Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 2.3 Bir iş saatı üçün minimum əmək haqqı, ABŞ dolları ilə



Yüklə 0,56 Mb.
səhifə23/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 2.3
Bir iş saatı üçün minimum əmək haqqı, ABŞ dolları ilə

ölkələr

1 iş saatı üçün ödəmə

Danimarka

15.5

Norveç

14.1

İsveçrə

12.8

Almaniya

12.6

ABŞ

11.5

İsveç

10.9

Finlandiya

10.7

Böyük Britaniya

10.3

Yaponiya

10.1

Belçika

9.9

Azərbaycan

0,58

Mənbə: Svenska İoner star still trots rekordvinster // Motro, 31 juli 2000, s.14

Respublikamızda isə minimum əmək haqqı son illərə kimi çox aşağı idi. Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq onun həcmi mütəmadi olaraq artırılır. 2009-cu ildə Azərbaycanda minimum əmək haqqı 75 manat müəyyən olunmuşdur. İqtisadiyyatda məşğul olanlara ondan az əmək haqqı verilə bilməz. Ümumiyyətlə, işçilərə minimum əmək haqqından aşağı əmək haqqı ödəmək qanuna ziddir. Məlumat üçün bildirək ki, bir çox ölkələrdə minimum əmək haqqı yaşayış minimumuna əsaslanır, yaxud ona bərabər olur. Respublikamızda da «Yaşayış minimumu haqqında» (4 dekabr 2004-cü il) Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımın və digər ödənişlərin müəyyən edilməsinin əsasını təşkil etdiyi göstərilir. Lakin respublikamızda yaşayış minimumu ilə minimum əmək haqqı arasında fərq var. Belə ki, 2008-ci ildə bu fərq 11 manat olmuşdur. Gələcəkdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması nəzərdə tutulmuşdur.


Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Qeyd olunduğu kimi, yaşayış minimumu ünvanlı sosial yardımın və digər ödənişlərin əsasını təşkil edir. Lakin minimum əmək haqqında olduğu kimi, yaşayış minimumu ilə ünvanlı sosial yardım arasında da fərq vardır.
Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. 2008-ci il üçün ehtiyac meyarının həddi 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində müəyyənləşdirilmişdir.
Əmək pensiyasının baza hissəsi — əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Pensiyaların baza hissəsi ildə 1 dəfədən və inflyasiya tempindən az olmamaqla bütün pensiyaçılar üzrə bərabər məbləğlə artırılır, sığorta hissəsi hər ilə inflyasiya tempinə uyğun indeksləşdirilir. Hazırda Azərbaycanda pensiyaların baza hissəsi isə 2007-ci ilə nisbətən 2008-ci ildə 50% artırılaraq sentyabrın 1-dən 75 manat olmuşdur.
Sosial standartlar əhalinin sosial müdafiəsinin ümumilikdə isə iqtisadiyyatın dövlət tərəfində tənzimlənməsində əsas vasitə hesab olunur. Dövlət sosial standartları müəyyən etməklə əhali gəlirlərini, dövlət gəlirlərinin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin