Xeyriyyə fondu. Xeyriyyə fondları qeyri-dövlət kommersiya təşkilatının çox geniş yayılmış formasıdır. Belə fondlar sosial infrastrukturun maliyyə resursları ilə təminatında iştirak edirlər. Xeyriyyə fondları maarifçilik, sosial, xeyriyyə, dini və cəmiy-yətin inkişafına yönəldilmiş digər fəaliyyətlərin həyata keçiril-məsi üçün pul vəsaitlərini və resursları təklif edən proqramları (məsələn, qrantlar formasında) özündə ehtiva edir. Bu növ fond-lar dərin tarixi köklərə, bir çox ölkələr üçün səciyyəvi olan ənənə-lərə malikdir.
Müasir dövrdə ABŞ-da müxtəlif sosial proqramların maliy-yələşdirilməsini həyata keçirən 32 mindən çox xeyriyyə cəmiy-yəti mövcuddur.
Son onilliklərdə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə investisiya fondları (qarşılıqlı fondlar, investisiya kompaniyaları və s.) sosial infrastrukturun maliyyə resursları ilə təminatında, eləcə də cəmiyyətin sosial-iqtisadi inkişafında daha aktiv iştirak edir. ABŞ-da 6400-dən çox qarşılıqlı fondun investorlarının 30%-ə yaxını amerikanlardır.
Pay-investisiya fondları (PİF). Strukturuna görə, fəaliyyətdə olan PİF-in böyük əksəriyyəti açıq tipli fondlardır (yəni əmanətçi istədiyi vaxt öz pullarını geri ala bilər), bir hissəsi isə interval tiplidir, yəni qoyulmuş pulların ildə bir dəfə və ya daha tez, dəqiq müəyyən olunmuş tarixdə geri alınması mümkündür.
Sosial investisiya fondları (SİF). Bu fondlar sosial və ya sosial-iqtisadi inkişaf fondları adı altında da tanınır. Yaranma tarixi ötən əsrin 80-ci illərinin sonuna təsadüf edir. Məhz həmin dövrdə baş verən sosial-iqtisadi, siyasi və institusional hadisələr fondların yaranmasına səbəb olmuşdur.
Qeyd edək ki, ilk SİF 1985-ci ilin sonunda Boliviyada yara-dılmışdır. O, aparılan iqtisadi dəyişikliklərin mənfi sosial təsirini azaltmalı və hər şeydən əvvəl, COMIBOL dövlət kömür kom-paniyasında gedən kütləvi işdənçıxarmalar nəticəsində işsizlik səviyyəsinin yüksəlməsi problemini həll etməli idi. 1986-cı ilin sonunda Bolivias Emergency Social Fund (ESF) yaradıldı və bu fond Dünya Bankından böyük həcmdə maliyyə yardımı aldı. Belə maliyyələşmədən əvvəllər heç vaxt istifadə olunmadığı üçün bu Fond «tələbə yönəlmiş» maliyyələşdirmə mexanizmindən istifadə edən ilk fond olmuşdur. Bu cür maliyyə mexanizmi yerli haki-miyyət orqanları ilə qeyri-kommersiya təşkilatlarının proqram-larının inteqrasiyasını həyata keçirməyə imkan verdi.
Qeyd edək ki, Afrika və Latın Amerikası ölkələrində yoxsulluq səviyyəsinin yüksəlməsini SİF-in yaradılmasına təsir göstərən əsas amillərdən biri hesab etmək olar. Çünki Afrika və Latın Amerikasında insanların səfalət içərisində yaşaması və gə-ləcəkdə də milyonlarla insanların bu səfalətə düşməsinin qarşı-sını almaq üçün fəal xarici müdaxilə tələb olunurdu. Bundan baş-qa, o dövrdə sosial xidmət təklifi sisteminin tənəzzülünə yol ver-məmək, kənd əhalisinin getdikcə artan yoxsullaşmasının qarşısını almaqla insanlara ölkələrində aparılan islahatların müsbət nəticə-lərini öz üzərində hiss etdirilməsi vacib idi.
SİF-n yaranmasına əsas yaradan səbəblərdən biri də -dövlət tərəfindən əhalinin getdikcə artan narazılığını azaltmağa və aparılan struktur dəyişikliklərin cəlbediciliyini artırmağa imkan verən bir sıra sürətli və əyani tədbirlərin həyata keçirilməsi zərurəti idi.
Şərqi Avropada isə SİF son dövrlərdə meydana gəlməyə başlamışlar. Hazırda Rumıniya və Albaniyadakı SİF-lər daha fəal iş aparır. Bir sıra SİF-lər, həmçinin MDB məkanında da (Gürcüs-tanda, Moldovada, Tacikistanda, Özbəkistanda və s.) fəaliyyət göstərir –1986-cı ildən (yəni ilk SİF-nun yarandığı vaxtdan) 2001-ci ilə qədər olan dövrdə dünyanın 36 ölkəsində SİF yara-dılmışdır.
Tədqiqatlar göstərir ki, SİF-lərin yaranması mürəkkəb siyasi, sosial-iqtisadi islahatlar dövrünə təsadüf etmişdir. Onların yara-dılmasında əsas məqsəd dövlətin fəaliyyəti nəticəsində meydana çıxan institusional boşluğu doldurmaqdan ibarət olmuşdur.
SİF, adətən, müstəqil institutlar formasında yaradılır, bu isə onlara şəffaf olmağa, çevik maliyyələşdirmə mexanizmini təmin etməyə, siyasi müdaxilədən uzaq olmağa imkan verir. Bir çox hallarda isə SİF birbaşa prezidentə və ya baş nazirə tabe olan müstəqil dövlət strukturları kimi yaradılır.
Yaradılan ilk SİF-lərin ümumi xüsusiyyəti ondan ibarət idi ki, onlar əsasən müvəqqəti xarakter daşıyırdı və struktur dəyişik-liklərin mənfi təsirləri aradan qaldırıldıqdan sonra, öz fəaliyyət-lərini dayandırmalı idilər. Lakin zaman keçdikcə fondların yara-dılmasının məqsədləri müəyyən dəyişikliklərə məruz qaldı. Buna baxmayaraq bir çox fondların fəaliyyətinin əsas məqsədi, əvvəlki kimi, sosial-iqtisadi islahatların nəticələrinin mənfi təsirlərini minimal səviyyəyə endirməkdən ibarət idi. Müasir mərhələdə bir sıra SİF-lər sosial sahələrdə iqtisadi fəallığın dəstəkləməsinə və yerli səviyyədə yoxsulluq səviyyəsinin azaldılmasına köməklik göstərmək üçün yaradılır.
SİF proqramlarının maliyyələşdirilməsi qarışıq maliyyə işti-rakçılığı prinsipləri əsasında qurulur. Əsas investorlar kimi, bir qayda olaraq, iri beynəlxalq maliyyə təşkilatları (Dünya Bankı (WB), Dünya Bankı İnstitutu (WBI), Beynəlxalq İnkişaf Üzrə Amerika Agentliyi (USAID) və s.) çıxış edir.
Beynəlxalq maliyyə təşkilatları sosial layihə və proqramların dəyərinin orta hesabla 40-50 faizini, bəzən də 100 faizin (proq-ram və layihənin əhəmiyyətindən asılı olaraq) maliyyələşdirir. Əksər layihələrin maliyyələşdirilməsində milli və ya yerli haki-miyyət orqanlarının, həmçinin, yerli birliklərin məcburi maliyyə iştirakı nəzərdə tutulur. Belə məcburi şərtlər xüsusən ikinci nəsil SİF tərəfindən daha tez-tez irəli sürülür. Bu bir sıra səbəblərlə əlaqədardır:
birincisi, layihənin maliyyələşdirilməsində hökumət orqan-larının və yerli birliklərin iştirakı layihə tsiklinin bütün mərhələ-lərində (layihənin müzakirəyə çıxarılmasından tutmuş, onun real-laşdırılmasına qədər) onların marağını artırır;
ikincisi, maraqlı tərəflərin məsuliyyətini artırır;
üçüncüsü, sabit inkişafa zəmin yaradır; Burada, layihənin SİF tərəfindən maliyyələşdirilməsi dayandırıldıqdan sonra, onun həyata keçirilməsinin davam etdirilməsi imkanı nəzərdə tutulur.
Layihənin maliyyələşdirilməsində hökumət orqanlarının və yerli birliklərin iştirak dərəcəsi ölkədən, fonddan, layihədən asılı olaraq, əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bir çox hallarda bu iştirak layihə dəyərinin orta hesabla 5%-dən 25%-ni qədərini təşkil edir.
Beləliklə, sosial infrastruktur cəmiyyətin sosial müdafiəsinin yaxşılaşdırılmasında, sosial gərginliyin azaldılmasında, iqtisadi və sosial islahatların mənfi sosial nəticələrinin azaldılmasında əhəmiyyətli rol oynayır.
Ümumiyyətlə, bazar münasibətləri şəraitində sosial infrastruk-turun formalaşdırılması təkcə sosial problemlərin həllində deyil, eyni zamanda iqtisadi problemlərin həllində əhəmiyyətli rola malikdir.