Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə30/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Əmək haqqı: Əhali gəlirlərin mühüm tərkib hissələrindən biri əmək haqqıdır.
Əmək haqqı - əməyin ödənilməsi forması və ya əməyin qiymətidir. Əmək haqqı - məcmu ictimai əməyin, milli gəlirin bir hissəsi olmaqla, müəssisə və dövlət səviyyəsində formalaşır və inkişaf edir. İnkişaf etmiş bazar iqtisadi sistemində əmək haqqına – işçiyə onun əməyindən istifadəyə görə ödənilən dəyər kimi baxılır. Onun artımı isə əmək bazarındakı iş qüvvəsinə tələb və təklifin dəyişməsindən asılı olur. Belə ki, iş qüvvəsinə tələbat nə qədər çox olarsa, əmək haqqı yüksək və yaxud da əksinə, iş qüvvəsinin təklifi çox olarsa, onda əmək haqqı da az olar.
Əmək haqqının sosial-iqtisadi əhəmiyyətindən danışarkən xüsusi olaraq onun bir neçə:: 1) təkrar istehsal; 2) stimullaşdırıcı; 3) tənzimləyici funksiyanı yerinə yetirdiyi göstərilir. Lakin bəzən əmək haqqının 5 funksiyası olduğu da qeyd edilir.
Təkrar istehsal funksiya – verilən əmək haqqı hər bir işçinin həyati ehtiyaclarını təmin etməlidir. Əmək haqqının bu funksiyasına iş qüvvəsinin təkrar istehsalının təmin edilmə im-kanları daxildir. İqtisadi nəzəriyyədə əmək haqqının bu cür müt-ləq (minimal) həddi, işçinin iş prosesində itirdiyi enerjinin normal təkraristehsal şərtlərinə cavab verməsi tələb olunur. Bu funk-siyanın əhəmiyyəti digər funksiyalarla müqayisədə daha böyükdür;
Stimullaşdırıcı funksiya - əmək haqqı əməyi və ondan səmərəli istifadəni stimullaşdırır. Əmək haqqının stimullaşdırıcı funksiyasını yerinə yetirməsi üçün müəssisə və təşkilatlarda əməyin ödənişi sistemi elə qurulmalıdır ki, o, işçidə daha yaxşı çalışmağa və eyni zamanda öz ixtisasını artırmağa maraq oyatsın. Burada söhbət işçinin artan ixtisası ilə əmək haqqının artımı arasında qarşılıqlı əlaqənin olmasından (işçinin əmək haqqının ixtisasına və peşəkarlığına uyğun olaraq artırılması) gedir.
Bölüşdürücü funksiya - əmək haqqı vasitəsilə hər bir işçinin çalışacağı iş yeri müəyyənləşdirilir. Əmək haqqının tənzimləyici funksiyası əmək bazarının və müəssisənin gəlirinin tənzimlənməsini həyata keçirir. Təbii ki, əmək qabiliyyəti olan hər bir insan yüksək əmək haqqı verilən müəssisə və təşkilatda çalışmaqda maraqlı olur. Bu maraq əmək bazarında işəgötürənlər arasında rəqabətin yaranmasında (daha yüksək əmək haqqı vermək və iş şəraiti yaratmaq) mühüm rol oynamaqla yanaşı, müəyyən ziddiyyətlərin də meydana çıxmasına təsir göstərir. Bu ziddiyyət əməyə görə ödəmələrlə bağlı olur.
2008-ci ildə ölkədə orta aylıq əmək haqqı 274,4 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 27,1 faiz çoxdur. Daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunmuşdur.


Diaqram DSK-nın materialları əsasında tərtib edilmişdir.

Qeyd etmək lazımdır ki, BƏT-in 95 saylı konvensiyası (1949-cu il iyunun 8-də qəbul olunmuş, 24 sentyabr 1952-ci il tarixində qüvvəyə minmişdir) əmək haqqının mühafizəsi ilə bağlıdır. Bu konvensiyanın 1-ci maddəsində əmək haqqı pulla hesablanan və ya milli qanunvericilik ilə müəyyən edilən işə götürülmək haqqında yazılı və ya şifahi razılaşmaya əsasən sahibkarın yerinə yetirilmiş ya da yerinə yetirəcəyi əməyə, göstərilmiş və ya göstəriləcək xidmətə görə əməkçiyə ödədiyi hər cür haqqı (qazancı) ifadə edir.


AR Əmək Məcəlləsinin 154-cü maddəsində «əmək haqqı» müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu kimi şərh edilmişdir. O, hesablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məbləğlər çıxılmadan hesablanır.
Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura şəklində hesablanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əlavələri və sosial güzəştləri) əhatə edir.
Təcrübədə işçilərin istifadə olunan əməyinin haqqının ödənil-məsi üçün iki əsas əmək ödənişi mexanizmi mövcuddur: 1) işəmuzd; 2) vaxtamuzd (əmək haqqının vaxt hesabı)
İşəmuzd əmək ödənişi: İşəmuzd ödəniş formasında əməyə görə haqq məhsul istehsalının hər vahidinə və ya yerinə yetirilən işin həcminə və qoyulan iş (vaxt) norması üzrə tarif cədvəlinə əsaslanmaqla hesablanır.
Əmək ödənişinin digər forması olan vaxtamuzd əmək haqqı adətən işçiyə dövlət və ictimai öhdəlikləri yerinə yetirdiyi zaman ödənilir. Əməyin vaxtamuzd ödənilməsində işçilər tərəfindən ayrı-ayrı funksiyaların, tapşırıqların və ya müvafiq həcmdə işlərin yerinə yetirilməsi üçün normalaşdırılmış xidmət və yaxud işçilərin say normaları müəyyən edilə bilər.
Onu da unutmaq olmaz ki, «əmək haqqı» iqtisadi sistemdən və ya modeldən asılı olmayaraq, hər bir dövlətdə məşğulluğun təmin olunması və işsizliyin aradan qaldırılmasında, əhalinin pul gəlirlərinin formalaşmasında və rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli yer tutur.
Müvafiq dövrdə sahibkarlıq fəaliyyətindən əldə olunan və mülkiyyətdən gəlirlər də artmışdır. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər 3.7 dəfə, mülkiyyətdən gələn gəlirlər isə 44,6 dəfə yüksəlmişdir.
Sosial transfertlər: Əhalinin gəlirlərinin tərkib hissələrindən biri sosial transfertlərdir. Sosial transfertlər – dövlət tərəfindən bəzi kateqoriya vətəndaşlara ödənilən pul vəsaitidir. Son illərdə Azərbaycanda baş verən sosial-iqtisadi inkişaf sosial müdafiə və sosial təminata ayrılan vəsaitlərin artırılmasına səbəb olmuşdur. Belə ki, büdcə təşkilatlarında çalışanların əmək haqları, təqaüdlər, pensiya və müavinətlər, minimum əmək haqqı artırılmışdır. (Sosial transfertlər haqqında növbəti paraqrafda məlumat verilmişdir)



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin