Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə25/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

«Sosial siyasət» anlayışı iqtisadiyyat və sosiologiya elmində yeni olmasa da, onun mahiyyət və məzmunu haqqında elmi əsərlərdə bəzən bir-birinə yaxın, bəzən də zidd fikirlərə rast gəlmək olur. Lakin buna baxmayaraq, ümumilikdə, verilən bütün təriflər əhalinin müxtəlif sosial-demoqrafik qruplarının sosial müdafiəsinin təmin olunmasını açıqlayır. Belə ki, sosiologiya elmində sosial siyasət anlayışı daha çox: müxtəlif sosial-demoqrafik qruplardan olan əhalinin sosial təminatı, təhsil səviy-yəsi, səhiyyə xidməti, gəlirlərinin yenidən bölüşdürülməsi, məş-ğulluq və s. bu kimi məsələlərin həllinə yönəldilən iqtisadi siya-sətin tərkib hissələrindən biri kimi qeyd olunur. İqtisadi ensiklo-pediyada isə sosial siyasət - əhalinin əsas təbəqələrinin, qrup-larının və kateqoriyalarının həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinin tərkib hissəsi kimi göstərilir. Buraya gəlirlərin yenidən bölüşdürülməsi, təhsil və səhiyyə sahəsində siyasət, mənzil şəraiti və s. daxildir. Qeyd edək ki, sosial siyasət beynəlxalq və milli qanunvericilik əsasında insanların hüquq-larının müdafiəsinə istiqamətləndirilmişdir. Sosial siyasətin məqsədi insanın hər hansı bir cəmiyyətdə ali dəyər kimi inkişafı və himayə olunmasıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sosial siyasət konstitusiyaya və yaradılmış qanunvericilik baza-sına uyğun olaraq sosial öhdəliklərin yerinə yetirilməsinə və vətəndaşların sosial hüquqlarının möhkəmləndirilməsinə yönəl-dilmiş iqtisadi siyasətin tərkib hissəsidir. Sosial siyasətin məq-sədinə:
-ölkə əhalisinin minimal gəlirlərinə zəmanət verilməsi;
-insanların qabiliyyətlərinin, hər şeydən əvvəl əmək qabiliyyətinin inkişafı və dəstəklənməsi;
-əhaliyə sosial xidmətlərin göstərilməsi və s. daxildir.
Bu və digər məqsədlərin həyata keçirilməsindən ötrü, hər bir dövlət bu sahəyə xüsusi diqqət və qayğı göstərməlidir. Məlumdur ki, hər bir insan həyatda maddi təminatını normal ödəmək üçün çalışmaq, oxumaq, öyrənmək, öz sağlamlığını qorumaq və gələcək həyatını təmin etmək məqsədilə vəsait toplamaq (əmək qabiliyyətini itirdikdə, qocaldıqda, bədbəxt hadisələr nəticəsində əlil olduqda və s. hallarda) məcburiyyətində qalır. Bunu hər bir insanın fərdi şəkildə etməsi qeyri-mümkündür. Ona görə də dövlət özünün sosial siyasətini həyata keçirməklə, qeyd olunan məsələlərin həllində hər bir vətəndaşa yardımçı olur. Dövlətin sosial siyasətinin mahiyyəti müxtəlif sosial qruplar, təbəqələr arasında və eləcə də onların öz aralarında münasibətlərin tənzim-lənməsindən, əhalinin maddi güzəranını yaxşılaşdırmaqdan, cəmiyyət üzvlərinin həyat səviyyəsini yüksəltməkdən ötrü şəraitin yaradılmasından, ictimai istehsalda onların iştirakı üçün sosial zəmanət və stimul yaratmaqdan ibarətdir.
Müasir mərhələdə sosial siyasətin əsas istiqaməti-şəxsiyyətin iqtisadi fəallığının hərtərəfli stimullaşdırılması, hər bir insanın əməyi, enerjisi, təşəbbüsü, istedadı ilə özünə və ailəsinə layiqli həyat şəraiti təmin etməsi üçün ilkin şəraitin yaradılmasıdır. Sosial siyasətin məqsədinə yuxarıda qeyd olunanlarla yanaşı, əhalinin həyat səviyyəsinin fasiləsiz (ardıcıl) yüksəldilməsini, sosial bərabərsizliyin aradan qaldırılmasını, məşğulluğun təmin olunmasını, hər şeydən əvvəl isə yüksək keyfiyyətli təhsil, sosial və tibbi xidmətlərin həyata keçirilməsini və s. də daxil etmək olar. Buradan belə nəticəyə gəlmək olar ki, sosial siyasətin məqsədi heç də əhalinin minimum gəlirlərinə zəmanət deyil, yüksək gəlir-lərin əldə olunmasına şərait yaratmaqdır. Bu amili əsas tutaraq hər bir dövlət (xüsusilə, sosial problemlərin ciddi xarakter aldığı ölkələrdə) yoxsulluğun aradan qaldırılması, əhalinin pul gəlir-lərinin artırılması, işsizlik səviyyəsinin aşağı salınması, demoq-rafik proseslərdə baş verən mənfi meyllərin (doğum səviyyəsinin aşağı düşməsinin, təbii itkinin sürətlənməsinin və s.) qarşısının alınması və digər bu kimi sosial problemlərin həlli istiqamətində köklü islahatlar aparılmasını qarşısına məqsəd qoymalıdır.
Beləliklə, sosial siyasət dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, ümumilikdə, ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məsələn, istehsal sahələrinin inki-şaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ÜDM-in, əha-linin pul gəlirlərinin artımına və buna müvafiq olaraq, gələcəkdə sosial inkişaf üçün yığım kapitalının (şəxsi və dövlət səviy-yəsində) yaranmasına, dövlətin maliyyə asılılığının aşağı salın-masına, əhalinin sosial müdafiəsinin müasir tələblərə uyğunlaş-dırılmasına səbəb olur.
Hazırda sosial siyasətin hansı əhali qruplarını əhatə etməsi ilə bağlı fərqli fikirlər irəli sürülür. Belə ki, bir qrup alimlər sosial siyasətin əhalinin yalnız aztəminatlı qruplarına şamil olunması fikrini irəli sürürlər, digərləri isə sosial siyasəti daha geniş mənada dəyərləndirərək, onun əhalinin bütün təbəqələrini əhatə etməli olduğunu iddia edirlər.
Müasir dövrdə sosial siyasətin məzmununda ciddi dəyişik-liklər baş verdiyi kimi, onun təsir dairəsi də genişlənir. Sosial siyasətin əhatə dairəsinə birbaşa daxil olan obyektlər qismində demək olar ki, bütün sosial və demoqrafik qruplar çıxış edirlər. Sosial siyasət iqtisadi inkişafın mənfi nəticələrinin aradan qaldırılması sərhədlərini aşır. O iqtisadi sistemin müsbət istiqa-mətdə sağlamlaşdırılması və təkmilləşdirilməsində vasitəçi olur. Bu siyasətdə təkcə gəlirlərin yenidən bölüşdürülməsi mühüm yer tutmur, həmçinin əhalinin sosial xidmətlərlə təminatının, məşğulluğun və əmək haqqının tənzimlənməsinin və s. müxtəlif istiqamətləri reallaşır. Dövlətin sosial siyasəti əhalinin yalnız zəif təbəqələrinin sosial müdafiəsi və sosial təminatı ilə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır. Çünki bu siyasətin tərkibi iqtisadi siyasətin sosial aspektləri daxil olmaqla, özəlləşdirmə, maliyyə, vergi, investisiya, gömrük, qiymət və digər məsələləri əhatə edir. Dövlətin sosial siyasəti iqtisadi siyasətin tərkib hissəsi olduğu üçün, hər bir sahədə həyata keçirilən siyasət (gömrük, maliyyə, vergi və s.) sosial siyasətlə sıx əlaqədardır. Yəni dövlətin sosial siyasəti əhalinin aztəminatlı təbəqələrinin pensiya və müavinətlərini nizamlayan siyasət kimi başa düşülməməlidir. Odur ki, sosial siyasət anlayışını insanların həyat tərzinin, iqtisadi fəallığının, onların maraqlarının və tələbatlarının təmin olunmasının yüksəldilməsinə yönəldilmiş dövlətin məqsədyönlü fəaliyyəti kimi başa düşmək lazımdır. Başqa sözlə, sosial siyasət anlayışını sosial sahədə qanunvericilik bazasının qurulması, əhalinin sosial tələblərinin təmin edilməsi və konstitusiyaya uyğun olaraq, vətəndaşların sosial hüquqlarının möhkəmləndirilməsinə yönəldilmiş iqtisadi siyasətin tərkib hissəsi kimi başa düşmək olar. Bu siyasətin səmərəliliyi:
- cəmiyyətdə mövcud olan sosial problemlərin həllinin təmin olunması;
- həyat səviyyəsinin dinamik inkişafı;
- məşğulluğun təmin olunması;
- təhsilin keyfiyyətinin yüksəldilməsi;
- əhalinin sağlamlığının mühafizə olunması meyarlarına görə qiymətləndirilir.
Qeyd olunduğu kimi, dövlətin həyata keçirdiyi sosial siyasət iqtisadi siyasətin tərkib hissəsi olduğundan biri digərini tamamlayır. Sosial siyasətin səmərəliliyi bir çox hallarda dövlətin həyata keçirdiyi iqtisadi siyasətin səmərəliliyindən asılıdır.
Dövlətin iqtisadi və sosial siyasətləri arasındakı asılılıq 3.1. saylı sxemdə də öz əksini tapmışdır. (Sxem 3.1)
Sxemdən göründüyü kimi, sosial siyasət dövlətin apardığı iqtisadi siyasət və onun nəticələrindən birbaşa asılıdır. Belə ki, dövlət mövcud və gələcək imkanlarını nəzərə almaqla, özünün sosial siyasətini müəyyənləşdirir. Çünki o, sosial siyasət vasitəsilə büdcə vəsaitlərinin bölünməsini və eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı arasındakı tarazlığı həyata keçirir. Hesab edirik ki, dövlətin sosial siyasətinin qarşısında duran əsas vəzifə, ilk növbədə, dövlət qayğısına ehtiyacı olan insanların sosial müdafiəsini, hər kəsin ümumi təhsil və tibbi xidmətdən istifadə etməsini, əmək fəallığını artırmaqla əhalinin gəlirlərinin istehlak tələbləri ilə uyğunlaş-dırılmasını həyata keçirməkdən ibarətdir. Bu nöqteyi-nəzərdən «sosial siyasət» anlayışına cəmiyyətin bütün üzvləri üçün əlverişli imkanlar və normal həyat şəraitinin yaradılmasına yönəldilmiş fəaliyyət kimi baxmaq lazımdır. Cəmiyyətin bütün üzvləri üçün əlverişli imkanlar və normal həyat şəraitinin yaradılması isə insanların sosial fəallığını təmin edir.
Fikrimizcə, dövlətin sosial siyasəti cəmiyyətin bütün qrupla-rının mənafeyini nəzərə alan sosial ədalət prinsipi üzərində qurulmalıdır. Milli gəlirin bölgüsünü həyata keçirməklə dövlət əhalinin aztəminatlı qruplarının sosial rifah halını yaxşılaşdır-malıdır. Gəlirlərin yenidən bölgüsü bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsiplərinin bərqərar olmasına xidmət edir. Əks halda cəmiyyətin bir qrup üzvlərinin (varlı təbəqənin) mənafeyi üstün tutulur ki, bu da cəmiyyətdə hərc-mərclik, anarxiya, təbəqələşmə prosesinin güclənməsinə, cinayətkarlıq hallarının artmasına və s. gətirib çıxara bilər. Bununla bağlı qədim yunan filosofu Platon yazırdı: Varlılıq və yoxsulluq. Bunlardan biri dəbdəbəyə, tənbəlliyə, yeni adətlərə, o biri isə yeni adətlərdən başqa - alçaqlığa və cinayətkarlığa sürükləyir. Belə halların qarşısının alınması, demokratik dəyərlərə əsaslanan cəmiyyət quruculuğu prosesinin həyata keçirilməsindən asılıdır. Əhalinin əmək qabiliyyətli qruplarının məşğulluğunun təmin olunması; onların sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması; gəlirlərin səmərəli şəkildə yenidən bölgüsü; kəskin təbəqələşmə prosesinin aradan qaldırılması; orta təbəqənin formalaşması və s. bazar iqtisadi sistemində dövlətin sosial siyasətinin tərkib hissəsini təşkil etməlidir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin