Nəqliyyat: Sosial məsələlərin həllində nəqliyyatın rolu əvəz-sizdir. Kənd və şəhər əhalisinin mədəni-məişət şəraiti, işə getmək və qayıtmaq imkanı, asudə vaxtın səmərəli istifadəsi nəqliyyatın işinin keyfiyyətindən bilavasitə asılıdır. Nəqliyyat dəmir yolu, avtomobil, hava, su və boru kəməri kimi növləri özündə birləş-dirir. Bütövlükdə bunlar respublikanın vahid nəqliyyat sistemini təşkil edir və eyni vaxtda onlardan hər biri müəyyən vəzifəni yerinə yetirir. Onlar hamısı birlikdə isə yüklərin və insanların daşınması funksiyasını icra edirlər və bir-biriləri ilə sıx əlaqədə fəaliyyət göstərirlər.
Ötən dövr ərzində ölkə iqtisadiyyatında bazar münasibət-lərinə keçilməsi ilə əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da islahatlara başlanılmış, Dövlət Özəlləş-dirmə Proqramlarına uyğun olaraq nəqliyyat-yol kompleksinə daxil olan müəssisələrin bir hissəsi özəlləşdirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
Bildiyimiz kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan Res-publikası bazar iqtisadiyyatı yolunu seçmiş və müstəqilliyin ilk illərindən başlayaraq nəqliyyat sektorunda islahatlara başlan-mışdır. Görülən işlər nəqliyyat sektorunun tənzimedici mühitində dəyişikliklərə səbəb olmuşdur. Bundan başqa, ölkədə baş verən sürətli inkişaf prosesi də nəqliyyat xidmətlərinə olan tələbin artmasına və inkişafına böyük təsir göstərmişdir.
1993-cü ildən sonrakı dövr ərzində nəqliyyat sahəsində struk-turların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsi aparıl-mışdır. Təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı, inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilmiş, nəqliyyat fəaliyyətinin müəy-yən dərəcədə hüquqi əsası yaradılmışdır. Belə ki, nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı, avtomobil yolları sahələrində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, sahələrarası münasibətlərin tənzimlənməsi Nəqliyyat Nazirliyinə həvalə olunmuşdur.
Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafının təmin olunması, onun infrastruktur tərkibinin kompleks inkişafından, xüsusən də nəqliyyat sahəsinin inkişafından da asılıdır. Bunun əsas səbəbi nəqliyyatın bütün növlərinin təmsil olunması, eyni zamanda onun əsas makroiqtisadi göstərici olan ÜDM-in strukturunda yüksək paya malik olmasıdır.
Yerli yollar şəbəkəsi respublikada xüsusi iqtisadi və sosial məna kəsb edir. Kənd rayonları və kəndlərlə əlaqələr bu yollardan asılıdır. Bundan əlavə, onlar dağ və ucqar rayonları başqa rayonlar və sənaye mərkəzləri ilə bağlayır.
Respublikada sərnişin daşınmada hava nəqliyyatının rolu ildən-ilə artır. Məlum olduğu kimi, nəqliyyatın bu növü ilə sərnişinlər həm uzaq məsafələrə, həm də respublika daxilində daşınır. Şəhərlərdə ictimai sərnişin nəqliyyatının inkişafı mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin nəqliyyat kompleksinə son zamanlara qədər bütün nəqliyyat növləri daxil idi: metropoliten, tramvay, trolleybus, avtobus. Lakin təəssüflər olsun ki, son illərdə sərnişindaşımada tramvay kimi ucuz nəqliyyat növü ləğv edil-mişdir. Bu isə əhalinin, xüsusilə də onun aztəminalı qruplarının həyat səviyyəsinə təsir göstərir. Belə ki, ev təsərrüfatlarının isteh-lak xərclərinin strukturunda əhalinin nəqliyyat xərcləri getdikcə artır ki, bu da xərclərin səmərəli istifadəsinə mane olur.
Hazırda ölkədə nəqliyyat sektorunun bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etdirilməsi üçün aşağıdakıların həyata keçirilməsi zəruridir:
1. Milli nəqliyyat sektorunda yerli sahibkarların nəqliyyat xidmətləri bazarında rəqabət qabiliyyətinin artırılması üçün onların müxtəlif stimullaşdırıcı vasitələrlə dəstəklənməsi;
2. Nəqliyyat sektorunda milli sahibkarlıq fəaliyyətinin regi-onlar üzrə gücləndirilməsi, eyni zamanda onların müvafiq informasiya, lizinq, sığorta təminatı ilə təmin olunması üçün təcili tədbirlərin görülməsi;
3. Əcnəbi özəl şirkətlərin yalnız mərkəzdə deyil, eyni zamanda regionlar üzrə fəaliyyətinin stimullaşdırılması;
4. TRASEKA proqramının artıq reallaşması ilə əlaqədar olaraq regionlarda nəqliyyat infrastrukturlarının modenrləşdiril-məsinin və yenilərinin yaradılmasının sürətləndirilməsi və s.
Azərbaycan Respublikasının nəqliyyat sistemində mövcud problemlərin tezliklə aradan qaldırılması və onun beynəlxalq nəq-liyyat sisteminə inteqrasiyası nəqliyyat infrastrukturlarının yeni-dən qurulmasının, Azərbaycanın tranzit potensialının artırılma-sının, daşıyıcıların beynəlxalq nəqliyyat xidmətləri bazarında rəqabət qabiliyyətinin yüksəldilməsini və nəqliyyat xidmətlərinin ixracının maksimum həddə çatdırılmasını tələb edir.