Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə26/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Məşğulluq siyasəti: Məşğulluq anlayışı altında əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxsin işlə təmin edilməsi imkanı başa düşülür. Başqa sözlə, məşğulluq ölkədə mövcud olan bütün yararlı resurslardan səmərəli istifadə etməklə əmək qabiliyyətinə malik olanların işlə təmin olunması deməkdir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində «Məşğulluq  vətəndaşların qanunveri­ci­liyə zidd olmayan və bir qayda olaraq onlara qazanc gətirən hər hansı fəaliyyət» kimi şərh edilir.
Məşğulluq ev təsərrüfatlarının pul gəlirlərinin artmasına təsir göstərməklə əhalinin gəlir əldə etmək imkanlarını genişləndirir. Məşğulluq əmək bazarı və işsizlik problemlərinin həllində və ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Ölkədə səmərəli məşğulluq səviyyəsinin aşağı olması yoxsulluğun yüksəlməsinə, cəmiyyətdə bir çox xoşagəlməz hadisələrin (aclıq, xəstəlik, oğurluq, quldurluq və s ) meydana çıxmasına təsir göstərir. Məhz bu səbəbdən məşğulluğa qeyd olunan neqativ halların azaldılmasına və yoxsulluq probleminin həll edilməsinə daha çevik təsir göstərən amil kimi baxılır. Ona görə də məşğulluğun təmin edilməsi hər bir dövlətin sosial-iqtisadi inkişaf strategiyasının başlıca şərtlərindən hesab olunur. Bu baxımdan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr məşğul-luq probleminin həllinə yoxsulluğun azaldılmasına daha çevik təsir göstərən amil kimi baxır və bu sahəyə xüsusi diqqət yeti-rirlər. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrində qeyd olunur ki, müasir mərhələdə məşğulluq sferasındakı siyasət təkcə çoxlu sayda ş yerlərinin yaradılması olmamalıdır, layiqli iş yerlərinin təmin olunmaq məsələsi həll edilməlidir. İşçilərin sosial müda-fiəsinin gücləndirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi üçün əmək haqqının yüksəldilməsi, məşğulluğun müəyyən sığor-tası zəruridir.
Məşğulluq zahirən əmək kimi təzahür etsə də, onlar bir-birindən fərqlənir. Belə ki, əgər əmək insanların şüurlu, məqsədəuyğun fəaliyyətidirsə, məşğulluq müəyyən iş yerlərində işçinin konkret əmək kooperasiyasına qoşulmaq üzrə mövcud olan ictimai münasibətidir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin