Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§4.Sosial təminat sistemi



Yüklə 0,56 Mb.
səhifə31/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§4.Sosial təminat sistemi

Sosiologiya elmində sosial təminat-yaşlı adamların, əlillərin xüsusi tələbatlarının təmin olunması ilə bağlı tədbirlər sis-temi, onların sosial əlaqələrinin və münasibətlərinin saxlan-masına və bərpasına, həmçinin bu kateqoriyadan olan əhalinin hüquqlarının müdafiəsi və qorunmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi kimi göstərilir. Hesab edirik ki, «sosial müdafiə» anlayışını «sosial təminat» anlayışından fərqləndirən əsas cəhət məhz onların təyinatına görə bölgüsündədir. Bu anlayışlar arasındakı fərq Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapmışdır. Belə ki, Konstitusiyanın 38 maddəsinin 3-cü bəndində «sosial təminat» anlayışının mahiyyəti belə açıqlanır: «Hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir».
Başqa sözlə, sosial təminata qocalara, əlillərə, çoxuşaqlı ailələrə və əhalinin ehtiyacı olan digər kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin məcmusu kimi baxmaq olar.
Sosial təminatı sosial sığorta və sosial yardım kimi iki tərkib hissəyə bölmək olar.
Aşağıdakı sxemdən göründüyü kimi, sosial təminat sistemi iki hissədən-sosial sığorta və sosial yardımdan ibarətdir. (Bax. Sxem 3.2)

Dünyada bir çox sosial sığorta sistemləri mövcuddur. Bunlardan Almaniya, Avstriya, Lüksemburq, Fransa, İtaliya və digər ölkələrdə mövcud olan «Bismark» modeli vergi orqanların iştirakı olmadan sığorta haqlarının yığılması prinsipinə əsaslanır. Böyük Britaniya, İrlandiya və Şimali Avropanın bir çox ölkələrində mövcud olan «Beveric» modeli-sosial sığorta sistemində dövlət büdcəsinin rolunu mühüm sayır. «Sovet» modeli mövcud sosial risqlərin kompensasiya olunmasını yalnız dövlət tərəfindən həyata keçirir. Digər ölkələrdə mövcud olan (Hollandiya, Finlandiya, Portuqaliya və s.) «xüsusi kooperativ» model isə sosial sığortanı xüsusi kompaniyalar vasitəsilə həyata keçirir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin