Şəkil 1.1. Sosial-infrastrukturun idarə edilməsi sistemi
Dünya təcrübəsində sosial infrastruktur sahələrinin idarə edil-məsində səlahiyyətlər - mərkəzi, regional və bələdiyyə (yerli) hakimiyyət orqanları arasında bölüşdürülür. Bu bölgü müvafiq qanunlar və normativ hüquqi aktlarla tənzimlənir.
Sosial infrastrukturun formalaşması və inkişafında dövlət siyasətinin əsas məqsədi keyfiyyətli (təhsil, səhiyyə, mədəniyyət, idman və s.) xidmət müəssisələri yaratmaq və əhalinin bu xidmət-lərdən istifadə etməsi imkanlarını genişləndirməkdən ibarətdir. Bundan başqa, xidmət sferalarında institusional dəyişikliklərin aparılması, həmçinin mənzil-kommunal təsərrüfatının inkişafı, xidmət sferalarında funksional və təşkilati müxtəlifliyin genişlənməsi, yüksək keyfiyyətli pullu xidmətlərin göstərilməsi üçün əlverişli mühitin yaradılması da dövlətin sosial siyasətinin əsas məqsədlərindən hesab olunur.
İctimai əmək bölgüsünün gücləndirilməsi prosesində sosial infrastruktursuz maddi istehsal sahələrinin fəaliyyəti qeyri-müm-kündür. Sosial infrastruktur idarələri və müəssisələri tərəfindən təqdim olunan maddi və mənəvi sərvətlər, insanların şəxsi tələ-batlarını təmin edərək, iş qüvvəsinin təkraristehsalının və isteh-salın intensivləşməsinin mühüm amilidir.
Sosial infrastruktura daxil olan sahələr mülkiyyət növlərinə görə xüsusi, qarışıq, dövlət və bələdiyyə mülkiyyətinə ayrılır. Sosial infrastruktura daxil olan sahələrin spesifikasından və iqtisadi sistemdən asılı olaraq qeyd olunan mülkiyyət növləri üzrə mülkiyyətçilıərin xüsusi çəkisi də dəyişir. Belə ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə elm, təhsil, mədəniyyət və səhiyyə obyektləri əsasən dövlət və bələdiyyə mükiyyətində, ictimai-iaişə, mənzil–kommunal xidməti müəssislələri isə bələdiyyə və özəl sektorun mülkiyyətində olur.
Beləliklə, sosial infrastruktur iqtisadi tərəqqinin sosial təkan-vericisi rolunda çıxış edir və onun inkişafı cəmiyyətin mənəvi tərbiyəsində, dünyagörüşünün və yaşayış tərzinin dəyişməsində, gələcəkdə yoxsulluq riskindən müdafiə olunmasında mühüm rol oynayır.
Dostları ilə paylaş: |