Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§3. Sosial infrastrukturun resurs



Yüklə 0,56 Mb.
səhifə11/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Sosial infrastrukturun resurs
təminatı

Sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi sosial infrastrukturun resurs təminatı onun səmərəli fəaliyyətinin vacib şərti hesab olunur. Sosial infrastruktur milli sərvətin, xüsusilə insan kapitalının formalaşmasında, ictimai təkrar istehsal prosesində, hər bir fərdin və ümumilikdə isə cəmiyyətin rifahının yaxşılaşdırılmasında xüsusi rol oynayır. Bu səbəbdən sosial infrastrukturun zəruri resurslarla təmin edilməsi təkcə bu sahələrə daxil olan müəssisələrin deyil, ümumilikdə dövlətincəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Sosial infrastruktura daxil olan sahələrin resurs təminatı de-dikdə, ona məxsus olan funksiyaların yerinə yetirilməsi üçün tələb olunan resursların (maddi-texniki (əsas fondlar), kadr, maliyyə, təşkilati-idarəetmə, informasiya və s.) məcmusu başa düşülür.
Sosial infrastrukturun maddi-texniki bazası(əsas fondları): Sosial infrastruktur sahələrinin maddi-texniki bazası onun əsas resurslarından hesab olunur. Maddi-texniki baza istehsal prosesində istifadə olunan əsas vəsaitlərdir. Bura sosial infrastruktur sahələrinin balansında olan bina və qurğular, bütün növ nəqliyyat vasitələri, rabitə vasitələri və s. daxildir.
Sosial infrastrukturun maddi–texniki bazasının ən mühüm tərkib hissəsi əsas fondlardır. Əsas fondlara xidmət müddəti bir ildən az olmayan və dəyəri minimum əmək haqqının 100 mislindən az olmayan bina, qurğu, avadanlıqlar və s. daxildir.
2008-ci ildə Azərbaycanda əsas fondların təzələnmə əmsalı 14,6% təşkil edir, söradan çıxma əmsalı 0,8% təşkil etmişdir. (Qrafik 1.1)
Mənbə: Qrafik DSK-nın materialları əsasında tərtib edilmişdir.

Qrafikdən göründüyü kimi 2000-ci illə müqayisədə əsas fondların təzələnmə əmsalı yüksəlmiş, köhnəlmə əmsalı isə dəyişməz qalmışdır.


Ümumilikdə 2000-2008-ci illərdə əsas fondların təzələnmə əmsalı 9,7 faiz bəndi artmışdır. Əsas fondların təzələnmə əmsalı təhsil, nəqliyyat, anbar təsərrüfatı, rabitə, səhiyyə və sosial xidmətlərdə artmışdır. Digər kommunal, sosial və fərdi xidmətlər sahəsində isə azalmışdır.
Müasir elmi ədəbiyyatda əsas fondlar istehsal və qeyri-istehsal fondlarına bölünür. İstehsal təyinatlı fondlara- istehsal təyinatlı tikili və obyektlərə tikintisi başa çatdıqdan sonra məhsul istehsalı sferasında işləyəcək tikili və obyektlər daxildir.
Sosial infrastrukturun əsas fondları dedikdə, burada çalışanlar üçün maddi-texniki şərait yaradan fondlar nəzərdə tutulur. Sosial infrastrukturda əsas fondların yeniləşməsi, sıradan çıxmış maşın və avadanlıqların dəyişdirilməsini təmin edən kapital qoyuluşları vasitəsilə həyata keçirilir.
Sosial infrastrukturun inkişafı maddi istehsalın inkişaf səviy-yəsindən, burada yaradılan milli gəlirin həcmindən və onun istehsal və qeyri-istehsal sferaları arasında bölüşdürülməsindən asılıdır. Əgər iqtisadiyyat zəif inkişaf edərsə, onda sosial infrastrukturun maddi-texniki resurslarla təminatı məhdudlaşır və onun inkişafı ləngiyir, yaxud da ümumiyyətlə tənəzzülə uğrayır. Bu da son nəticədə insan potensialının formalaşmasına mənfi təsir göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasında da müstəqilliyin ilk illərində iqtisadi və sosial sahələrdə yaranan böhran sosial infrastruktur sahələrinin əsas fondlarının köhnəlməsinə səbəb oldu. Bundan başqa, maliyyə resurslarının olmaması bu sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə imkan vermirdi. Nəticədə təhsil, səhiyyə, idman və s. sahələrdə xidmətlərin səviyyəsi aşağı düşdü ki, bu da hazırda iqtisadi fəaliyyət sahələrini müasir tələblərə cavab verən kadrlarla təmin olunmasında çətinliklər yaratdı.
DSK-nın məlumatlarına görə sosial infrastruktur sahələrində əsas fondların dəyəri 2008-ci ildə təqribən 30% olmuşdur. Bun-dan başqa, əsas kapitala yönəldilmiş daxili investisiyaların 68%-i, xarici investisiyaların isə 11,9%-i sosial infrastruktur sahələrinə qoyulmuşdur.
Son illərdə Azərbaycanda sosial infrastrukturun inkişafı isti-qamətində xeyli işlər görülmüşdür. Belə ki, sosial sferaya daxil olan sahələrdə (təhsil, mədəniyyət, səhiyyə, turizm, nəqliyyat və rabitənin əhaliyə xidmət göstərən sahələrində və s.) əsas kapitala yönəldilmiş investisiyaların həcmi artmışdır. Yeni obyektlər tikilmiş, mövcud obyektlər təmir edilmiş və onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin