbatının daha dolğun şəkildə ödənilməsinə, əhalinin layiqli həyat şəraiti ilə təmin olunmasına xidmət edir.
Birinci halda, yəni sosial siyasətin reallaşmasının əsası kimi, sosial infrastruktur sosial təkrar-istehsal prosesinin təminatçısı funksiyasını yerinə yetirir. Çünki məhz sosial təkraristehsal prosesi sosial infrastrukturun funksiyalarını müəyyənləşdirir.
İkinci halda isə, yəni layiqli həyat şəraitinin yaradılması dedikdə, ilk növbədə əhlinin intellektual səviyyəsi, səmərəli məşğulluq və yaşayış şəraitinin (mənzil təminatı, kom-munikasiya xidməti və s.) təmin olunması başa düşülməlidir.
Məşğulluğun səmərəliliyinin atırılması öz növbəsində isteh-salın inkişaf səviyyəsini səciyyələndirir. Deməli, sosial infra-struktur təkcə mənəvi dəyərlərin yaranmasında deyil, dolayısı ilə iqtisadi artımın baş verməsində də birbaşa iştirak edir.
Elmi ədəbiyyatlarda sosial infrastrukturun:
1. Sosial-tənzimləyici;
2. Sosial-uyğunlaşdırıcı;
3. Sosial-məhsuldar;
4. Sosial-mədəni;
5. Sosial-dinamik;
6. Sosial-müdafiə kimi 6 funksiyası göstərilir.
1. Sosial-tənzimləyici funksiya subyektlərin gələcək inkişafı, ayrı-ayrı fərdlərin və bütöv qrupların davranışının tənzimləyi-ciləri rolunda çıxış edən normalar, mənəvi dəyərlər sistemi kimi başa düşülür. Bu funksiya sosial-infrastruktur potensialından istifadənin səmərəliliyinin daha da artırılmasına yönəldilmiş sosial fəaliyyət subyektlərinin münasibətlərini tənzimləyir.
2. Sosial-uyğunlaşdırıcı funksiya fərdlərin və sosial qrupların potensialının reallaşdırılmasına istiqamətlənmiş fəaliyyətini stimullaşdırmaqla, insanların və ictimai qurumların səmərəli sosial fəaliyyətini əks etdirən göstəricilərlə səciyyələnir.
3. Sosial-məhsuldar funksiya sosial orqanizmin bütöv şəkildə təkraristehsalı üçün, insanlara zəruri olan bütün tələbatların daha səmərəli ödənilməsinə imkan verir. O əhalinin istehlak məhsulları və xidmətləri ilə təminatını xarakterizə edən obyektiv və sub-yektiv, həmçinin normativ və real göstəricilər sistemi ilə təsvir edilir.
4. Sosial-mədəni funksiya insanların və müxtəlif sosial qrup-ların təkraristehsal prosesinin mənəvi tərəfi ilə təmasda olması, cəmiyyətin sosial və mədəni potensialının mənimsənilməsi proseslərini əlaqələndirir.
5. Sosial-dinamik funksiya həyat fəaliyyəti subyektlərinin özünün təkmilləşməsi, sosial infrastrukturun potensialının genişlənməsi əsasında əhalinin rifahının, yaşayış keyfiyyətinin yüksəldilməsi, təcrübənin yaradıcı, dinamik xarakterinin təmin olunması ilə bağlıdır. O, cəmiyyətdə sosial çeviklik göstəriciləri sistemi ilə xarakterizə edilir.
6. Sosial-müdafiə funksiyası cəmiyyətin aztəminatlı qrupları-nın sosial zəmanət və hüquqlarını, sosial yardım və dəstəyini təmin edir və əhalinin sosial cəhətdən müdafiə olunması dərəcə-sini müəyyənləşdirən göstəricilər sistemi ilə ifadə edilir.
Bu funksiyalardan göründüyü kimi, sosial infrastrukturun başlıca vəzifəsi - əhalinin müxtəlif təbəqə və qruplarının sosial təkrar istehsalının, eləcə də, onların həyat şəraitinin hərtərəfli təmin edilməsinə xidmət göstərməkdən ibarətdir.
Əgər sosial infrastrukturun cəmiyyətin inkişafındakı roluna və sadalanan funksiyalarına əsaslansaq onda, sosial sferada idarəetmənin xüsusi peşəkarlıq və insanlarla işləmək bacarığı tələb etdiyini söyləmək olar. Sosial infrastrukturun idarə edilməsi dedikdə, sosial sahələrin (subyektlərin) idarə olunması başa düşülür. Burada idarəetmə makro (yəni dövlət səviyyəsində) və mikro (yəni müəssisə, təşkilat) səviyyələrdə həyata keçirilir.
Sosial infrastrukturun dövlət tərəfindən idarə olunması, sosial siyasətin məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır və bu hüquqi, inzibati və iqtisadi metodlarla həyata keçirilir. Aşağıda sosial infrastrukturun dövlət tərəfindən idarə olunmasının struktur sxemi verilmişdir.