Azərbaycanda sosial müavinətlər: Hazırda respublikamızda sosial müavinət alanların tərkibinə əmək qabiliyyəti olmayan şəxslər - əlillər, o cümlədən 16 yaşadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və ya daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş, 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) daxildirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2009-cu ilin əvvəlinə ölkədə 287375 nəfər sosial müavinət alan qeydə alınmışdır. 2008-ci ildə bir nəfərə düşən müavinətin orta aylıq məbləği 2007-ci illə müqayisədə 46,7% artaraq 34.26 manata yüksəlmişdir.
Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Fərman vermişdir. Bu fərmana əsasən 2008-ci ilin sentyabr ayının 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 manat miqdarında müəyyənləşdirilmişdir. (Cədvəl 3.1)
Aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti daha bir 27 avqust 2008-ci il tarixli “Sosial müavinətlərin artırılması haqqında” Fərman imzalamışdır. Bu fərmana əsasən bəzi kateqoriyadan olanların sosial müavinətləri artırılmışdır.
Cədvəl 3.1
Sosial müavinətlərin məbləğləri
|
|
Manat
|
1.
|
Yaşa görə müavinət
|
45
|
2.
|
Ailə başçısını itirməyə görə
|
40
|
3.
|
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət
|
50
|
4.
|
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət
|
40
|
5.
|
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət
|
25
|
6.
|
Bir yaş yarımadək uşağı olan aztəminatlı ailələrə müavinət
|
20
|
7.
|
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət (birdəfəlik)
|
150
|
8.
|
Uşağın anadan olmasına görə müavinət (birdəfəlik)
|
50
|
9.
|
Dəfn üçün müavinət (birdəfəlik)
|
100
|
10.
|
Əlillik “Ümumi xəstəlik”, “Hərbi xidmət dövründə xəstələnmə”, “Əmək zədəsi və peşə xəstəliyi”, “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə
II qrup əlillərə
III qrup əlillərə
|
50
35
30
|
Sosial yardımın formalarından biri ünvanlı sosial yardımdır (ÜSY). ÜSY dövlət tərəfindən göstərilən yardımın birbaşa olaraq ən çox ehtiyacı olan əhali qruplarına ünvanlanmasını nəzərdə tutur. ÜSY mexanizmi sosial yardıma ehtiyacı olanların sayının dəqiq və düzgün müəyyən edilməsi, büdcə vəsaitlərindən səmə-rəli istifadə olunması, inzibati xərclərin səmərəliliyi, yardımın başlıca olaraq əhalinin daha çox maddi ehtiyac içərisində olan təbəqələrinə yönəldilməsi kimi üstün xüsusiyyətlərə malikdir.
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə «ÜSY haqqında» Azərbaycan Respublikasının Qanununa görə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə götürülür.
ÜSY orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ala bilərlər. Qeyd etmək lazımdır ki, bu mexanizm 2006-cı ildə tətbiq olunmuşdur. Aşağıdakı cədvəldə ÜSY-la bağlı vəziyyət əks olunmuşdur. (Cədvəl 3.2)
Dostları ilə paylaş: |