Sosial infrastruktur sahələrinin maliyyə mənbələri: Ümu-miyyətlə, maliyyə resursları sosial-iqtisadi inkişafa nail olunma-sında, eləcə də sosial infrastrukturun formalaşması və inkişafında ən zəruri yerlərdən birini tutur. Yəni maliyyə vəsaiti olmadan hər hansı sahədə inkişafa nail olmaq mümkün deyil.
Qeyd edək ki, dünya təcrübəsində sosial infrastrukturun ma-liyyə resursları ilə təmin olunması əsasən 4 mənbə - dövlətin, müəssisənin (firma), bələdiyyənin və əhalinin (ev təsərrüfatları) vəsaitləri hesabına həyata keçirilir.
Cəmiyyətin inkişafının və yaşayış keyfiyyətinin ən vacib sferası olan sosial infrastrukturun maliyyə vəsaitləri bu 4 mən-bənin iştirakı ilə artırılır və bölüşdürülür. Lakin bu subyektlərin sosial-iqtisadi inkişafda rolu mövcud iqtisadi sistemdən, dövlətin inkişaf səviyyəsindən və əhalinin həyat səviyyəsindən asılı olaraq fərqlənir. Bu subyektlər arasında münasibətlərin tənzimlənməsi üsulları və qaydaları, bölgüsü, maliyyə öhdəlikləri fərqli şəkildə həyata keçirilsə də, son məqsədi cəmiyyətin inkişafına xidmət et-mək, əhalinin yaşayış keyfiyyətini yaxşılaşdırmaqdır.
Müasir şəraitdə Azərbaycanda sosial infrastrukturun saxla-nılması və inkişafı üçün maliyyə resursları bir neçə mənbədən cəlb olunur.
• büdcə vəsaitləri;
• qeyri-büdcə fondları;
•müəssisələrin və əhalinin vəsaitləri;
Bir qayda olaraq sosial infrastrukturun maliyyələşməsində büdcə vəsaitləri üstün paya malik olur. Son illərdə təkcə sosial yönümlü bazar iqtisadiyyatı yolu ilə gedən ölkələrdə deyil, hətta klassik bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə də sosial infrastruktur sahələrini maliyyələşməsində dövlət aparıcı yer tutur.
Cədvəl 1.2 2008-ci ildə sosial-mədəni tədbirlərə ölkənin dövlət büdcəsinin maliyyə xərcləri