Etibarlı sosial müdafiə sistemi yaratmadan müxtəlif mül-kiyyət formalarının və yeni yaradılmış iqtisadi strukturların normal fəaliyyətinin və böhransız sosial inkişafın, cəmiyyətin sabitliyinin təmin edilməsi mümkün deyil. Sosial müdafiə beynəl-xalq və milli normalar əsasında insanın əsas sosial hüquqlarının təminatıyla bağlı dövlətin əsas funksiyası, daha geniş mənada isə həyat səviyyəsiylə bağlı hüquqların təminatı kimi göstərilir.
Ümumiyyətlə, sosial müdafiə anlayışı dar və geniş məna-larda işlədilir. Geniş mənada əhalinin ayrı-ayrı sosial-demoq-rafik qrupların hər birinin, dar mənada isə aztəminatlı əhali qruplarının sosial müdafiəsi başa düşülür. Geniş mənada sosial müdafiə deyildikdə, söhbət fərdin özünü müstəqil şəkildə təmin edə bildiyi, özünə və uşaqlarına həyat fəaliyyəti üçün lazımi şərait yarada bildiyi sosial münasibətlər sistemindən gedir. Dar mənada isə sosial müdafiə dedikdə, xüsusi olaraq çətin vəziy-yətdə olan və kənar kömək olmadan sosial vəziyyətlərini yax-şılaşdırmaq iqtidarında olmayan əhali qrupunun yaşayışını təmin etməyə çalışan dövlətin sosial siyasəti başa düşülür. Sosial müdafiə sistemi adamların həyatının bütün dövrlərini-doğulduğu və əmək qabiliyyətini itirdiyi qocalıq dövrünü də əhatə etməklə, ömrünün sonunadək olan bütün vaxtı əhatə edir. Daha doğrusu, bu sistem uşaqların, gənclərin, işləyən vətəndaşların, himayədə yaşayanların hamısının hüquq və mənafelərini müdafiə etməlidir. Bu sistem, habelə adamların həyatının bütün sferalarını - təhsil, səhiyyə, əmək, istirahət, məişət, yaradıcılıq və s. əhatə edir. Sosial müdafiənin obyekti olan şəxslərin dairəsi müxtəlifdir və milli iqtisadiyyatın qeyri-stabil vəziyyətində çox geniş şəkildə dəyişir.
Sosial müdafiə bütün sosial-demoqrafik qruplardan olan cəmiyyət üzvlərinin qanunvericiliyə uyğun olaraq sosial hüquqlarının müdafiə olunmasını təmin edən tədbirlər sistemidir. Başqa sözlə, o, müxtəlif sosial-demoqrafik qrupları əhatə etməklə, onların maddi rifah halının yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilmiş və dövlət tərəfindən həyata keçirilməsi vacib olan kompleks tədbirlərin məcmusunu təşkil edir.
Qeyd etmək lazımdır ki, sosial müdafiənin ayrı-ayrı qruplara deyil, əhalinin bütün qruplarına şamil olunması fikrinə beynəlxalq sənədlərdə də rast gəlmək olar. Belə ki, 2002- ci ildə Berlində qocalma problemləri üzrə BMT Avropa İqtisadi Komissiyasının Konfransında qəbul edilmiş Berlin Bəyan-naməsində və 2002-ci ildə “Qocalma Problemləri üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının həyata keçirilməsinin regional strategiyası”nın 25-ci maddəsində adətən sosial müdafiə siste-minin ayrı-ayrı adamları və onların ailələrini işsizlik təhlü-kəsindən və nəticələrindən, sağlamlıqla bağlı ciddi problemlərdən, yoxsulluq və digər hallardan, insanın bütün həyatı boyu baş verən müxtəlif iqtisadi dəyişikliklərdən müdafiə etdiyi göstərilir. Bu sistem, həmçinin əhalinin bütün qruplarının hüquqlarının müda-fiəsinə və müvafiq gəlirlərin təmin olunmasına təsir göstərə bilir.
Sosial müdafiə sisteminə (və ya sosial müdafiənin əsas istiqamətlərinə) aşağıdakılar daxildir:
-milli gəlirin yenidən bölgüsü vasitəsilə müxtəlif sosial-demoqrafik qrupların həyat səviyyəsinin yaxşılaşdırılması;
-gəlirlərin tənzimlənməsi;
-sosial standartların (minimum əmək haqqı, yaşayış minimumu, ehtiyac meyarı, pensiyaların baza hissəsi, müavinətlərin həcmi və s.) müəyyən olunması;
-qiymətlərin yüksəlməsi ilə əlaqədar olaraq əhalinin pul gəlirlərinin indeksasiya olunması;
-iqtisadiyyatda məşğul olanların məcburi sosial sığortası;
- cəmiyyətin aztəminatlı qrupları üçün (əlillər, qocalar, ailə başçısını itirən ailələr və s.) səmərəli sosial yardım sisteminin yaradılması;
-bəzi kateqoriyadan olan vətəndaşlara imtiyazların, güzəştlərin verilməsi, sosial xidmətlərin göstərilməsi;
-əhalinin kəskin təbəqələşməsinin qarşısının alınması;
- əhalinin məşğulluğunun təmin olunması;
-əmək sferasında işəgötürənlər, işləyənlər və dövlət arasında olan üçtərəfli əməkdaşlığın - tripartizmin təmin edilməsi;
-sosial sahələri (təhsil, səhiyyə, mədəniyyət, incəsənət və s.) inkişaf etdirərək əhalinin təhsil səviyyəsinin, onlara göstərilən tibbi, ictimai-iaşə, məişət xidmətinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması daxildir.
Beləliklə, «sosial müdafiə» anlayışına: birincisi, vətəndaş-ların maddi tələbatını müstəqil şəkildə təmin edə bilməsinə şərait yaradan sosial siyasətin aparılması; ikincisi, vətəndaşların sosial təminatının iqtisadi və hüquqi əsaslarla təmin edilməsi mexaniz-minin yaradılması, üçüncüsü isə yoxsulluq səviyyəsindən aşağı yaşayan və başqalarının köməyinə ehtiyacı olan insanların (yaşlı-ların, kimsəsiz uşaqların, işsizlərin, çoxuşaqlı anaların, əlillərin, tənha qocaların və s.) minimum yaşayış səviyyəsini təmin edəcək məqsədli dövlət siyasəti kimi baxmaq olar.
Qeyd edək ki, dövlət gəlirlərin tənzimlənməsini aşağıdakı üsullarla (metodlarla) həyata keçirir.
- minimum əmək haqqının müəyyən olunması;
- iş həftəsi uzunluğunun müəyyən edilməsi;
- dövlət sektorunda əmək haqqının tənzimlənməsi;
- vergi tənzimlənməsi;
-kollektiv müqavilələrin qanunvericilik yolu ilə tənzimlənməsi;
-ev təsərrüfatlarının minimum gəlirlərinin müəyyən olunması;
- minimum pensiyaların müəyyən edilməsi;
- minimum ünvanlı sosial yardımın müəyyən olunması yolları ilə həyata keçirə bilər.
Bundan başqa, aztəminatlı ailələrə birbaşa ünvanlanan yardımlar və əhalinin daha az rəqabət qabiliyyətli təbəqələri üçün pensiyaların indeksləşdirilməsi, uşaqlara görə müavinət işsizlərə maddi dəstək, qocalar və əlillər, çoxuşaqlı və ailə başçısını itirmiş ailələr üçün güzəştlər daxildir.